Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Nə vaxta qədər bir “durbanın“ ümidinə qalacağıq?“ - Natiq Cəfərli


“2021-ci ilin yanvar ayında Azərbaycandan 833 çeşiddə mal ixrac olunub. Bu illik müqayisədə 22,4% azdır”.

Cenub.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. 
O bildirib ki, ixrac olunan məhsulların çeşidi çox ciddi şəkildə azalıb və bunun pandemiya ilə əlaqəsi yoxdur. Çünki sərhədlərin bağlı olması mal idxalı və ixracına çox az təsir edir. Məsələn, yanvar ayında ölkəyə 4752 çeşiddə məhsul idxal edilib ki, bu da keçən ilə nisbətən cəmi 2,7% azdır, azalma səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir”.
Natiq Cəfərlinin sözlərinə görə, tək çeşid deyil, həcm də azalır: “2020-ci ildə qeyri-neft sektoru üzrə ixrac 2019-cu illə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2% azalıb:
"Bəs ixrac niyə azalır?! Bəs hanı bu sahənin inkişafı?! Bəs nə oldu qeyri-neft sektoru?! Nə vaxta qədər bir “durbanın” ümidinə qalacağıq?! Yaxşı, indi OPEC- lə neft müvəqqəti 63-65 dollar oldu, sabah İran bazara girəndə, apreldə Səudiyyə könüllü azaltdığı hasilatı bərpa edəndə, ABŞ-da hava isinib hasilat bərpa olunanda, Liviya 1 aydan sonra bazara əlavə 800 min barel neft çıxaranda nə olacaq?! Axı bizdə hasilat da azalır, indiki müvəqqəti qiymət artımı bir tək hasilatın azalmasını kompensasiya edir – bunu da anlamırlarmı?! Qeyri-neft sektoru yeni simalar, amma köhnə qaydalarla inkişaf edə bilməz, çünki əsas şəxslər deyil sistemdir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10