Söz yazarı, bəstəkar və müğənni Talıb Tale ilə olan müsahibəni təqdim edirik.
- Artıq bir ildir karantin şəraitində yaşayırıq. Əvvəl toylardan vaxt tapıb efirə çıxa bilməyən müğənnilər var ki, indi tez-tez verilişlərə çıxırlar. Sizi əvvəl də, indi də efirdə az-az görürük.
- Efirə tez-tez çıxıb tamaşaçının gözünü yormağın mənası yoxdur. Müğənni yaradıcı insandır. Fərqli işin, yeni mahnın varsa, çıx, danış. Özünüz dediniz, karantindir, bir ildir toy da yoxdur ki, qazanaq, ortaya yaxşı iş çıxardaq.
- Sonuncu işiniz kimi türk musiqisi "Olsaydım" və şəhidimiz Xudayarın ifasından sonra daha da məşhurlaşan "Vətən yaxşıdır" mahnısını sintez edib oxudunuz, sonra klip çəkdirib tamaşaçıların marağına səbəb oldunuz. Musiqinin sonunda şəhidimizin adını səsləndirməyiniz alqışa layiqdir.
- Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlar üçün nə eləsək, azdır. Ürəyimdən necə gəldi, o cür də davrandım. Klipin ideyası da, montajı da mənə aiddir. Amma onu çəkmək rahat olmadı. Uyğun havanı gözləyirdik. Şükür, nəticədə əziyyətimiz yerdə qalmadı.
- Dağlardan söz düşmüşkən, Göyçəlisiniz. Usatad Aşıq Ələsgərin kötücəsisiniz. Gələcəkdə azad olunmuş torpaqlarımızda, Göyçəyə yaxın yerlərdə yaşamağı düşünmüsünüz heç?
- Şəhidlərimiz, qazilərimiz elə bir qələbə qazandırıb ki, neçə ildən sonra utanmadan rahat nəfəs ala bilirik. Təbii, burda uğurlu siyasətimizin də rolu az olmadı. Sualınıza tam səmimi cavab verəcəm. Mən Göyçədə doğulmuşam. Sonra ailəmizlə birlikdə Xanlar rayonuna köçmüşəm. Ancaq Göyçə azad olunsa gedib orda yaşaya bilərəm. Həm də gələcəklə bağlı dəqiq heç nə deyə bilmərəm. Karantindən əvvəl dünya əhalisi plan qurmuşdu. Artıq bir ildir hər kəsin planı plan olaraq qalır.
- Aşıq Ələsgər nə bilirsiniz?
- Uşaq yaşlarımdan Bakıdayam. Bakı mühitindəyəm. Ona görə bu haqda çox da yaxşı bilmirəm.
- Şeirlərindən əzbər bilirsiniz?
- Yalan deyərəm. Şeir demək qabiliyyətim yoxdur.
- Adınız Dədə Ələsgərin oğlu və şəyirdi, Aşır Talıbdan gəlir?
- Hə. O, mənim babamdır.
- Sizin valideynləriniz nəçidir?
- İkisi də müəllim idi. Dünyalarını dəyişiblər.
- Allah rəhmət eləsin. Müğənnilərimizdən Qarabağa gedib konsert verənlər oldu. Talıb Taleni o müğənnilərin arasında niyə görmədik?
- Dövlət səviyyəsində təşkil olunmuş konsertiydi. Məni dəvət edən olmamışdı. Dəvət eləsəydilər, məmnuniyyətlə gedərdim.
- İdarəçilik Akademiyasını bitirmisiniz. Siyasəti izləyirsiniz, yoxsa yaradıcılığınıza pis təsir göstərməsin deyə tərkidünya olmusunuz?
- Yox, yaradıcı insana təb gəlirsə, bəzən günlərlə, aylarla başını aşağı salıb yeni nəsə yaratmağa çalışır və bacarır da. Amma eyni cəmiyyətdə yaşayırıq. Siyasi gedişatları izləyib fikir bildirmək olar. İndi vəziyyət elədir ki, problemlərimiz də bir-birinə bənzəyir.
- Sənətdə sözünü demiş müğənnilərdən kim sizi sərt tənqid edib?
- Adını çəkməyəcəm. Adını çəkməyi həm özümə yaraşdırmıram, həm də düzgün deyil. Təhqir olunmadığı halda istənilən tənqidə açığam. Bir işdə tənqid olmasa, növbəti iş ondan yaxşı olmayacaq.
- Misal üçün, tənqidi nə olub?
- Çox sadə: zövqümcə deyil, dinləmirəm.
- Sənətkar dinləmədiyi müğənninin mahnıları haqqında necə fikir bildirə bilər?
- Bilmirəm, bu sualı onlara ünvanlamaq lazımdır. Bu barədə danışmaq istəmirəm.
