Doxsanıncı illərin ən populyar nəşrlərindən olan “Bu gün” qəzetinin yaradıcısı və ilk baş redaktoru Nəsib İsmayılov kütbeyin, nadan adam görəndə belə deyirdi: “Toyuğun intellekti onun intellektindən yüksəkdir”.
Kənddə böyüdüyüm üçün Nəsib müəllimin nə demək istədiyini anlamağa bir o qədər də çətinlik çəkmirdim. Uşaq olanda qabağına bir ovuc dən atıb o qədər toyuq tutmuşuq ki! Toyuqda ağıl olsaydı, əlimizdəki iti bıçaqdan qorxub bir az kənarda dolaşardı…
Leksikonumzuda “quşbeyin” sözü də var. İzahlı lüğətdə bu sözün mənası belə ifadə olunub: “Ağılsız, dərrakəsiz, gic, beyniboş”.
Bu ölkədə quş beyni boyda beyni olmasına rəğmən müxtəlif vəzifələr tutan o qədər adam var ki. Bu adamlar neçə illərdi bayram-seyran demədən qanımızı qaraltmaqla məşğuldurlar…
Bu mövzuda əvvəllər də yazmışam. Bakıda camaatın yarısının evi yoxdur. Başının üstündə damı olanların isə ən azı yarısı evinə gedib çıxa bilmir. İnsan quş deyil ki, qanad açıq budaqdan-budağa qonsun. Evə getmək üçün maşın, avtobus lazımdır. Onlar da yoxdur. Əslində var, amma istifadə etmək imkanı yoxdur…
Koronavirus adlı bəla neçə ölkənin torpağını basıb, neçə ölkənin sərhəddini icazəsiz keçib günəşli vətənimizdə özünə “yer” eləyəndən sonra həyatımız zəhərə dönüb. Ötən bir ildə başımıza gələnləri bir tərəfə qoyub, mətləbə keçirəm. Operativ Qərargahın başbilənləri bir neçə gün “baş sındırandan” sonra bu qərara gəliblər ki, metronu bağlayıb, ictimai nəqliyyatın fəaliyyətini 9 gün dayandırmaqla virusun əl-qolunu zəncirləmək mümkündür. Amma unudublar ki, metro, avtobus dayansa da, həyat davam edir. Axı hamının isti evdə, yumşaq divanda mürgü döyüb pul qazanmaq imkanı yoxdur. Qoçaq, zəhmətkeş azərbaycanlılar günəşdən qabaq oyanırlar. Onlar, o cümlədən bizim əksəriyyətimiz üçün hər yeni gün həm də yeni macəralar deməkdir. Bakıətrafı qəsəbələrin birində yaşadığım üçün mən hər gün bu mənzərələri seyr edirəm. Deməli, metronun “Koroğlu” stansiyasından üzü o tərəfdə yaşayan yüz minlərlə insan hər gün işə gəlmək, yaxud xəstə qohumuna, əlsiz-ayaqsız tanışına baş çəkmək üçün mütləq 1 manatından keçib hansısa taksinin müştərisi olmalıdır. İnsaf naminə, buna etiraz edən yoxdur. Problem “Koroğlu” stansiyasından şəhərə gəlməkdir. Yuxarıda yazdım axı, metro işləmir, ictimai nəqliyyatın fəaliyyəti dayanıb. Bəs nə etməli? Bu dəfə başqa bir taksidə özünə yer tapmalısan. Taksi çoxdur, amma minə bilmirsən. Niyəsini yazım: Bakı Nəqliyyat Agentliyinin boy-buxunda Koroğludan geri qalmayan əməkdaşları “Koroğlu” stansiyasının ətrafında dayanan maşınların şəklini çəkmək üçün növbəyə düzülüblər. Şəxsən bu səhər işə gələndə özüm BNA-nın ən azı 12-13 əməkdaşının əlində planşet “post”da dayandığını gördüm. Cərimələnməkdən qorxan sürücülər yollarda əsir-yesir olan yüzlərlə piyadanın yanından ötüb keçmək məcburiyyətindədirlər.
Ziya Məmmədov 15-20 il büdcəni “sağıb” sonra kəndə inək sağmağa gedəndə elə bildik ki, bu sahədə müsbət dəyişikliklər baş verəcək. Amma gələnlər gedənlərin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldurlar. Hansı ki, bu adamların vəzifəsi nəqliyyatın hərəkətini tənzimləmək, camaatın işə vaxtında çatması üçün münbit şərait yaratmaqdır. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda taksilərin hərəkətini məhdudlaşdırmaq hansı məntiqə sığar? Camaat qanad açıb işə getməlidir?
Siz quşbeyin ola bilərsiniz, amma biz quş deyilik…
Seymur VERDİZADƏ