Dahi yazıçı Əbdürrəhimbəy Haqverdiyevin anım günündə tənqidçi Mehman Qaraxanoğlunun “Ədəbiyyatımizın “haqq mövcud”u” essesini təqdim edirik.
Əbdürrəhim bəy Haqverdiyevin “Uca dağ başında” hekayəsi qədim bir şəhərin təsviri ilə başlayır. Bu təsvir əsl poeziyadır! Hətta “Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, о şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni оlmuşdur”. Payız daxil olandan sonra isə məşğuliyyətlər azalır, şəhərin əvvəlki çal-çağırından əsər-əlamət qalmır. Adamlar günlərini xoş keçirmək üçün məşğuliyyət axtarışına çıxırlar. Məşğuliyyətlərin ən maraqlısı və “ən birincisi dəli oynatmaq” olur.
Sözügedən hekayə əsrarəngiz (başqa söz tapa bilmədik!) yazıçı Əbdürrəhim bəy Haqverdiyevin kütləviliyə köklənməyən üslub və ifadə manerası, pafosdan uzaq təhkiyə stixiyası və tendensiyasız ədəbi mövqeyi haqqında bizə yetərincə bilgi verir. Bu haqda bir az sonra.
Böyük yazıçını müasirlərindən (hətta bugünkü yazarların çoxundan!) fərqləndirən başlıca xarakterik keyfiyyətlərdən biri də incəsənətin müxtəlif sahələrini mükəmməl bilməsi, həm də sistematik olaraq tərcüməçilik və ədəbi tənqidlə də (təhlillə!) məşğul olması idi. Onun “Tənqidə tənqid”, “Müsəlmanlarda teatro”, “Mirzə Fətəlinin faciəsi”, “Maksim Qorkinin həyat və yaradıcılığı”, “Molla Nəsrəddin haqqında xatiratım”, “Ədəbi dilimiz haqqında” və s. məqalələri bu gün də aktualdır. Rus və dünya ədəbiyyatından xəbərdar olan yazıçı ədəbiyyatdan nə alıb, ona nə verəcəyini çox gözəl bilir, özünə ədəbi cameənin içindən (dar nəfəsliyindən) deyil, dışından – geniş üfüqlərindən baxıb qiymət verməyi bacarır və tərəddüd etmədən özünü simvolizmin banisi hesab edirdi. “Pəri cadu haqqında qeydlər”ində oxuyuruq: “Dоxsanıncı illərin оrtasında simvоlizm deyilən bir ədəbiyyat üsulu teatrо səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq оlmuş can” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun оlması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvоliк bir əsər teatrоmuz üçün yazmaq fiкrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvоlizmin bizim ruhumuza uyğun оlmasıdır”. (Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lider nəşriyyat, 2005, 408 səhifə, səh: 332). Böyük ədib haqlı idi. Lakin ədəbiyyatı öz inhisarına almış avtoritar rejimdə ədibin haqq səsini eşidən kim idi?! Ədəbiyyatşünaslığımızın “gücü” bir şeyə çatdı: Haqverdiyevi dünya ədəbiyyatı kontekstindən ayırıb “satirik yazıçı” kimi təqdim etməyə, vəssalam... 7 may 1927-ci ildə Haqverdiyev, dostu Əziz Şərifə yazırdı: ”Necə ki, bilirsən, “Azərnəşr” mənim yazılarımı çap edir, amma... (bu üç nöqtənin “demədikləri” müəllifin dediklərindən qat-qat çoxdur) “Pəri cadu”nu buraxmaq istəmir; səbəbi mənim orada cin və şəyatin ortalığa çıxartmağıma mövhumat mənası verirlər. Və bir də deyirlər ki, “Pəri cadu” haqqında inqilabdan sonra bir mükəmməl tənqid qəzetlərdə çıxmayıbdır”. Əlahəzrət Sözün bitdiyi yerdir! Dünyada bundan cəfəng səbəblər ola bilərmi? Azərbaycan sovet ədəbiyyatı hara, cin hara? Absurd görünsə də repressiyaya ilk məruz qalanların siyahısına cin və şeytanların adlarını da yazmaq lazımdır. Əlacı kəsilən Haqverdiyev öz məktubunda Əziz Şərifdən “Pəri cadu” haqqında bir məqalə yazmağı xahiş edir...
