Yaxın Şərqin zil-tenor səsli xanəndəsi - Mir İslam Mir Ələm oğlu Rəfiyev (Xanəndə Mir İslam) - 1859 – 1947
1-ci yazının linki burada
https://cenub.az/9414-masalll-xannd-mir-slamn-hyat-yolundan-nal-kimi-film-kimi-olaylar.html
Cənub.az və masallılar.
Xudaşirin Cəbiyevin araşdırmasını təqdim edir
Xudaşirin Cəbiyevin araşdırmasını təqdim edir. 1-ci hissə
- “Qızılbaşlar” sülaləsinin qızıl başlı xanəndəsi
- Qarabağ xanəndələri Masallıda
- Masallıya 140 il xidmət edən, bu gün isə dağılmaqda olan hamamın qısa tarixçəsi
- Uğursuzluqla bitən başabəla adağlıbazlıq
- Doşab aldı, bal çıxmadı... Və ya 2-ci evliliyin acı şərbəti
- Tehran hamamından İran şahının qulağına çatan səs
- Heç zaman əlinə qaval almayan görkəmli xanəndə
- Moskvada Stalinin bağında eyş-işrət gecələrində
- Var-dövlətini kasıb-küsuba xərcləyən xanəndənin dərvişliyə məhkumluğu
- İran şahının hədəyyə etdiyi 50 min tümənlik üzük namərd qohumun badına necə getdi?
- Siyasi səhvinin ucbatından öz soy-kökündən niyə imtina etməli oldu?
-Mir İslamın vəsiyyətləri.
Yağışdan çıxdı, yağmura düşdü
Lənkəran. Küçələri gəzərkən xan və bəylərin imarətlərinə boylanıb baxan Mir İslamın gözləri eyvanların birində saçları topuğuna dəyən, təravətli görkəmi olan bir qıza sataşır. Sevincindən aşıb-daşan Mir İslam ürək sirrini yaxın dostlarına bəyan edir. Soraqlaşan dan sonra məlum olur ki, onun eyvanda gördüyü qız Böyükağa xanın subay övladı Xumar xanımdır. Beləliklə, Mir İslamın qəlbində gizlətdiyi çoxdankı arzu-niyyəti hasil olur - xan nəslindən olan qızla evlənir. Lakin bu dəfə də hədəfini düzgün nişan ala bilmir, sevgi oxu yenidən daşa dəyir. Zifaf gecəsi məlum olur ki, Xumar xanım bir ayağından axsayır - şikəstdir.
Bəxtinə təsadüflər nəticəsində oxunan acı hökmlərlə barışmağın məcburiyyətində qalan Mir İslamın tale uğursuzluqları heç də bunlarla bitmir. Xumar xanımla izdivac dan Tanrı onlara oğul payı ayırmır. Dünyaya gətirdikləri 3 qız övladından ikisinin taleyi uğursuz olur.
Seybətindən Avropaya ayaq açan xanəndə Mir İslam.
Taleyində üzləşdiyi ağır sınaqlara baxmayaraq fitri istedadı, bacarıq və əzmkarlığı hesabına Mir İslam daim xanəndəlik sənətinin uca zirvələinə can atmış, son nəticədə, öz məqsədlərinə nail ola bilmişdir. Eyni zamanda irəliyə doğru addımlaması üçün özünün nəql etdiyi kimi təsadüf və subyektiv səbəblərin də rolu olmuşdur.
Ərdəbildə yaşadığı illərdə toy şənliklərində xanəndəlık edən Mir İslamın səsinin sorağı el-el, diyar-diyar dolaşır. Günlərin birində əmisi uşaqları ilə Tehrana gedən Mir İslamı hamama aparırlar. Orada qohumlar, dost-tanışlar ondan oxumasını xahiş edirlər. Onun şaqraq, zil, şirin zənguləli səsini Tehrandakı hamamın gumbəzlərinin yaratdığı akustika bir neçə dəfə canlandırır, daha da cingiltili edir. Hamamda dincələnlər Mir İslamı dövrəyə alaraq bir daha oxumasını xahiş edirlər. Dinləyicilərin arasında təsa-düfən Məhəmmədəli şahın oğluna yaxın olan bir nəfər də var imiş...
