“Azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır”. Yanvar ayında ölkə prezidentindən bu göstərişi alan dövlət qurumlarının rəhbərləri hərəkətə keçdilər. Amma məmurların bu barədə dediklərindən görünür ki, “ağıllı şəhər/kənd”in nə demək olduğu hələ onların özləri üçün də xeyli dərəcədə aydın olmayan məsələdir.
Smart sity (ağıllı şəhər) konsepsiyası XX əsrin sonlarından işlənməyə başlanıb, on ildən artıqdır ki, dünyada – Nyu-Yorkda, Sinqapurda, Barselonada, Tokioda, Moskvada, Amsterdamda, Cənubi Koreyanın bir çox şəhərlərində tətbiq olunur. Ancaq onun müxtəlif ölkələr və təşkilatlar tərəfindən izahında fərqlər qalmaqdadır. Məsələn, “ağıllı şəhər”lərə aid əsas layihələrin müəlliflərindən hesab olunan IBM kompaniyası onun 3 başlıca keyfiyyətini belə müəyyən edir: təchiz olunmuş, birləşdirilmiş və intellektual. Avropa Parlamenti düşünür ki, “ağıllı şəhər” – yoxsulluq, bərabərsizlik, işsizlik kimi ictimai problemlərin informasiya-kommunikasiya resurslarının köməyi ilə həllinə çalışan şəhərdir. Ötən ilin dekabrında özünün smart city konsepsiyasını təsdiqləmiş Rusiya hökuməti isə onun əsas xüsusiyyəti kimi innovativliyi qeyd edir.
Təriflər arasında müəyyən fərqlərə baxmayaraq, deyə bilərik ki, bu konsepsiyaya ümumi baxış dünyada artıq formalaşıb. Yeni texnologiyalar və alternativ energetika məsələləri üzrə mütəxəssis Ceyhun Xəlilovla jurnalist Arif Əliyevin söhbəti məhz “ağıllı şəhər/kənd” konsepsiyasının nə olduğu, sakinlərə hansı texnoloji üstünlüklər və rahatlıqlar bəxş etdiyi barədədir.
– Beləliklə, Ceyhun müəllim, sizcə mövcud təriflərdən hansı daha dəqiqdir? “Ağıllı şəhər” necə olur? O özü məmurların əvəzinə düşünür (bunu yəqin, məmurlar çox arzu edərdilər), yoxsa yalnız düşünən insanlar tərəfindən idarə edilir? (Bu isə xalqın çoxdankı arzusudur.)
– “Ağıllı şəhər” (smart city) – rəqəmsal texnologiyaların ən son nailiyyətlərindən istifadə etməklə yüksək keyfiyyətli yaşayış həddini təmin edən bir şəhərdir. Belə yaşayış məntəqələrində dövlət strukturları da daxil olmaqla, bütün qurumların fəaliyyəti rəqəmsallaşdırılır və məmur özbaşınalığı məhdudlaşdırılmış olur. Yox, bu şəhərlər nə məmurların əvəzinə düşünür, nə də onları fövqəladə ağıla malik insanlar idarə edirlər. Burada ən müasir idarəetmə sistemləri tətbiq olunur, sistemlərin işinə nəzarət həyata keçirilir, müxtəlif xidmətlərin süni intellekt fonunda “Big Date” vasitəsilə analitik effektivliyi artırılır. Nəticədə yeni texnoloji imkanların təhlili üçün lazımi məlumatların bazası yaradılır.
– Deyəsən, qəliz oldu…
– Sadə dildə desək, “ağıllı şəhər”də bütün infrastruktur süni intellekt üzərində qurulur. Bunun əsasında isə enerji təminatının səmərəli qaydada təşkili, ondan qənaətcil istifadə rejiminin düzgün proqramlaşdırılması dayanır. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ən prioritet məsələyə çevrilir. Çünki “ağıllı şəhər” konsepsiyası ekoloji təhlükəsizliyə əsaslanmalıdır, bu da ənənəvi enerjidən istifadənin ən minimum həddə endirilməli olduğunu göstərir.
– Bəlkə, misallar əsasında məsələni bir az da konkretləşdirək?
