Kütləvi saxlanılmalar var, BŞBPİ DYPİ də inkar etmir, amma baş verənlərə məntiqli izah axtarılır
“Heç bir xəbərdarlıq edilmədən maşınlarımız saxlanıldı, cərimələndi və cərimə meydançalarına aparıldı”, - deyə ayna.az-a bir neçə şikayət məktubu daxil olub.
Paytaxt sakinlərindən ünvanlanan məktublardan belə aydın olur ki, cərimə meydançalarına aparılan avtomobillərin əksəri şirkətlərə məxsusdur. Belə ki, üzərində reklam xarakterli yazılar, şəkillər olan avtomobillər saxlanılaraq cərimələnir. Sürücülərin sözlərinə görə, son günlər Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) cərimə meydançası (daha doğrusu, həyəti), sözügedən səbəbdən gətirilən avtomobillərlə dolub-daşır...
Maraqlı və təəcüblüdür, deyilmi? Bizə də elə gəldiyi üçün BŞBPİ DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. Və o, açıqlamasına belə bir girişlə başladı: “Sürücü sürücü olaraq öz hüquq və vəzifələrini bilməli, özü gündəlik informasiyaların alınmasında maraqlı olmalıdır. Bu, məsələnin birinci tərəfidir”.
Sonra dedi ki: “İkincisi, hər bir sürücü gözəl bilir ki, idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır və qanunvericilikdə olan tələbləri bilib, onları düzgün yerinə yetirməlidir. Əgər bu gün nəinki Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, eləcə də digər rayon dövlət yol polisi idarələrinin əməkdaşları xidmət etdikləri ərazidə qanunvericiliyin tələblərinə uyğun xidmət aparırlarsa və hər hansı bir xətaya yol verən sürücü və onun idarə etdiyi nəqliyyat vasitəsini aşkarlayırlarsa, təbii ki, inzibati tənbeh tədbirləri görürlər. Bu tədbirlərin də görülməsində məqsəd törədilən xətaların qarşısını almaq və beləliklə də yol-nəqliyyat hadisələrinin sayını aşağı salmaqdır. Bu da müzakirə edilmədən, düzgün yerinə yetirilməlidir”.
Əsədov “Reklam haqqında” Qanuna nəzər yetirməyimizi məsləhət gördü: “Qanunda da görəcəksiniz ki, istənilən növ nəqliyyat vasitəsinin sağ-sol yan hissələrində reklamın gəzdirilməsinə qanunvericiliyin tələblərinə uyğun olaraq icazə verilir. Nəqliyyat vasitələrinin üzərində hər hansı bir reklam nümayiş etdirilirsə, o, mütləq şəkildə qeydiyyatdan keçməlidir. Sürücülər buyursunlar, aidiyyəti üzrə yol polisinə müraciət edib reklamın gəzdirilməsi ilə bağlı icazə alsınlar. Əlbəttə ki, əgər sürücüyə gəzdirilən reklamla əlaqəli, hətta, vaxtı keçibsə və inzibati tənbeh tədbiri yazılıbsa, bu, qanunun tələbinə uyğundur. Bundan da heç kim inciməməlidir. Qanun isə müzakirə edilmir”.
Bəli, BŞBPİ DYPİ-nin şöbə müdiri belə deyir. Bəs, qanun və reallıq nə deyir?
Milli Hüquq Evinin (MHE) rəhbəri, hüquqşünas Nicat Gözəlovun şərhinə görə, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu, 3 noyabr 2001-ci il Azərbaycan Respublikası Prezidentinin fərmanında göstərilən qaydalar və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: “İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulan zaman, bu, reklamın yayılması qaydalarının pozulması deməkdir. Ona görə də bu, inzibati xəta hesab olunur. Həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslərin pul cəriməsi ilə cəzalanması var”.