- Sizi tənqid edən müğənnilərdən konsertinizə kimi dəvət eləmisiz?
- Müğənnilərdən heç kimi konsertimə dəvət eləməmişəm. Elə xasiyyətim yoxdur. Bilet niyə göndərib qarşı tərəfin boynuna məsuliyyət qoyum?
- Yaxşı, biletinizi pulla alıb gələn olub?
- Bizim müğənnilər elə jestləri özlərinə sığışdırmırlar. Bəzi müğənnilər olub ki, bileti istəyib, vermişəm, yenə də konsertimdə onu görməmişəm. Sonradan üz-üzə gələndə, məndən aldığı bileti pərəstişkarım yaxınına, tanışına verdiyini deyib.
- Fobiyanız yoxdur, amma kompleksiniz çoxdur. Kompleksləriniz məşhur olduqdan sonra yarandı?
- Məşhurluğun da rolu az deyil. Elə yerlər var ki, heç istəmirəm məni tanısınlar. Hal-hazırda maskada olmaq mənə sərf edir.
- Dünya ulduzları var, insanlar arasında otururlar, insanlarla rahat ünsiyyət qururlar. Onlarda bu cür kompleks olmur.
- Baxır harda oturursan, yanında kim var. Özümdən asılı deyil. Elə yerlər var ki, rahat gəzmək, oturmaq istəyirəm və kiminsə məni tanımasını istəmirəm.
- Deyəsən məşhur olmağa peşmansınız.
- Xeyr, baxır necə məşhur olasan.
- Bəs şəxsi həyatınıza mənfi təsiri olub?
- Deməzdim. Şəxsi həyatda iki insanın bir-birinə uyuşması birbaşa xarakterlə bağlıdır.
- Məşhurluğun təsiri olmamış olmaz.
- Belə danışaq. Başqalarında necə olub deyə bilmərəm, məndə çox cüzi təsirini göstərdi. Bir də ki, hər şey insanın özündən asılıdır.
- Bir gün unudulsanız, üsyanınız özünüzə, yoxsa etibarsız tamaşaçılarınıza olacaq?
- Elə bir hal olsa, qınayacağım insan özüm olaram. Elə səhvlərim olub ki, özüm-özümü qınamışam. O vaxt unudularam ki, artıq mənim bu sənətə həvəsim qalmasın. Hər şey ola bilər. Düzünü bilmək istəyirsinizsə, unudulmağa da hazıram. Həm indiki dövr əvvəlki dövrlər kimi deyil. Mahnı bəstələməsəm, oxumasam, unudulmayacam, sadəcə arxa plana keçəcəm.
- Bu gün senzura qayıtsa, Talıbı efirə buraxmasalar, haqsızlıq olmaz?
- Mən elə o siyahıda olmuşam. Mahnılarım internetdə səslənirdi. Efirə çıxmaq istəyirdim, icazə vermədilər. Sonra özüm bütün kanalların üstündən xətt çəkdim ki, mənə heç bir efir lazım deyil. Kanallar özləri məni çağırdılar, mən getmədim. İnternet dövrüdür. İnsanlar məni birinci internetdən tanıyıblar. Sonra elə bir ünsiyyət yarandı ki, efirə çıxdım. Hər şey gözəl danışıqdan asılıdır. Hal-hazırda çox verilişlərə çağırırlar, getmirəm. Bu eqoistlik deyil. Bayaq vurğuladığım kimi, insanların gözünü yormaq istəmirəm.
- Verilişlərdə çox görünmək toyları və qiymətləri artırır.
- Elə müğənnilər var ki, hər gün efirdədir, ayda iki toyu olmur. İndi hər şey internetdən asılıdır, nəinki televiziyadan.
- Kişi müğənnilər duet ortaqlarıyla yollarını ayırdıqdan sonra xanımlar haqqında yaxşı fikir söyləmirlər. Ağzıgöyçək kişi həmkarlarınıza reaksiyanız necə olub?
- Qadın arxasınca danışan kişiyə yaxşı baxmıram. Sözün varsa, çək kənara, sakitcə de. İndi hamı danışır. Hər iki tərəf susmağı bacarsa, müəyyən vaxtdan sonra münasibətlər yenidən bərpa olunar, birlikdə daha yaxşı işlər ortaya çıxartmaq olar.
- Talıbın yanında xanım müğənni hansı hərəkəti edə bilməz?
- Yanımdakına qadağa qoyan insan deyiləm. Baxanda bilirəm, kimlə məclisə getmək olar. Bu barədə adam tanıyanam.
- Talıb, nişanlanmısınız. Toy nə vaxtdır, sualını vermək istəyərdim, indi heç kim toy planlarından danışa bilmədiyi üçün birbaşa "nigahınız nə vaxtdır? " sualını verirəm.