İran şahının sarayında 40 günlük toy
Ertəsi gün Mir İslamı əmisi uşaqları ılə birlikdə şahın hüzuruna aparırlar. Beləlıklə, Mir İslam Tehranda şahın sarayında təşkil olunan musiqi gecələrinin iştirakçıları sırasına daxil edilir. Onun fars və azərbaycan dillərində məlahətli səslə oxuduğu muğamların, təsniflərin və seçdiyi qəzəllərin sehri həm şahı, həm də saray əyanlarını valeh edir. O, öz ifaları ilə məclisdə iştirak edən dıgər musiqiçıləri kölgədə qoyur. Mir İslamın 40 gün ərzində sarayda verdiyi ardıcıl konsertlər zamanı nümayiş etdirdiyi ifaçılıq məharəti, zəngin söz ehtiyatı gələcəkdə şah tərəfindən onun İraqda Nəcəfül-Əşrəf İlahiyyat Mərkəzinə oxumağa göndərılməsinə səbəb olur.
O, Nəcəfül-Əşrəf İlahiyyat Mərkəzinin ilahiyat-muğam şöbəsində 25 il təhsil aldığı illərdə də İraq və İranın möhtəşəm dini mərasimlərinin və toy şənliklərinin iştirakçısı olmuşdur. Təhsil aldığı illərdə Talış-Muğan zonasından olan həmyerliləri, tələbə yoldaşları ilə - seybətinli Şeyx Əsədulla Axund, alvadılı Hacı Şeyx Həsən Axund, kolatanlı Molla Cəlal Axund, ərkivanlı Şeyx Bəşir Axund və b. ilə yaxın dostluq əlaqələri qurmuşdur.
Haşiyə: (müəllif)
Mir İslamın həyat və yaradıcılığı ilə bağlı araşdırmalar apardığım ərəfələrdə Masallı rayonunun tanınmış din xadimlərindən biri sayılan Hacı Molla Əlihəsən Molla Şeyx Bəşir Axund (Ərkivan k.) oğlu ilə anım mərasimlərinin birində fikir mübadiləsi zamanı məlum oldu ki, həm öz atası, həm də Mir İslam barədə yaddaqalan şirin xatirələri var. Oxucular üçün maraq doğuracağını nəzərə alaraq onun söylədiyi fikirləri diqqətə çatdırıram:
- Ağam Ərkivanda 6 il mollaxanada təhsil aldıqdan sonra babam onu ev təsərrüfatının mal-heyvanlarını otarmaq üçün naxırçılığa göndərir. O dövrdə mollaxanada təhsil alan gəncləri kənddə hüzür məclislərində müqabilədən (oxu sınağı) keçirər, onlara “Qurani-Kərim”in “Yasin” surəsini oxutdurarmışlar.
Günlərin birində kəndimizdə kimsə vəfat edir və anım məclisində İraqın Ən-Nəcəf şəhərində təhsil alan ilahiyyat alimlərindən biri iştirak edir. Atam da məclisdə “Yasin” surəsini oxuyub qutarandan sonra həmin alim babamı sorğu-suala çəkir:
- Hüseynəli kişi, Bəşir təhsilini davam etdirəcək?
- Axund sağ olsun, xeyr. İstəyirəm mal-heyvanın naxırçılığını ona həvalə edim, evdəki nökərlərinizdən bir başqasını göndərim oxumağa.
Babamın cavabından sonra alim bərk əsəbiləşərək ona deyir:
- “Kəs səsini axmaq kişi, bu uşağın səsi də, avazı da yerində, zehni də üstəlik. Sənin oxumağa
göndərəcəyin uşağın ya səsi olar, həvəsi olmaz, ya həvəsi olar, avazı olmaz. Bu uşaq başdan-
ayağa hazir istedaddır. Göndər bu uşağı Allah yolunda oxumağa!”.
Babam axunda “baş üstə!” deyərək atam barədə qərarını dəyişir və gecə evə qayıdan kimi nənəmə deyir:
- “Ağaməli kinə, məclisədə kam mande axund mıni bıkışti. Votışe ki, Bəşırı bıvğand Xıdo roədə bo hande” (Ağaməlinin qızı, məclisdə az qaldı ki, axund məni öldürsün. Dedi ki, Bəşiri göndər Allah yolunda oxumağa).
