Mirzə Cəlilin "Ölülər" pyesi və "Pirverdinin xoruzu" hekayəsi əsasında çəkilmiş filmləri təqdim edirik.
"Ölülər" pyesinin süjeti: Kiçik bir şəhərdə, bir müddət əvvəl Məşhədə ziyarətə gedən və orada rəhmətə gedən Kərbəlayı Fətullanın dirilməsi xəbəri yayılır. Şəhər əhli onu dirildən Şeyx Nəsrullahı təmtəraqla qarşılayır. Şeyx Nəsrullah ölənlərin hamısını dirildəcəyinə söz verir. Amma adamlar qohumlarından kimi dirildib, kimi diriltməmək mövzusunda seçim edəndə, qarışıqlıq düşür.
Şeyx Nəsrullah onların cahilliyindən öz məqsədləri üçün istifadə edir. Ona inanmayan yeganə adam, Avropada təhsil almış İsgəndərdir...
Ədəbiyyatşünaslıqda "Ölülər" tragikomediya kimi təqdim olunsa da, janr etibarilə qara komediyaya daha yaxındır. Çünki qara komediya (və ya qara yumor) cəmiyyətdə, ictimai fikirdə qəbul olunmuş əxlaq normalarını hədəfə alır, tabu mövzulara - ölümə, xəstəliyə və ya müqəddəs, toxunulmaz hesab olunan dini dəyərlərə, inanclara skeptik, sinikcə yanaşır.
1909-cu ildə yazılmış "Ölülər" pyesi də dövrün əxlaqi qaydalarına, dini inanc və dəyərlərinə qara komediyanın şərtləri çərçivəsində cəsarətli yanaşmadır.
Milli kinematoqrafiyada "Uzaq sahillərdə", "Arşın mal alan", "Yeddi oğul istərəm", "Dədə-Qorqud" kimi kult filmlər yaradan Tofiq Tağızadənin pyes əsasında 1991-ci ildə lentə aldığı "O dünyadan salam" film də qara komediyanın qaydalarına uyğundur.
Filmdə bir passajı diqqətə çatdırım. Nazlı ilə evlənmək istəyən Mir Bağır ağaya İsgəndərin: "Nə xoşbəxt insansan. Mənə yan-yörəsini göstərir. Mərmər kimi sinəsini sənə" replikasında, bacısının vücuduna seksual eyhamı günümüzdə də etik çərçivələrdən çıxaraq abırsızlıq kimi səslənir.
Ancaq təbii ki, rejissorun yozumunda belə bir sərt seksual kontekst təkcə həmin dönəmin əxlaqına yox, çağdaş dövrdə də ehkamçı düşüncəyə qarşı istehzaydı. Çünki müəllif əsəri daha çox günümüzə uyğunlaşdırmağa çalışmışdı.
Yeri düşmüşkən, əxlaq anlayışı ilə mənəvi dəyərlərin fərqli olması ilə bağlı qısa qeyd edim. Çünki ictimai düşüncədə, bədii publisistik mətnlərdə, əksər hallarda əxlaq, yanlış olaraq mənəvi kateqoriya kimi qəbul olunur. Əslində isə əxlaq çoxluğun vərdiş etdiyi davranış modellərinin, prinisplərinin toplusudur. Yəni toplumun nəyəsə alışması (örnəyi, əvvəllər 13 yaşlı qızların ərə verilməsi toplumun vərdiş etdiyi adət idi. Qızın təhsil alması isə əxlaqa zidd sayılırdı) əxlaqın mahiyyətini təyin edir. Mənəviyyat isə fərdi kateqoriya olduğundan, çox hallarda əksəriyyətin düşüncəsinə qarşı çıxmaq cəsarətini tələb edir. Bu mənada "Ölülər" pyesində də, "O dünyadan salam" filmində də müəlliflər əksərin əxlaqına qarşı, qəhrəmanın simasında mənəvi dəyərlərini qoyurlar.
Filmin ilk epziodları əhvalatın psixoloji-sosial mühitini simvolizə edən xaotik məişət təsvirləri ilə başlayır. Və Xəyyam Mirzəzadənin apokaliptik musiqisi əhvalatın xaotik qatını gücləndirir.
Ümumilikdə isə rejissor filmin müəyyən bir hissəsini pyesdən olduğu kimi köçürüb. İlk epizodların çoxu sadəcə bədii mətnin imitasiyasıdır və rejissor İsgəndərin monoloqlarını öyüd-nəsihət ritorikasında işləyərək ədəbiyyatdan xilas etməyib, nəticədə həmin hissələr kinodili ilə uyğunlaşmayıb.