“Simvolizm” fransız sözü olub “rəmz”, “rümuz”, “işarə” deməkdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada yaranmış simvolizm ədəbi cərəyanı gerçəkliyi simvollar səviyyəsində ümumiləşdirib əks etdirirdi. Realizmin “şineli”ndən çıxsa da, bir qədər ona müxalif idi. Amma digər cərəyanlar kimi simvolizm də sonda realizmə gəlib çıxırdı.
Nizamidən üzübəri simvolikadan həmişə yararlanıblar. Amma cərəyan səviyyəsində yox! Uğurlu forma, dil və ifadə vasitələri ilə incəsənətin bütün sahələrinə gərəkən miqdarda nüfuz edib bədii-estetik cəhətdən onları zənginləşdirən simvolizmin Azərbaycan ədəbiyyatında oturuşması birmənalı olaraq Haqverdiyrevin adı ilə bağlıdır. Ona görə yox ki, yazıçı özü bunu bəyan edir. Zatən, ədibin söylədiyi fikirlər də bizə ipucları verir. Bunlar öz yerində! Başlıcası, ona görə ki, Haqverdiyev dövründə fikri birbaşa ifadə etmək üçün əlverişli epoxal atmosfer olmadığından uyğun modellər tapmaq ehtiyacı daha çox yaranmışdı. Bu ucdan da Haqverdiyevin nəsr texnikası özünəqədərki mövcud standartlara uyğun gəlmirdi. Biz bunu Mirzə Cəlil yaradıcılığında da müşahidə etmişdik - onun geniş spektrli nəsri bunu deməyə imkan verir. Sərt realizmlə simvolik elementlər onun nəsrində qovuşuq, çulğalaşmış çəkildədir, hansının daha çox olduğunu soruşsalar, təbii ki, realizm üzərində dayanardıq. Haqverdiyevdə isə meyarlar tərəzisinin gözü daha çox simvolizmə tərəf əyilmişdir. “Pəri cadu” bunu deməyə əsas verir. Amma proses “Pəri cadu” ilə bitmədi, bütünlüklə nəsrinə adladı – “Haqq Mövcud”, “Uca dağ başında” “Çeşmək” və s. şedevrlər yarandı.
Kamal Abdulla Haqverdiyevi həm də magik realizmin banisi hesab edir. Təkcə “Xortanın cəhənnəm məktubları” bu fikrin nə qədər doğru olduğunu sübut edir. Burada mistik elementlərdən, alleqoriyadan, rəmzlərdən yetərincə istifadə olunur. Amma konteksti genişləndirib, Kortasarın, Markesin magik realizmi səviyyəsində ədəbi paralellər aparsaq, fikir haçalana bilər...
Əbdürrəhim bəy Haqverdiyevin sadə, “elementar”, adidən də adi həyat həqiqətlərini təcəssüm etdirən nəsri bizə əsas verir deyək ki, o həm də Azərbaycan ədəbiyyatında primitivizm cərəyanının banisidir. XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində dünya incəsənətinin bütün sahələrində yeni yaranan təmayüllər fonunda davamlı eksperimentlər həyata keçirilirdi. Primitivizm də bir cərəyan kimi bu dövrdə yaranaraq incəsənətin müxtəlif sahələrinə nüfuz etdi. Lakin daha çox rəssamlıqda qabarıq görünməyə başladı. Dahi fransız Qogen (1848-1903) impressionizm və primitivizmin ən böyük nəhənglərindən sayılır. Adətən, onun haqqında belə deyirlər: “Rənglərin və qadınların kralı”. Sivilizasiyanı qəbul etməyən dahi Taitidə və Markiz adalarında yaşayır və ömrünün sonuna qədər sadəliyin, təbiiliyin, bir sözlə, primitivizmin cazibəsindən çıxmır.