Lənkərandakı “Molla Mirzəməmmədhüseynin mədrəsəsi”
Həmin əhvalatdan sonra babam atamı aparır Lənkərandakı “Molla Mirzəməmmədhüseynin mədrəsəsi”nə. Məlum olur ki, dərs mövsümünə xeyli gecikiblər. Lakin buna baxmayaraq atamın biliyini yoxlayıb onu mədrəsyə qəbul edirlər. O, tələbə yoldaşlarının köməyi sayəsində öz üzərin də gecə-gündüz çalışaraq dərs proqramı üzrə uğurlu davamiyyətinə müvəffəq olur. Daha sonra İranın Ərdəbil şəhərində “Mirzə İbrahim mədrəsəsi”ndə təhsilini bir neçə il davam etdirir, Zən can şəhərində də 5 il dini təhsil alır. Dini biliklərin zirvəsinə ucalmaq məqsədilə atam oradan Ən-Nəcəf şəhərinə gedir və orada da daha 5 il təhsil alır. İraqda yaşadığı illərdə bir sıra həmyer liləri ilə tələbə yoldaşı olur. O cümlədən, sonralar nüfuzlu ilahiyyat alimləri kimi tanınmış bir sıra tarixi şəxsiyyətlərlə - Şeyx Əsədulla Axund, Şeyx Əli Axund, Molla Müzəffər Axund, Molla Qulamhüseyn Axund, Molla Cəlal Axund və b. ilə dostluq əlaqələri qurur.
Hələ Ərdəbildə “Mirzə İbrahim mədrəsəsi”ndə təhsil aldığı illərdə, əslən Lənkəran qəzasının Seybətin kəndindən olan Mir İslam Rəfiyevlə də ağam tələbə yoldaşı olmuşdur. “Quran”ın əruz vəzninin tələblərinə uyğun olaraq avaz ilə oxunmasını mədrəsədə o dövrün tanınmış muğam ifaçılarından biri tədris edirmiş. Təhsil alan çoxsaylı tələbələr içərisində 6 nəfər yaxşı səs duyumu və xoş avazı ilə seçilir. Hər həftənin cümə günləri imkanlı adamlar həmin tələbələr üçün 12-13 kq çəkisi olan bir quzunu əti doğranmamış halda şişə çəkərək kabab (o zamanın dili ilə desək “büryan”) hazırlayırlar. Əvəzində isə həmin tələbələr açıq səma altında muğam şöbələri əsasında tamaşaya gələnlər üçün novhələr, rövzələr oxuyurlar. Bu əhvalatı az müddət keçməmiş Ərdəbilin baş din xadiminə çatdırırlar ki, tələbələr cümə günləri camaat qarşısında muğam dəsgahları ifa edirlər. Nəticədə mədrəsənin rəhbərliyi tələbələri məcbur edir ki, bu kimi əməllər dən əl çəksinlər. Atam Bəşir də daxil olmaqla 5 tələbə fikrindən dönsə də, Mir İslam inadından əl çəkmir və təhsilini davam etdirmək üçün baş götürərək Ən-Nəcəf şəhərinə gedir. Orada Mir İslam muğamat-ilahiyyat sahəsində nəinki təhsil alır, eyni zamanda tanınmış xanəndə-ifaçı kimi İraqda və İranda şöhrət tapır.
Mir İslamın Avropa konsertləri
Mir İslam təhsilini başa vurduqdan sonra peşəkar xanəndə kimi təkcə İran və İraqın deyil, həm də Avropanın konsert salonlarını lərzəyə gətirir. İran musiqiçilərindən ibarət heyətlə Fransada, Almaniyada, Rusiyada konsrtlər verir, 1921-ci ildə səsi qramofon vallarına köçürülür. Təəssüf ki, onun İrandakı xanəndəlik fəaliyyəti haqqında əlimizdə geniş məlumat yoxdur.
Vətənə qayıdış...
Uzun müddətli ayrılıqdan sonra Seybətin həsrəti, vətəndə ölmək arzusu ilə yaşayan Mir İslam keçən əsrin 30-cu illərində geriyə dönür, daimi olaraq el-obasında məskun laşır. Tarixi dövrü yada salaraq regionda baş verən inqilabi dəyişiklikləri, ölkəmizdə və İranda gedən prosesləri nəzərə alsaq, Mir İslamın geriyə qayıdışının əsil mahiyyəti aydınlaşar. Azərbaycandakı kollektivləşmə, sinfi mübarizələr, İranda Məşrutə hərəkatı, ictimai-siyasi dəyişikliklər və sərhədlərdə nəzarətin getdikcə gücləndirilməsi Mir İsla mın həyat və fəaliyyətinə görünür ki, öz ciddi təsirini göstərmişdir.