- Artıq nişanlı deyiləm.
- Qırx yaşa keçmisiniz. Ənənəvi sualımı verim: niyə evlənmirsiniz?
- Çox yaxşı sualdır. Sadəcə yaxşı sualdır (gülür).
- Yaradıcılığınız, ruh halınız, ya el dilindəki "Yaş artdıqca insanın ailəyə həvəsi ölür" deyimi sizə mane olur?
- 19 yaşım olanda evlənmək istədim, alınmadı. Məndən böyük iki qardaşım vardı. İndi evləndirmək istəyirlər, mən könülsüzəm.
- Məncə, siz çox soyuqqanlı insansız. Şəxsi həyatınızdakı xanımlara zaman ayırmadığınız üçün tək qaldığınızı düşünürəm.
- Həmişə buna görə ittiham olunmuşam. Xasiyyətimi əvvəlcədən desəm də, nəticə dəyişilməz qalır. Özümü diqqətsiz bəy sayıram, amma bir o qədər də yox.
- Üzə çıxartmadığınız mahnılar çoxdur, deyirsiniz. Üzə çıxarmadığınız mahnılarla, məşhur mahnılarınız arasındakı fərq nədir? İkisini də Talıb yazır, Talıb ifa edir.
- Fərqi odur ki, üzə çıxartmadıqlarım ürəyimcə olmur, gözümdən düşür, ona ayırdığım vaxta da heyfim gəlmir.
- Nəsə yazmısınız?
- Tammetrajlı kino ssenarisi yazmışam. Pandemiyayla bağlı üzə çıxartmamışam.
- Öz həyatınızdandır?
- Xaraktercə, hə. Amma belə tamam fərqli mövzudur.
- Sizdən yaxşı psixoloq olardı?
- Həvəsim olsaydı, olardı.
- Dünya ədəbiyyatından kimləri oxumusunuz?
- Kitab oxumağa hövsələm çatmır. Ancaq səsli kitabları dinləyirəm. Dinlədiklərim psixologiyaya aiddir. Viktor Hüqonu, Dostoyevskini, Tolstolyu səsli dinləmişəm.
- Psixologiyaya aid əsərlər dinləmək insanları tanımağa kömək edir?
- İnsanları tanımaq üçün ancaq həyat təcrübəsi lazımdır. İnsanlığı sənə yalan danışan, aldadan, üz-üzə gələndə səni tərifləyib arxanca danışan insanlardan öyrənirsən. Kitab söz ehtiyatını artırmaq üçün lazımdır.
- Bəstələdiyin mahnılarda səhvlərini tapa bilirsiniz? Ümumiyyətlə, özünü tez-tez dinləyən müğənnisiniz?
- Bəzən dinləyirəm. Uzaq yola çıxanda dinləyirəm. Deyirəm, hə, burda başqa cür olmalıydı. Bir mahnını hər gün dinləyəndə özüm də bezirəm.
- Dünya ədəbiyyatından hansı şairin sözlərinə mahnı bəstələmək istərdiniz?
- Dünya ədəbiyyatından yox, fikrim var bu il Aşıq Əəsgərin şeirinə mahnı oxuyum.
- Hansı şeir?
- Hələ seçməmişəm. Oxuyanda dinləyəcəksiniz.
- Bəs digər şairlərdən?
- Bəxtiyar Vahabzadə, Bəhmən Vətənoğlunun şeirləri də ola bilər. Ancaq hal-hazırda real olan Aşıq Ələsgərdir.
- Saz çalmağı bacarırsınız?
- Yox, yaxşı bacarmıram. Şəhər mühiti, gənclik maraqları məni sazdan uzaqlaşdırdı.
- Özünüzü Avroviziya mahnı müsabiqəsində görürsünüz?
- Təzə başlayanda həvəsim vardı. Düşünürdüm, elə mahnı təqdim eləmək olar ki, unudulmasın. Sonra həvəsim tamam öldü. Orda səslənən mahnıların çoxunu bəyənmirəm. Nisbətən, Aysellə Araşın ifası xoş gəlir.
- Həmkarlarınız sizə ara müğənnisi deyir. Xətrinizə dəymir?
- Ara elə "xalqın arası" deməkdir. Efirə buraxmırlar, oxuyanda da deyirlər ara müğənnisi. Məşhur olan kimi bəyənmədikləri ara müğənnilərini dəvət edirlər, eyni toyda, eyni verilişdə fəxrlə iştirak edirlər. Çox demirəm, bir az dürüst olsunlar. Sözünü demiş sənətkarın mahnılarının hamısı yaxşı olmadığı kimi, bəyənmədikləri, ara müğənni dedikləri müğənninin də bütün mahnıları pis ola bilməz. Araşdırsaq, bizi bəyənməyən müğənnilərin çoxu yol gedəndə maşında bizi dinləyir. Mənə ancaq sadə insanların fikri maraqlıdır.