Məşhur gürcü rəssamı Niko Pirosmani (Pirosmanişvili 1862-1918) gələcək şöhrətindən xəbərsiz səfil, sərgərdan, sərsəri bir həyat yaşadı. Onun rəsmlərinə baxanlar deyərlərmiş: “Mən bundan yaxşı çəkə bilərəm”. Saysız-hesabsız rəsm çəkən rəssam sağlığında demək olar ki, tanınmayıb. Sadə kənd həyatından götürülən mövzular onun tablolarını misilsiz edir. O, primitivizmin ən böyük ustadıdır. Rəsmlərinin adları da mövzuları kimi sadə və gözəldir: “Beqonun kampaniyası”, “Kaxetiya çaxırı”, “Beş zadəganın şənlənməsi”, “Zürafə”, ”İnək sağan”, “Odun daşıyan” və s.
Tiflisin – “Azərbaycan ədəbi-mədəni mühitinin baş qərərgahı”nın (İ.Həbibbəyli) Zaqafqaziya üçün nə demək olduğunu, zənnimizcə, bilməyən yoxdur. Təsadüfi deyildir ki, Cəlil Məmmədquluzadə Tiflisi “Qafqaz türklərinin mərkəzi” adlandırırdı. A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, M.F.Axundzadə və digər aydınların formalaşmasında Tiflis mühiti müstəsna rol oynamışdır. Şuşa realnı məktəbinin 6-cı sinfini bitirən Ə.Haqverdiyevin də öz təhsilini Tiflisdə davam etdirməsi onun gələcək ədəbi taleyini müəyyənləşdirdi. Dünya mədəniyyəti və incəsənətində baş verən yeniliklərin dalğası ilk növbədə bu şəhərdə hiss olunurdu. Rus dilini dərindən öyrənib rus və dünya klassikləri ilə tanış olan Haqverdiyev həm də Pirosmaninin müasiri idi. Dahi rəssam gələcəyin böyük yazıçısından cəmi səkkiz yaş böyük idi. Onlar ruhən bir-birini tamamlayırdılar. Rəssamlıqda olduğu kimi, ədəbiyyatda da pimitivizm ən sadə, “bəsit”, çox da nəzər-diqqəti cəlb etməyən hadisə və obrazların təsviri ilə şərtlənir. Hər şey zahirən (məhz zahirən!) o qədər aydın və şəffafdır ki, hər hansı bir gizlinin olmasından söhbət belə gedə bilməz! Təhkiyəçinin nəql etdiyi hadisənin qayəsi sanki kasadakı suyun üzündə üzür. Necə deyərlər, əlini at və tut! Elə məsələnin qəlizliyi də məsafənin bu qədər yaxınlığından doğur – mətndən oxucuya tuşlanan ideya şüasını cidd-cəhdlə gizlədən “primitiv” qat kifayət qədər paradoksallıq yaradır. Bu yerdə R.Rza düşür yada: “Aydındır şeirin dili, istəyirsən sevincdən, istəyirsən qəmdən yaz. Elə aydındır bu dil, nadan yüz yol oxusun, yenə bir şey anlamaz”.