Amma, “Nəyə görə mən öz mülkiyyətimdə olan avtomobilin üzərində daşıyacağım reklama görə Dövlət Yol Polisindən icazə almalıyam? Reklam etmək istəyən şəxs həm də avtobilində o reklamın daşıyıcısı olaraq dövlətə vergi ödəyir. Bu, bütün normal dövlətlərdə belədir. Məsələn, mən bir şirkətlə müqavilə bağlamışam, həmin şirkəti reklam edirəm. Bizdə qanun deyir ki, mən buna görə gedib Yol Polisindən razılıq almalıyam. Mən VÖEN açmışam, reklamla bağlı müqavilə bağlamışam, hər ay vəsait alıram və həmin vəsaitdən də dövlətə vergi ödəyirəm. Dövlət burada nə itirir? Nəyə görə Yol Polisindən icazə almalıyam ki, bu reklamı yapışdırım, ya yox? İndi belə çıxır ki, şəhidlərin fotolarının avtomobillərdə gəzdirilməsi şəhidlərin reklamıdır?! Mən gedib buna görə Dövlət Yol Polisindən icazə almalıyam?”, - deyə o bildirib.
Hüquqşunasın sözlərinə görə, bir şəxsin öz mülkiyyətindəki avotomobilin üzərində reklam daşımaq üçün, “Reklam haqqında” Qanuna uyğun olaraq müqavilə bağladıqdan sonra, onu kiminləsə razılaşdırması zəruri olmamalıdır: “Sadəcə olaraq, bunun üçün Milli Məclisdə düşünən baş lazımdır. Kii, müəyyən strukturlar belə lüzumsuz təklifləri verən zaman həmin təklifləri rədd eləsin. Çünki hüquqi şəxslərin 2-3 min manat cərimələnməsi də sahibkarlığın fəaliyyətinə və inkişafına ciddi ziyan vurur. Bu, həm də hüququn prinsiplərinə ziddir”.
Mövcud qanunvericilik və hüquqşünasın iradı baxımından, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevə müraciət etdik. O, açıqlamasında bildirdi ki, “Reklam haqqında” Qanunun 25-ci maddəsinə görə, nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır: “Görünür ki, həmin avtomobil sahibləri bu razılığı müvafiq icra hakimiyyəti orqanlarından almayıblar, ona görə də buna icazə verilmir. Həm də ola bilsin ki, həmin reklam olunan məhsulun reklamı qadağan olunubsa, bu halda ona da icazə verilmir”.
“Amma mən çox istərdim ki, dövlətin müvafiq orqanları şəhərin mərkəzindəki bütün kiosklarda, şüşələrin arxasında xüsusi işıqlarla reklam olunan siqaretlərin reklamına ciddi nəzarət etsinlər. Bununla bağlı dəfələrlər Milli Məclisdə məsələ qaldırmışam, məsələni ictimaiyyətin diqqətinə çatdırmışam. Amma hələ ki, heç bir tədbir görülmür”, - deyə Həsənquliyev vurğuladı...
Milli Məclisin digər üzvü Vahid Əhmədov, məsələ ilə bağlı şərhində, daha çox reklamların mahiyyətinə diqqət çəkdi: “Reklamla bağlı bağlanan müqavilələr qanunvericiliyə uyğun olmalıdır. Elə reklamlar var ki, qanunvericliyə uyğun deyil. Məsələ reklamın tərkibindən asılıdır. Əgər icazə tələb edən reklamlardırsa, mütləq icazə alınmalıdır. Əgər adi reklamdırsa, ona heç bir ehtiyac yoxdur. Ona görə də bunun üçün qanuna baxmaq lazımdır. Biz bununla bağlı qanun qəbul etdikdən sonra bir neçə dəfə bu qanuna dəyişikliklər edilib”.
Deputat qeyd edib ki, reklamla bağlı onlara xeyli sayda müraciətlər daxil olur: ““Reklam haqqında” Qanunun özünə də riayət olunmalıdır. Qanunda həm də qeyd olunub ki, reklamdakı sözlər ilk olaraq Azərbaycan dilində olmalı, digər dillər ondan sonra olmalıdır, həm də digər dillərdə olan sözlər kiçik hərflərlə yazılmalıdır. Gedin, baxın, Bakı şəhərində iki dənə düz yazılan reklam ya taparsınız, ya tapmazsınız. Reklamların əksəriyyəti əcnəbi dildədir - hansı dillərdə istəsəniz, var. Amma Azərbaycan dilində reklamlar yoxdur. Bu, çox ciddi problemdir”.
ayna.az

Bura qədəri aydırdır. Amma... Üzərində reklam xarakterli yazı həkk olunduğu üçün cərimə meydançasına aparılan avtomobillərə gəldikdə, DYPİ rəsmisi belə şərh verdi: “Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin üzərində hər hansı bir reklam gəzdirirlərsə, reklamla əlaqəli “Reklam haqqında” Qanunun tələbinə uyğun qeydiyyatdan keçməlidirlər. Yəni, onlara gəzdirdikləri reklamla əlaqəli xüsusi icazə də verirlər və müddət də göstərilir. Bunu isə sürücülər özləri gözəl bilirlər. Onlar “bizə xəbərdarlıq edilməyib, biz bilmirdik” deyirlərsə, sualın cavabını da özləri yaxşı bilirlər”.
