Ötən həftə İstanbulda olarkən dostlarla birgə Eyüp Sultan camesini ziyarət etdik. Möhtəşəm tarixi abidə olan camenin həyətində yaşı yüz illərlə ölçülən, iri diametrli çinar ağacları diqqətimizi çəkdi. Mühafizə xidmətindən soruşanda dedilər dəqiq yaşını bilən yoxdur, amma Sultan İstanbulu fəth edərkən bu çinarlar da varmış...
O anda qeyri-ixtiyari Zəngilandakı çinar meşəliyini xatırladım. Erməni mandalların 27 il ərzində məhv etdikləri günahsız ağacları. Müqayisə bəlkə də qüsurludur, təsəvvür edin, ermənilərin bir əsrdən artıqdır heç bir əsas olmadan “soyqırım”da ittiham etdiyi Osmanlı türkləri müqəddəs torpaqlardan yadelliləri qovub, rədd edərkən gövdəli ağaclara balta çalmağı ağıllarına belə gətirməyiblər, onu qoruyub-saxlayıblar, əsrlərdən sonraya ərməğan ediblər. Ağaca belə qıymayan toplum, ordu dinc insana qıyardımı? Təbii ki, yox! Elə ermənilərin 24 aprel nağıllarının sabun köpüyünə tay olduğunu bilmək üçün çinar misalı yetərli...
Türkü ittiham etməyə haqqı çatmayan erməninin isə Qarabağda törətdikləri vəhşiliklər haqda bu gün bütün dünya danışır. Meyvə bağlarını məhv etdilər, Allahın ən məsum varlıqlarından və sevdiklərindən olan arıların pətəklərinə belə, qıydılar. Və Zəngilan meşəliyini son ağacınadək yağmaladılar!
Prezident İlham Əliyev bu ilin fevralında darmadağın edilmiş meşə yerlərini nişan verərək demişdi: “Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Fransa, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda?”
Olduqca təsirli müraciət idi. Amma ötən müddətdə bir ölkədən, bir təşkilatdan səs-soraq gəldimi? Yox! Azərbaycanı ittiham edən UNESCO Zəngilanın ağac abidələrinin məhvinə reaksiya verdimi? Cınqırını çıxartmadı. Amma ermənilərin saxta hay-küyünə dərhal qarşılıq verirlər.
Ancaq biz dövlət və millət olaraq geri çəkilməyəcəyik, kiminsə şübhəsi olmasın! Evlərimizi dağıdıblar, daha yaxşısını tikəcəyik, ağaclarımızı kəsiblər, yenilərini əkəcəyik. Əsrlər sonra bu torpaqlarda yaşayan nəsillərimiz yenə də Zəngilanın çinar meşəliyindən fəxarətlə bəhs edəcək. Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfərini məmnunluqla izlədim. Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olan nazirlər daha sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı”nda ilk tingləri basdırıblar. Meyvə tingləri əkiblər. 5 hektar sahədə yerləşən bağda ərik, alma, armud, gilas, albalı və digər meyvə tingləri əkilib, ümumilikdə 2620 ting! Necə gözəl mənzərə! Şükürlər olsun bu günə! Şəhidlərimizin qanı ilə suvarılmış müqəddəs torpaqları əkirik! Savaşda yanımızdan bir an aralanmayan can qardaşlarımız əkində də bizimlə yanaşıdır.
Bir neçə il öncə İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu çərçivəsində Türkiyəyə etdiyimiz səfərləri xatırladım. O zaman səfər etdiyimiz ünvanlarda türkiyəli qardaşlarımız Qarabağ məsələsində hər an bizimlə bir yerdə olduqlarını ifadə etmək üçün “Qarabağ parkı” yaradırdılar. Səfərlərimiz zamanı bir neçə parkın açılışında iştirak etdik. Məmnun olsaq da, daxilimizdə nigaranlıq var idi. Axı cənnət Qarabağı əvəz eləmirdi parklar, ərazisi nə qədər geniş olsa da. Lap Ağabəyim Ağanın Qarabağ xiffəti çəkməyinə bənzəyirdi o anda halımız.
Amma bu gün daha Qarabağ bağı Türkiyədə yox, Qarabağda salınır: Qardaşlıq bağlı! Bu, “Bir millət, iki dövlət”in əzmi, qardaşlığı, Azərbaycan və Türkiyə liderlərinin iradəsi, müzəffər ordumuzun qətiyyəti sayəsində mümkün oldu.
Budur, tanınmış erməni fəalı İşxan Verdyan ölkəsini Sərksiyan-Köçəryan bəlasından qurtarmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb! Bir ölkənin tanınmış insanı beynəlxalq təşkilatlara deyil, BMT qətnamələrini 44 günə, təkbaşına yerinə yetirən ordunun Komandanına xitab edir. Bu, sıradan məsələ deyil! Düşmən ölkədə də görürlər ki, onların liderləri qətl edir, kəsir, biz isə əkirik, yaşadırıq! Təkcə insanları yox, ağacları da...
musavat