“Çeşmək” Haqverdiyevin ən “primitiv” hekayələrindn biridir. Əsər, fərdin toplumdan təcrid olunaraq yalqızlaşması yollarından birini qabardır. Bu, çox rahat başa gələn bir “prosedur”dur – hər hansı bir zarafatı “gülzari-cəmiyyət”ə reallıq kimi təqdim elə və qal “kənar”da. Günlərin bir günü eşidərsən ki, başını zarafatla qatmaq istədiyin adam çərləyib öldü. Abırlı, pak, ləyaqətli insanları öldürməyin ən “optimal” yollarından biri də budur. Olayın bu məqamında ideya bəşəri məna kəsb edir. Yazıçı insanlığa sərt bir mesaj verir: İnsanı hər hansı bir niyyətlə qarabaqara izləmək olmaz! Bu, təkadamlıq kamerada monoton bir damcı ilə məhbusun axırına çıxmağa bənzəyir. Hekayədə dil əlvanlığı və oyun maneverləri möhtəşəmdir. Bu əlamətlər onu çağdaş dünya nəsrinə qoşuşdurur. “Çeşməy”in bizə yolladığı sonuncu mesaj daha qlobal xarakter daşıyır: Əhməd bəy öldü, ehtiyatlı olun, onu ölümə aparan yollar hələ ölməyib!
“Uca dağ başında” hekayəsi ruh və struktur baxımından “Çeşmək”lə səsləşir. Burada da fərd və toplum “dilemma”sı ilə üzləşirik. Minillərdən üzübəri gələn əxlaqi davranışlarımızdakı boşluqlar, insanı aşağılamaqla dəli etmək həddinə çatdırma və nəhayət, fərdin cəmiyyət içərisində fərdiyyətini saxlaya bilməyib yox olması kimi bəşəri problemlər qaldırılır və onun bədii həlli öz ifadəsini tapır. İnsanın ruh halını dəqiq ölçən cihazlar olmasa da, ona diskomfort və natamamlıq kompleksi yaşadan səbəblər məlumdur. Haqverdiyev onlardan birinin – insanı məsxərəyə qoymaq, haydı-huyduya götürməklə dəli edilməsi mexanizminin sosial-fəlsəfi, bədii-psixoloji şifrələrini açır və bekarçılığın (bugünkü leksikonla: işsizliyin) doğurduğu planetar fəsadları ümumiləşdirib ortaya qoyur. Doğrudur, hekayənin sonluğu “Haqq Mövcud” kimi ümid oyatmır. “Haqq Mövcud”da Haqverdiyev (Elə Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Sabir, Cavid, Haqverdiyevin özü də ədəbiyyatımızın Haqq Mövcudlarıdır – bizləri “Haqq üzülər, amma qırılmaz” ata sözünə inandıran, qəlbimizi ümid və inamla dolduran aydınlarımızdır, onların ölməzliyi haqqın, həqiqətin təntənəsidir!) bizə inam və ümid dolu ismarışlar yollayır: Haqq Mövcud tamam qeyb ola bilməz. Müəyyən müddətə yox ola bilər, amma onun Yer üzündən biryolluq silinib getməsi absurddur! Sadəcə, “Onun peşəsi aylarla itib yenə üzə çıxmaqdır”.
“Uca dağ başında” hekayəsi sakit bir tonla başlanır. Bu, dənizin fırtınadan əvvəlki halına bənzəyir. Amma cəmi üçcə abzas çəkir. (zamanı abzasla ölçmək!) Şəhərin sanki iki zamanı vardır: “May ayının birindən sentyabrın ortasınadək” və bir də payız gələndən sonrakı zaman. İkinci zamanın ən böyük “kəşf”i və ya: “məşğuliyyətlərin ən birincisi dəli oynatmaqdır”.
“Dəli oynatmaq”... Bu tip ifadələr dilin ruhuna döyülmüş tatular kimidir. Dildə belə tatular çoxdur. Onların varlığı dilin ağrıya, şiddətə dözümlülüyünü göstərir. Dil öz mövcudluğuna görə həm də belə “tatu”lara minnətdar olmalıdır. Əsas məsələ isə bu tatuları “oxumaq”dır. Onları zamanında görüb “oxumaq” hər kəsə müyəssər olmur. Yalnız böyük dil ustadları onların izi ilə gedib simvolik işarələr səltənətinə varid olurlar.