– Belə idarəetmə sistemi, məsələn, enerjidən istifadə zamanı indi üzləşdiyimiz, yaxud yarana biləcək mübahisəli məsələləri asanlıqla aradan qaldırmağa imkan verir. Hal-hazırda şəhərimizdə istilik enerjisindən istifadəyə görə ödəniş qaydasına diqqət yetirmək kifayət edər ki, aydın şəkildə fərqləndirmə aparaq. Binalarda mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş evlərdə ödəniş kvadratmetrlərə görə və ya adambaşına hesablanır. Elektrik enerjisi kimi, istilik enerjisinin istifadəsi də rəqəmsallaşdırılmalıdır. Hər ev ayrılıqda elektron sayğacla təmin olunmalıdır, ödəniş isə istifadə olunan kilokalorilərə uyğun hesablanmalıdır. Ümumiyyətlə, enerjinin verilməsi və ondan istifadə haqqı kortəbii müəyyənləşdirilməməlidir. Amma bizim Tarif Şurasından soruşsaq ki, 1 kilokalori istilik neçəyədir, söhbətin nədən getdiyini bilmədən 1 kubmetr qazın qiymətini deyəcəklər.
“Ağıllı şəhər” konsepsiyası “ağıllı bina”ların, kommunikasiya və informasiya sistemlərinin mərkəzləşmiş idarəetmə sisteminə inteqrasiyasını nəzərdə tutur. Bu mexanizmin üstünlüyü ondadır ki, binada yaşayan insanların mənzildə olub-olmaması kimi detallar da diqqətdən qaçırılmır, su, elektrik və istilik enerjisindən, o cümədən havalandırma və soyutma sistemlərindən istifadə qənaətcillik və texniki təhlükəsizlik baxımından avtomatlaşdırılır.
Nəqliyyatın intellektual idarəsi də ağıllı şəhərin əsas prinsiplərindəndir. Şəhərlərdə logistik sistem – nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi, tıxacların qarşısının alınması, ağıllı işıqforların maksimal dərəcədə səmərəli iş rejimi avtomatik qaydada təmin edilir. Yeri gəlmişkən, ölkəmizdə hərəkətin idarə olunması sahəsində xarici şirkətlər tərəfindən hazırlanmış bəzi layihələrin uğursuz tətbiqi təcrübəsi var. Bu isə o deməkdir ki, gələcəkdə quracağımız “ağıllı şəhər/kənd” layihələrinin hazırlanmasında yerli mütəxəssislərin iştirakını təmin etmək mühüm şərtdir.
– “Sarı simə” toxundunuz. Prezident Əliyevin yanvar çıxışında hökumətə həm də tapşırılırdı ki, “işləri indidən planlaşdırın və şəhərsalma aparılarkən, layihələr icra edilərkən dünyanın ən qabaqcıl texnologiyalarının orada tətbiq olunmasını mütləq təmin edin”. Eyni zamanda, vurğulanırdı ki, “hazırda bizim də bu sahədə kifayət qədər peşəkar kadr potensialımız yaranıb”. Bunun ardınca deyim ki, hazırda “ağıllı şəhər” konsepsiyası üzərində dünyanın təxminən 20 ölkəsində iş aparılır, texnoloji liderlik isə Samsung (Cənubi Koreya), Cisco, Ford (ABŞ), Huawei, Xiaomi (Çin), Philips (Niderland) kimi telekommunikasiya nəhənglərinə məxsusdur. Bəs, biz özümüzü bu sıraya daxil edə, fərdi layihələrimizi hazırlaya bilərikmi? Gücümüz çatarmı? Yoxsa mövcud nailiyyətlərlə kifayətlənməliyik? Amma belə halda saldığımız şəhərlər lazımi qədər “ağıllı” olmayacaq. Çünki “ağıllı” – həm də yerli özəllikləri (relyefi, təbii ehtiyatları, iqlimi və s.) nəzərə alan, yerli vəzifələrə cavab verən deməkdir. Məsələn, Qarabağ şəraitində təhlükəsizlik məsələlərinin nəzərə alınması bütün sahələrdə xüsusi aktuallıq kəsb edir. Yəqin ki, texnoloq və alternativ energetika üzrə mütəxəssis kimi sualımın məğzi sizə aydındır. On il əvvəl Prezident sizin sahədə də hökumət qarşısında miqyasca bundan kiçik olmayan vəzifələr qoymuşdu. Dərhal poliqonlar salındı, strukturlar yaradıldı, müəssisələr tikildi, texnologiyalar gətirildi, bahalı avadanlıqlar alındı. İndi çox şeyi sıfırdan başlamaq lazım gəlir. Əvvəl-axır, “ağıllı” şəhər həm də “yaşıl” şəhər deməkdir axı…
– Elədir, bir vaxtlar Qara şəhərin yerində Ağ şəhər tikiləndə də deyirdilər ki, bura “ağıllı rayon” olacaq, yalnız elektromobillərdən istifadə ediləcək və s. İndi orada ağıldan başqa hər şey var. Bu layihə sırf kommersiya məqsədi daşımamalı idi. Belə şansı düzgün dəyərləndirmək, ən azından yaşayış komplekslərinin qismən də olsa, “smart” idarəçiliyini təmin etmək olardı. Əminəm ki, o şəhərcik tam istifadəyə verildikdən sonra adının üzərindən “Ağ” sözünü qaldırmaq lazım gələcək.
