Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıdan “YAŞAT”a baxanda “YAŞAT”-a pul köçürtmək çox asan, bəs kömək istəmək necə?


Əslində yaxşı olar ki, hər rayonda belə bir Fond olsun. Belə olsa, insanlar bilər ki, bu rayonun xeyirxahları kimdir, hər kənd üzrə şəhid ailələri kimdir, yaxud yaralıları kimdir və həmin yaralı hansı vəziyyətdədir.


“YAŞAT”  fondunun yaradılması olduqca xeyirxah niyyətlərdən qaynaqlanıb. 
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, şəhid ailələrinin və yaralanmış əsgərlərin ailə üzvlərinin ehtiyaclarının təmin olunması üçün yaradılmış "YAŞAT" Fonduna bu günə qədər 24 milyon 804 min 936 manat 86 qəpik vəsait yığılıb. 
Həmin vəsaitlərin 15 milyon 36 min 831 manat 71 qəpiyi fiziki şəxslər, 9 milyon 768 min 105 manat 16 qəpiyi hüquqi şəxslər tərəfindən köçürülüb.
Bu vəsaitin 883 min 278 manat 49 qəpiyi artıq şəhid ailələrinin və yaralanmış əsgərlərin ailə üzvlərinin ehtiyaclarının təmin olunması üçün xərclənib.
Ötən ay ərzində 2706 şəhid və 81 yaralının 11 mindən çox ailə üzvü ilə görüş keçirilib. 2787 ailənin 1483-ü öhdəliyə götürülüb. 
Mart ayından sonra Fond tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulub. Ağır yaralılar, yəni əlilliyə düşə biləcək yaralılar Fonda müraciət edə bilərlər.
Redaksiyadan: Göründüyü kimi şəhid ailələri və yaralı əsgərlər mart ayından sonra bu Fonda müraciət edə bilərlər. Hər rayonda, o cümlədən Masallıdakı ASANxidmət-də onların Fərid adlı təmsilçisi var. Onunla əlaqə qurmaq isə elə də  asan deyil. Qısası,  axtarış sistemində bu qurumla bağla nə qədər axtarış etsək də, pul ödəmək üçün xeyli variantlar təklif olunsa da,  ondan yararlanmaq üçün əlaqələri tapa bilmədik.
Bu Fondla bağlı bəzi təkliflərimiz də var.
Əslində yaxşı olar ki, hər rayonda belə bir Fond olsun. Belə olsa, insanlar bilər ki, bu rayonun xeyirxahları kimdir, hər kənd üzrə şəhid ailəri kimdir, yaxud yaralıları kimdir. Və həmin yaralı hansı vəziyyətdədir? (Xatırladım ki, 1990-ci illərin əvvəlində hər qəsəbə və kənddə xeyriyyə fondu var idi və normal da işləyirdi). Həm də qeyd olunur ki, yaralı əlil kimi qeydiyyatdan keçməlidir. Bəzi qazilər? Axı, onlarla 2-ci Qarabağ savaşının içtirakçısı olan Qazi var ki, yaşayış durumu çox ağırdır. Bunlar mütləq yaralanmalı idi ki, onlara da yardımlar olsun. Düşünürəm ki, paytaxda oturub, bu məsələləri operativ həll etmək bir qədər çətin olacaq. Hər sahədə olduğu kimi bu Fondın fəaliyyətində də olduqca detallaı, hər rayon, kənd üzrə detallı məlumat olsun ki, insanlar da daha böyük inam yaransın.
Bu günlərdə icra hakimiyyətlərində şəhid ailələri və yaralılarla bağlı şöbənin yaranması barədə ölkə başçısının sərəncamı bu istiqamətdə faydalı addım kimi dəyərləndirilməlidir.
Həm də yaxşı olar ki, paytaxtda ZƏFƏR muzeyi yaradılması barədə qərar verildiyi ki, rayonlarda da belə muzeylər yaransın.
Şəhidlərimizin, yaralıların, eləcə də digər qəhrəman döyüşçülərimizin təbliğində və təqdimində bir parakəndəlik hökm sürür. Cenub.az. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10