Vətənə qayıtdıqdan sonra toy şənliklərində xanəndəlik fəaliyyətini davam etdirmək lə yanaşı, ömrünün qalan hissəsini muğamatın və xalq nusiqisinin təbliğinə və gənc xanəndələr nəslinin yetişdirilməsinə həsr etmişdir. Bilik və bacarığını istedadlı gənclə rin meydana çıxmasına həsr edən, onları həvəslə öyrədən Mir İslam, keçən əsrin 30-40-cı illərində nəinki Masallıda, həm də ətraf rayonlarda xeyli sayda xanəndələr nəslini yetişdirmişdir.
Mir İslam tanınmış sənətçilərlə bir sırada
O, yaşadığı dövrün tanınmış ifaçıları - xanəndə Haşım Kələntərli (1899-1987), kamançaçalan İsmayıl Talışinski (1903-1958) ilə toy şənliklərində tərəf müqabil olmuş dur. Xanəndəlik etdiyi məclislərə ətraf yerlərdən saysız-hesabsız pərəstişkarlar toplaşıb gələrək saatlarla, yorulmadan onun ifa etdiyi muğam dəstgahlarına qulaq asarmışlar. Mir İslamın rəhbərlik etdiyi musiqiçilər dəstəsində zurnaçalanlar rüdəkənarlı Əkbər, bədəlanlı İbad, dəmirçili Mirzə Abdulla (Aşıq Abdulla), masallılı tarzən Xəlil (Xəlil dadaş), Yaqub kimi Lənkəran qəzasında və ətraf yerlərdə tanınmış ifaçılar olmuşdur.
Baba Hüseynbala oğlu Həsənov və Mirhaşım Talışlı müəllifi olduqlar “Lənkəran” kitabında (buraxılış -1990-cı il, səh. 114) yazırlar:
“...Hazırda Lənkəran rayonunun Tükəvilə kəndində yaşayan Xanəli Əkbərov Mir İslamla tanışlığı barəsində deyir: “sənət aləminə gəlişimdə ustadım Mir İslamın rolu böyükdür. 1935-ci ildə Lənkəranda eşitdim ki, Mir İslam toya gəlib. Getdim məclisə və burada yığışanların xahişi ilə oxuduğum bir neçə muğam Mir İslamın çox xoşuna gəldi. Mir İslam da camaatın qarşısında söz verdi ki, məni şagirdliyə götürəcək və muğamatın incəliklərini mənə mükəmməl öyrədəcək. Verdiyi vədi həmin gündən də yerinə yetir məyə başladı. Onun mənə öyrətdiklərini isə oğlum Canəli məndən öyrəndi. Mir İslamı heç vaxt unutmaram. Allah ona rəhmət eləsin!.”.
Masallı rayonunda Mir İslamın çoxlu sayda sənət dostları və şagirdləri olmuşdur. Onun yetişdirdiyi xanəndələr - Masallıdan Məmmədəli Rəhmətov, İsrafil Səfərov, Şahnəzər Bağırov, Həsənlidən Hacıalı Hüseynov, Səmidxandan Ərzulla Əliyev və Qulam, Digahdan Məmmədhəsən, Qızılağacdan Bağı Ələkbərov, Mollaobadan Sahib Mahmudov, Qodmandan Əlihüseyn Məmmədov, Öncəqaladan Atabala Zahidov və başqaları olmuşlar. Onun tələbəsi - Səmidxanlı Ərzulla günlərin birində Bakının Binə-qədi qəsəbəsində toyda Cabbar Qaryağdıoğlunun hüzurunda oxuyur. Həmin toyda Cabbar əmi üzünü məclis əhlinə tutaraq deyir:
- “Ey Binəqədi əhli, məndən sonra muğamata qulaq assanız, bu şəxs qabildir, onu oxudun.” ( M. M.)
Keçən əsrin 60-cı illərindən başlayaraq rayonumuzda Yeddioymaq Şıxlarından Kərim Həsənov, Əbdürrəhman, Qodmandan Mürüvvət Həşimov, Öncəqaladan Həbib Müslümov, Masallıdan Rəsmiyyə Sadıxova, Əbdüləli Hüseynov, Qarğalıqdan Süley-man, Sərdar Ələkbərov və b. kimi 3-cü nəsil xanəndələri meydana gəlmişdir.
(Ardı var – sonuncu hissə)