Hekayədə təsvir olunan şəhər lənətlənmiş Sodom, Homorra və Pompeyi xatırladır. Sanki onlar qayıdıb məhvə doğru necə getdiklərni əyani şəkildə bizə göstərirlər. Yolunu azmışların dəli etdikləri adamlar kimlərdir? Təhkiyəçi bu adamların həyat tarixçəsi ilə oxucunu baş-başa buraxmaq üçün mətnin stixiyasına və nüvəsinə uyğun belə bir dəqiq cümlə işlədir: “Şəhərin dəlilərinin hamısının tərcümeyi-halı, tarixi, dəliliyinin vəziyyəti, hansı sözdən кöкələnib tünd, təlx оlmaları tamam əhaliyə məlumdur”. Və oxucu başlayır onların “xəstəlik tarixçəsi” ilə tanış olmağa.
Dəlilərdən birincisi dəllək Hacı kişidir. Bu adam təkcə dəlləkliklə deyil, həm də həkimliklə məşğuldur. Xalqın karına gələn, imdadına yetən birisidir. “Şəhərin tamam evlərinin qapısı Hacı kişi üçün açıq idi”. Amma onu dəli etməyin yolunu, uğrunda əziyyət çəkdiyi xalq çox gözəl bilir. Elə ki, ondan soruşdun: “Hacı, saat neçədir?” – cin vurur onun təpəsinə, dəli olur. Böyük yazıçı ilk “sevimli” dəlisi ilə bəşəriyyətə acı bir mesaj verir: Yolunu azmış şəhərlərin zamanı olmur! Əqrəblər “çiçəklənən” pozğunluqların üstü ilə yeriyə bilmir. Daşlaşmış zamanı xatırlamağın bir mənası varmı?!
İkinci dəli “Alış” adında bir şəxs idi”. O da Hacı kişi kimi cəmi bir cümlə ilə dəli olur: “Zənbilini tapmışam”. Bu, hansı zənbildir?! Bəlkə, keçmiş zamanların müqəddəs dəyərləri və paklıqları ilə dolu olan o simvolik zənbil reallıqda mövcud olmasa da, Alışın yaddaşından acı bir xatirə kimi asılıb? Ona dil uzadılanda özündən çıxır. Adətən, bunu deyən uşaq əlinə düşməyəndə qarşısına çıxan digər uşaqları tutub döyür. “Niyəsini” soruşanda gətirdiyi arqumentə diqqət edin: “Uzaqlaşsa, bu da sataşacaq”. Haqlıdır.
Üçüncü dəli ”Qurban adlı bir kişi idi”. Ləqəbi də “Qubuş”. O, əhalidən yığdığı “araq pulu”ndan özünə lazım olan qədər saxlayıb qalanını kasıb-kusuba paylayırmış...
Dördüncü dəli “Əsəd dayı idi ki, camaat ona “Molla Əsəd” deyərdi”. Savadsız olsa da “bu adam risalə dəlisi idi”. “Xəlvətcə adına “Dəli Molla Əsəd” deyirlər”.
Beşinci dəli “Sofi Hüseyn adı ilə məşhur, uzunboylu, ağ uzunsaqqallı qəbi-heykəl bir kişi idi. Bu kişidə bir qəribə qabiliyyət var idi: hər vaxt istəsə idi səbəbsiz ağlardı. Birisi deyəndə ki: Hüseyn əmi, mən ölüm, bir ağla! Sofi Hüseyn də gözünü bir-iki dəfə yumub-açanda yaş gözündən saqqalı uzunu sel kimi axardı”. Ağlamaqla insanları əyləndirmək sənəti... Bu artıq dünyanın axırının çatmasına bir işarətdir. İş o yerə çatır ki, “dövlətli şəxslərin təziyəsinə” çağırılıb hətta arvadları da ağladır.