Amma əvəzində qəbirstanlıq epizodlarının təsvir həlli maraqlı alınıb. Şeyx Nəsrullahı qəbirstanlıqda gözləyən adamların məzar daşları arasında rəqsi və rəqsin folklor musiqisi çalarları ilə müşayiəti bayram tamaşalarını xatırladır.
Yaxud Şeyx Nəsrullah kişiləri soyunduraraq, kəfənə bənzər ağ libasda qalmağa vadar edəndə, onlar ölülərlə eyniləşir.
Məlik Daddaşov, Şeyx Nəsrulların kütlə psxiologiyasının incəliklərini, zəifliklərini dəqiq bilən, onlardan öz mənafeyi üçün ustaca yararlanan, artistik, avantürist obrazını yaradır. Aşağıdan yuxarıya doğru çəkilmiş planlar onun əzəmətli manipulyator obrazını dəqiq canlandırır.
İsgəndər intellektual, bilgili, haqlı olmasına rəğmən iradəcə zəifdir, o, bilgilərini kobud gerçəklikdə funksionallaşdıra bilmir. Və bu səbəbdən də təsəllini içkidə tapır. Və rolun ifaçısı Yılmaz Duru İsgəndər obrazının dərinliyini, konfliktini, yaşadığı dövrlə identifikasiya problemlərini dərk edə bilməyib.
Əsərdə əsas konfliktlərdən biri İsgəndərlə Şeyx Nəsrullahın arasındadır. Amma bu konflikt, duel yalnız obrazların fərqli düşüncələri arasında yox, həm də iki aktyor oyunu arasında baş verir. Yılmaz Durunun pafoslu oyunu, pauzaları, faciədən ironiyaya (və ya əksinə) məhz formal, texniki keçidləri Məlik Dadaşovun təmkinli oyununa, obrazı, vəziyyəti dərindən duyumuna uduzur. Həm də ona görə ki, Məlik Dadaşov Şeyx Nəsrullahın klassik ifaçısı sayılırdı, dəfələrlə Milli Dram Teatrın səhnəsində bu rolu ifa etmişdi. Filmdə də onun ifaçılıq məharəti, aktyor dominantlığı önə çıxır.
Filmin ikinci yarısından, artıq rejissorun traktovkası başlayır. Məzarlığa gələn İsgəndər Şeyx Nəsrullahdan Mirzə Cəlili diriltməyi xahiş edəndə, hamı onun xalqa pisliyini əsas gətirərək dirilməsinə etiraz edir.
Sonrakı hadisələr İsgəndərin yuxusunda baş verir. O, ölülərlə dialoqa girir və hadisələrin gedişatında horror elementlərindən istifadə olunur: göy guruldayır, qəbirlər dağılır və ölülər qəbirlərdən çıxır. Evlərinə buraxılmayan dirilmiş ölülər mitinq edərək öz haqlarını tələb edir. Dirilən Mirzə Cəlil onları əsl insan kimi yaşamaq uğrunda mübarizəyə səsləyir. Mirzə Cəlilin çıxışından sonra kütlə "Dirilərə ölüm", "Azadlıq" şüarları ilə mənzili bəlli olmayan yola axışır. Yolayrıcına çatanda "Cırtdanın nağılı"ndakı klassik sual "sağ tərəfə, ya sol tərəfə gedək" kimi səslənir və hansı tərəfə gedəcəyini bilməyən kütlə ortaq dil tapa bilmir.
Rejissor filmin ikinci hissəsini müasirləşdirir, bu epizodu, 1990-cı illərin reallığına prokesiya edərək, hadisələri tamamən ictimai-siyasi məzmunda işləyir. Ölülərin yenidən dirçəlişi və mübarizəsi, uzun müddət qapalı sovet rejimində yaşamış xalqın öz kimliyini dərk etmək cəhdinin vizual ifadəsidir. Hərçənd, epizod plakat-şüar tərzində alınıb.
Ölülərin və Mirzə Cəlilin dirilmə səhnəsini İsgəndərin yuxusunda verilməsi isə klişe fənddir. Halbuki, yuxuyla reallığın sərhədlərinin itirilməsi, qara komediyada istifadə olunan absurd teatr elementlərinə xitab edirdi.
Finalda İsgəndər allaha dua edir, çıxış yolunu ondan imdad diləməkdə görür. Sonda isə kadrın dərin qaranlığında gözdən itir və film pessimist, ümidsiz notlarda bitir. İsgəndərin dinə qayıdışı, ümidsiz final, filmin çəkildiyi dövrün ruhundan doğur: dinə olan qadağalar götürülürdü, ölkənin gələcəyi ilə bağlı suallar çoxuydu.
Film 1993-cü ildə Aşqabadda Beynəlxalq "Gümüş Aypara" kinofestivalında mükafata layiq görülüb.
kulis