Əlbəttə, “ağıllı şəhər” modeli çox mürəkkəb layihədir, amma bizim belə layihəni işləyə biləcək mütəxəssislərimiz var. Əsas məsələ cavan kadrları bu işə cəlb etməkdir. Xaricdə yaxşı təhsil almış xeyli həmvətənimiz var. “Süni intellekt” sahəsində ixtisaslaşan hər bir mütəxəssis bu layihədə söz sahibi ola bilər. Söhbət bizim konsepsiyanın sırf “yerli” olmasından getmir. Xaricdə əldə olunmuş nailiyyətlərdən, artıq özünü doğrultmuş yeniliklərdən istifadə həmişə təqdirəlayiqdir. Ancaq fikir mübadiləsi apararaq, yerli standartlara uyğun “ağıllı şəhər” modelimizi yaratmaq təşəbbüsü müsbət qarşılanmalıdır. Çünki dünya təcrübəsi də göstərir: tam unikal model hələ ortaya qoyulmayıb, bu sahədə hər yeni uğur bölüşülür. “Ağıllı şəhər/kənd” layihələri hal-hazırda sınaq dövrünü yaşayır. Əvvəlki təcrübələr öyrənilir, buraxılan səhvlərdən nəticə çıxarılır.
“Ağıllı şəhər/kənd” salınarkən hava şəraiti, relyef, bu kimi digər amillər mütləq nəzərə alınmalıdır. Azad olunan torpaqlarda bu gün sürətlə yenidənqurma işləri aparılır. İlin əvvəlində Zəngilanda Prezidentin iştirakı ilə Azərbaycanda ilk “ağıllı kənd”in təməlqoyma mərasimi keçirildi. Bu cür layihələr qaçqın və məcburi köçkünlərin geri qayıtmasına təkan verəcək. Həm də indi həyata keçirilən hər bir “ağıllı kənd” layihəsi gələcəyin “ağıllı şəhər” layihəsi üçün ciddi təcrübə olacaq. Çox yaxşı olardı ki, həmin ərazilərdə salınan hərbi hissələr də “ağıllı modul-şəhərcik” tipinə uyğun inşa edilsin, effektivlikdən başqa, bu, bizə son dərəcə faydalı təcrübə qazandırardı.
– Ancaq bütün bunlarla yanaşı, mən düşünürəm ki, “ağıllı şəhər” salmaq onu idarə etməkdən çətin məsələ deyil. Düzgün idarəçilik üçün isə konsepsiya və texnologiyalardan başqa çox şey lazımdır – ağıllı kadrlar, elmi potensial, böyük həcmli informasiya ehtiyatları ilə işləmək bacarığı, ildırım sürətli rabitə, güclü özünüidarəçilik şəbəkəsi, ictimai və dövlət qurumlarının yüksək səviyyədə əlaqəli fəaliyyəti… Bu bəndlərin hər biri üzrə deyəcəyim sözlər var. Amma özünüzə birbaşa aidiyyəti olmayan suallarla sizi yükləməyəcəyəm. Gəlin, kadrlardan və elmi potensialdan danışaq, sizə yaxın məsələlərdir. Əvvəlcə Prezidentin yanvar çıxışından daha bir sitat gətirəcəyəm. O dedi ki, “kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır, yalnız belə olan halda, biz istədiyimizə nail ola bilərik”. Təəssüf ki, ötən iki aya yaxın müddətdə biz bu sahədə ciddi addımların şahidi olmadıq. Bəs, onda nə etməliyik ki, təkcə “ağıllı şəhər”lərimiz yox, onları idarə etmək üçün kifayət qədər ağıllı və hazırlıqlı kadrlarımız da olsun? Təhsil sistemində köklü islahat aparmalıyıq? “Axmış” beyinləri geri qaytarmalıyıq? Yüksək vəzifələrə təyinat təcrübəsini dəyişməliyik?