- Əvvəl toy vardı, qazanırdınız. Həmkarlarınızdan maşınını, qızıllarını, evini satanlar var...
- Allaha şükür, heç nəyimi satmamışam. Bilirəm ki, müvəqqəti çətinlikdir.
- Nə əcəb vaxtında iş qurmadınız?
- Elə obyekt açırdıq ki, pandemiya oldu, bütün planlarım yarımçıq qaldı. İndi də şükür, pis yaşamıram. Çox xərcim yoxdur. Tək adamam. Ailəsi olan insanları daha yaxşı başa düşürəm. Bir il işin olmaması onlar üçün çox pisdir. Elə vəziyyətə gəlmişik ki, başqalarına da kömək edə bilmirik. Həkimlər tövsiyə edirlər ki, özünüzü virusdan qoruyun. Ancaq ondan da daha acınacaqlı vəziyyətlər var ki, adamın yadına nə virus düşür, nə də maska taxmaq. Pandemiya psixoloji təsir göstərir, maddi sıxıntılar hər şeyi kölgədə qoyur.
- Rusiyada toylar başlayıb. Dəvətləriniz az olmaz.
- Dəvət var. Sağ olsun “Azal” şirkəti. Birtərəfli biletlərin qiyməti o qədər yüksəkdir ki, getməyə dəyməz. Türkiyədən getmək daha rahatdır, onda da bizə icazə vermirlər. İndi “Youtube”dan qazanıram. Bu hələ ki məni qane edir.
- Efirə çıxmaq üçün televiziyaya pul ödəmisiniz?
- Mən ödəməmişəm. Sonradan dost olduğum insanın toyunda oxumuşdum, pul almamışdım. Əvəzini çıxmaq üçün məndən xəbərsiz pul vermişdi. Sonradan məni də danladılar ki, nahaq pul vermisən. Adın pul verən müğənnilər siyahısına düşdü. Onsuz da səni çağıracaqdılar. Həmişə demişəm, on il də çağırmasalar, efir üçün pul ödəməyəcəm.
- Həmkarınız Xatirə İslamın efirə çıxmaq üçün kanal rəhbərlərindən pul istəməsi birmənalı qarşılanmadı. Digər müğənnilər dəstək olmadı. Siz heç reaksiya vermədiniz.
- Artıq başqa ölkələrdə müğənnini efirə çağırmaq üçün pul verirlər. Gərək elə səviyyəyə çatasan ki, onu tələb edəsən. İndi kanal nə qazanır ki, müğənniyə də versin. Sadəcə Xatirənin tələbi indiki vəziyyətə uyğun deyil.
- Kliplərinizə baxmışam. Bəzi kliplərinizi yola vermisiniz.
- Pandemiya vaxtı hə, yola vermişəm. Zamanla bir şeyi öyrəndim. Çox diqqətlə, əziyyətlə bir işin üstündə çalışırsan, istədiyin effekti vermir. Amma yola verirsən, maraqla qarşılanır.
- Belə başa düşdüm ki, həyatınızı da yola verirsiniz. Gələcəyi düşünən insan deyilsiniz.
- Çox düşünəndə görürəm ki, depressiyaya düşürəm. Ona görə yaradıcılığımı öz öhdəmə, həyatımı zamanın axarına buraxmışam. Mənim babalarım da gec evləniblər. Talıb babam evlənəndə yaşı qırxı keçmişdi. Ona görə də bu barədə narahat deyiləm. Gec olsun, güc olsun.
- Fobiyanızın olmadığını deyirsiniz, amma inanmadım. Elə insan yoxdur ki, qorxusu olmasın.
- Şərdən qorxuram. Gözləmədiyin adamdan elə şər, böhtan görərsən, özün inanarsan. Ona görə bacardıqca ehtiyatlı olmağa çalışıram.
- Düşünmüsünüz ki, müğənni olmasaydım, indi çoxdan ailəyə, uşağa qarışmışdım.
- Təbii, çoxdan ailəm olardı. Xasiyyətim də başqa olardı. Amma mənasız diqqətlərin əleyhinə olmuşam. Səhərdən axşama qədər telefon əlimdə mesaj yazım, tez-tez zəng edim, bu mənlik deyil.
- Görüntü olaraq sizi müğənniyə niyə bənzətmirəm?
- Məni müğənnidən çox hərbiçiyə, başqa sahənin adamına oxşadırlar. Müğənnidən başqa hər şeyə bənzəyirəm (Gülür)
Müsahibəni aldı: Şəfaqət Cavanşir
kulis.az