Əsədov “Reklam haqqında” Qanuna nəzər yetirməyimizi məsləhət gördü: “Qanunda da görəcəksiniz ki, istənilən növ nəqliyyat vasitəsinin sağ-sol yan hissələrində reklamın gəzdirilməsinə qanunvericiliyin tələblərinə uyğun olaraq icazə verilir. Nəqliyyat vasitələrinin üzərində hər hansı bir reklam nümayiş etdirilirsə, o, mütləq şəkildə qeydiyyatdan keçməlidir. Sürücülər buyursunlar, aidiyyəti üzrə yol polisinə müraciət edib reklamın gəzdirilməsi ilə bağlı icazə alsınlar. Əlbəttə ki, əgər sürücüyə gəzdirilən reklamla əlaqəli, hətta, vaxtı keçibsə və inzibati tənbeh tədbiri yazılıbsa, bu, qanunun tələbinə uyğundur. Bundan da heç kim inciməməlidir. Qanun isə müzakirə edilmir”.
Bəli, BŞBPİ DYPİ-nin şöbə müdiri belə deyir. Bəs, qanun və reallıq nə deyir?
Milli Hüquq Evinin (MHE) rəhbəri, hüquqşünas Nicat Gözəlovun şərhinə görə, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu, 3 noyabr 2001-ci il Azərbaycan Respublikası Prezidentinin fərmanında göstərilən qaydalar və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: “İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulan zaman, bu, reklamın yayılması qaydalarının pozulması deməkdir. Ona görə də bu, inzibati xəta hesab olunur. Həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslərin pul cəriməsi ilə cəzalanması var”.
Amma, “Nəyə görə mən öz mülkiyyətimdə olan avtomobilin üzərində daşıyacağım reklama görə Dövlət Yol Polisindən icazə almalıyam? Reklam etmək istəyən şəxs həm də avtobilində o reklamın daşıyıcısı olaraq dövlətə vergi ödəyir. Bu, bütün normal dövlətlərdə belədir. Məsələn, mən bir şirkətlə müqavilə bağlamışam, həmin şirkəti reklam edirəm. Bizdə qanun deyir ki, mən buna görə gedib Yol Polisindən razılıq almalıyam. Mən VÖEN açmışam, reklamla bağlı müqavilə bağlamışam, hər ay vəsait alıram və həmin vəsaitdən də dövlətə vergi ödəyirəm. Dövlət burada nə itirir? Nəyə görə Yol Polisindən icazə almalıyam ki, bu reklamı yapışdırım, ya yox? İndi belə çıxır ki, şəhidlərin fotolarının avtomobillərdə gəzdirilməsi şəhidlərin reklamıdır?! Mən gedib buna görə Dövlət Yol Polisindən icazə almalıyam?”, - deyə o bildirib.
Gözəlov məsələyə əyani izah verib: “Məsələn, əgər nəqliyyat vasitəsi olan minik avtomobili, yəni mikroavtobusdursa, qapılarında, qanadlarının yan səthində yerləşdirilə bilər. Qaydalarda belə müəyyən edilir. Əgər nəzərə alsaq ki, minik avtomobillərinin arxa şüşələrində kantla bağmaq olar, belə çıxır ki, istənilən formada bunu bağlaya bilərəm. Həm də reklama nəzarət edən bir agentlik var, reklamla bağlı qaydalar pozulursa və hansısa formada müqavilə bağlanılmayıbsa, agentlik özü həmin şəxsləri cərimələməlidir. Reklam agentliyi ilə müqavilə bağladıqdan sonra Dövlət Yol Polisinin buna razılıq verməsi nə hüquqa, nə də məntiqə sığır”.