– İdarəçilikdən danışırıqsa, “ağıllı şəhər” sisteminin vacib özəlliklərindən biri “Living lab” – “Canlı laboratoriya” adlanır. Bu, xüsusi zona, yeni xidmətlərin test olunması üçün ərazidir. İrəli sürülən hər innovativ təklif və ya layihə əvvəlcə burada testdən keçirilir, uyğunluq yaradıldıqdan sonra şəhər həyatında tətbiq olunur. Zonanın unikallığı həm də ondandır ki, burada hansısa yeniliyin şəhər həyatına tətbiqinin nəticələri ilə yanaşı, onun digər sistemlərlə koordinasiyası imkanları yoxlanılır, risklərin düzgün qiymətləndirilməsinə şərait yaradılır.
Ancaq məsələ düzgün layihələndirmə, idarəçilik, uğurlu kadr seçimi ilə də bitmir. Cəmiyyət özü belə yeniliyə hazır olmalıdır. Söhbət maarifləndirmə işinin qurulmasından gedir. Sərt karantin dövründə vətəndaşlara dövlət tərəfindən ödənilən 190 manat aylıq yardımı almaq üçün insanlar online müraciət formasını doldura bilmirdilər və ya “Asan Xidmət”ə online növbəyə yazılmaqda çətinlik çəkirdilər. Çünki bununla bağlı maarifləndirmə lazımı qaydada aparılmamışdı. “Ağıllı şəhər” konsepsiyası insan faktorundan çox asılıdır. Unutmamalıyıq ki, onu yaradan biz insanlarıq, bu, insan beyninin məhsuludur və təkamül prosesində daim yenilənən məhsuldur.
Ehtimal edə bilərəm ki, azad olunmuş torpaqlarda “ağıllı şəhər/kənd” layihələrinin işlənməsi yerli yox, xarici şirkətlərə veriləcək. Belə olduğu halda, işin icrası və ya icraya nəzarət də xarici şirkətlərin öhdəsinə düşəcək. Axırda, təhvil-təslim mərhələsində isə həmin şirkət orada işləyən bir yerli elektriki, ya santexniki gətirib rəhbərliyə özü tərəfindən yetişdirilmiş, etibarlı mütəxəssis kimi təqdim edərək, gələcək risklərin məsuliyyətindən qismən azad olunacaq. Sonra xarici şirkət gedəcək və hesaba alınmamış problemlərin həlli yenə də yerli mütəxəssislərin üzərinə düşəcək. Yəni, bizim. Bu zaman həmin elektrik, yaxud santexnik yaranmış qüsuru nə diaqnoz edə biləcək, nə də problemin həlli yolunu göstərə biləcək. Prezidentin perspektiv layihələrlə bağlı imzaladığı əksər sərəncamlarda qeyd olunur ki, aidiyyəti üzrə yerli şirkətlər və mütəxəssislər görüləcək işlərə yaxından cəlb edilsin. Lakin tapşırığa nə dərəcədə riayət olunduğuna nəzarətin yoxluğu səbəbindən, təəssüf ki, sərəncamların bu bəndləri çox vaxt kağız üzərində qalır.
Əminliklə deyirəm ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının uğurlu icrası “yaşıl enerji” texnologiyalarının düzgün tətbiqindən keçir. Bu sahədə düzgün koordinasiyanın təmin edilməsi işin əsas hissəsi sayılır. Bilin ki, adicə “ağıllı ev” layihəsinin icrası zamanı xeyli sayda uyğunsuzluq problemləri ilə üzləşirik. Məsələn, külək generatorlarından və ya günəş panellərindən alınan enerjinin depolanması avtomatlaşdırılır və invektor vasitəsilə istifadəyə yönəldilməsi növbəli paylaşım qaydasında aparılır, buna baxmayaraq, əksər hallarda lazımı effektivlik alınmır. Təbii ki, burada insan nəzarətinin vacibliyi önəmlidir.
– O zaman məndə bir fikir yaranır: əgər smart sistemin idarə olunması və ya istifadəsi bu qədər risklidirsə, texniki təhlükəsizlik və informasiya təminatı məsələləri ilə mürəkkəb bağlantılara malikdirsə, risklərdən etibarlı müdafiə mexanizmi yaradılana qədər “ağıllı layihələr”in icrasına tələsməyə nə ehtiyac var?
– Gözləmək çıxış yolu deyil, çünki nə böyüməkdə olan problemlər, nə də günü-gündən irəli gedən texnologiyalar bizi gözləməyə qoymur. Optimal çıxış yolu belə layihələri birbaşa yalnız “ağıllı sistem”in üzərində qurmamaqdır. Reallıqda ən ideal mexanizim təkcə rəqəmsal deyil, o cümlədən mexaniki qaydada işlədilə bilən mexanizmdir. Demək, insan faktoru, onun lazımi anda müdaxiləsi hər bir halda qaçılmazdır. Digər tərəfdən, sizin sualın başqa bir qatı da var. Necə düşünürsünüz, ilk olaraq “ağıllı şəhər/kənd”ləri necə, nə qədər tez tikmək yollarını araşdırmağımız düzgün olardı, ya əvvəlcə idarəetmə mexanizmlərinə tam yiyələnmiş insanların hazırlanmasını, adamların maarifləndirilməsini təmin etməyimiz? Təəssüf ki, bizim cəmiyyətimizdə bu cür problemlər həmişə olduğu kimi, qalmaqdadır. Yarana biləcək və əvvəlcədən görməli olduğumuz problemlərin sonradan aradan qaldırılmasına xərclədiyimiz vəsaitin toplamı bəzən heç də layihənin ana məbləğindən az olmur. Məsələn, yolun təmirinə onu tikməkdən çox pul xərcləyirik. Bu hallar bizə keçmiş təcrübələrimizdən yaxşı bəllidir.
– Bir sualdan başqası doğur. Ən sadəsini seçib, söhbəti bitirirəm. Mənim kimi qarmaqarışıq meqapolisdə yox, “ağıllı şəhər”də yaşayan vətəndaş bundan nə xeyir görəcək? Həyatı daha maraqlı olacaq, gəliri çoxalacaq, sağlamlığı möhkəmlənəcək, yoxsa təhsili daha keyfiyyətli olacaq? Yenə misal istəyəcəyəm.
– Təhsilə toxundunuz, məndən istədiyiniz misalı elə bu sistemdən gətirəcəyəm. Təhsil Nazirliyinin orta məktəblərdə tədris rejimini təhlil edək. Bir dərs saatı 45 dəqiqə təşkil edir. Müəllim həmin vaxtın 5 dəqiqəsini şagirdlərin davamiyyətini (dərsdə iştirakını) yoxlamağa, 5 dəqiqəsini jurnalda mövzu ilə bağlı qeydlərin aparılmasına, 20 dəqiqəsini yazılı və ya şifahi ev tapşırıqlarının yoxlanılmasına (sual-cavaba) ayırır. Yerdə qalan 15 dəqiqə yeni mövzuya sərf olunur. Nəzərə alsaq ki, bir sinifdə 25-30 şagird təhsil alır, deməli, onların hamısının dərs prosesində iştirakı mümkün deyil. Bu isə öz növbəsində dərsdən kənar hazırlığın qaçılmaz olduğunu göstərir.
İndi isə təhsil sisteminin “innovativ şəhər”də necə olduğuna baxaq. Ümumiyyətlə, şagirdlərin yazılı gündəliyi olmur. Jurnal deyilən şey yoxdur və müəllim fiziki olaraq jurnal yazmaqdan azaddır. Şagirdlərin davamiyyəti xüsusi proqram vasitəsilə izlənilir. Hətta şagirdin bilik səviyyəsinin avtomatik ölçülməsi də təmin olunur. Gündəlik və jurnallar elektronlaşdırılır, arxivdə saxlanılır. Ev tapşırıqları yazıldıqdan sonra online qaydada xüsusi bazaya göndərilir, dərhal qiymətləndirilir. Bu səbəbdən dərs zamanı ev tapşırıqlarının yoxlanılmasına ehtiyac qalmır. Dərs saatının faydalılığı artmış olur. Məktəbin kitabxanası tam elektronlaşdırılmış şəkildə fəaliyyət göstərir, şagird istədiyi kitabı istədiyi vaxt kitabxanaya gəlmədən əldə edə bilir və s.
“Ağıllı şəhər/kənd”lərdə insanların dünyaya baxışı innovativ olmazsa, bu layihənin də perspektivi uğurlu olmayacaq. “Ağıllı kənd” və ya “innovativ şəhər” ilk növbədə təhsil sistemindən, maarifləndirmədən başlayır. Artıq yetişən nəsil bu konsepsiyanı düzgün mənimsəməyə məcburdur. Onun tədrisi üçün pedaqoqların, tədris və maarifləndirmə proqramlarının hazırlanmasında gecikirik. Düşünürüksə ki, orada yaşayacaq insanlar “ağıllı həyata” tezliklə öz-özünə uyğunlaşacaqlar, yanılırıq.
Press Klub