Altıncı dəli “Rəhim kişi idi”. Ləqəbi Pişik Rəhimdir. Onun yaşam tərzi “Harda aşdır, orda başdır” atalar sözünə uyğundur. Çağırmasalar da gedir.
Yeddinci dəli Əli bəydir. Onu da özündən çıxarmaq üçün bu sözlər kifayət edir: “Əli bəy, məni də tərkinə al!”.
Səkkizinci dəli tacir Avanesdir. Onu da özündən çıxarıb dəli etmək üçün bu sözlər kifayət edir: “Sabahın xeyir, Avanes”. Başını aşağı salıb alış-verişi ilə məşğul olan bu erməni tacir “milli” dəlilərimizdən fərqli olaraq çıxış yolunu tapır. “Axırda dükanı bağlayıb şəhərdən baş götürüb qaçmağa məcbur oldu”. Erməni bicliyi burada da öz sözünü deyir. Bizimkilər onu dəli edə bilmir. Arxayın olun, “özümüz öz başımıza əngəl-kələf” (Sabir) olan bizləri yalnız sapı özümüzdən olan baltalar dəli edə bilər. Hacı Nuruları, Kefli İsgəndərləri... “kəsən” öz milli baltalarımızdır. Hələ onlar üçün yığıncaq da təşkil etdik - “Dəli yığıncağı!”. Biz bunu həm də simvolik bir məkan anlamında qavramalıyıq. Cümhuriyyətin süqutundan sonrakı dönəm - XX yüzilliyin əvvəlləri bütöv məmləkət dəli yığıncağı üçün bir məkan idi.
Doqquzuncu dəli dilənçiliyi özünə ar bilib “başmaqçılardan hər gün beş-altı cüt başmaq alıb əlində gəzdirib satan” Zeynalabdin adlı qoca bir kişidir. (Nizaminin kərpickəsən qocası!) Arxasınca uşaqlar qaçıb “Ay quzğun, quzğun” deməklə onu da dəli edirlər. Belə yerdə adamın dodaqlarından acı bir nida qopur: Biz buyuq! Məgər bu uşaqların ataları yoxdur? Arxetip ölmür, ötürülür! Görünür, onların da ataları onları bu cür böyüdüb!
Onuncu dəli yazıq, fağır Mirzə Alı kişidir. “Bu bədbəxt bir nəfər ilə söhbət etdikdə nədən olursa, bir dəfə deyir: - Namərdəm, əgər bu işi belə etməsəm”. Yazıq kişinin kitabı bununla da bağlanır. “Alı kişi bir də görür dalınca şəhərin hesabsız uşaqları tökülüb “ay namər, namərd!” - deyərək gəlirlər”. Millətin ürəyi bunula da soyumur. Cənazəsinin arxasınca da düşüb qışqırırlar: “Ay namərd, bizi qoyub hara gedirsən?”.
Nəhayət, on birinci dəli heç nədən “farmazon” adlandırılan birisidir. “Bu adam labüdd qalıb gedib miravoy suda camaatın əlindən şikayət edir”. Nəticə nə olur? “Sudya” “farmazon” sözünün heç bir mənaya malik olmadığını əsas götürüb işi bağlayır. Bundan sonra camaat birincinin yaxasının buraxıb düşür “sudya”nın üstünə. “Sudya bazara, küçəyə çıxanda hər yerdə “farmazon”, “farmazon” səsi eşidir”. Sonda əlacsız qalan “sudya” istefa verib baş götürüb Rusiya şəhərlərinin birinə gedir. Hekayə bu xəbərlə də bitir. Belə çıxır ki, on bir “dəli”dən cəmi ikicə nəfər öz canını salamat qurtara bilir. Əsl həqiqətdə isə belə deyildir. Yazıçı mətnboyu oxucuya ipucları verir: “Əlavə bunu deməliyəm, şəhərimiz başdan-ayağa tühəflər şəhəri idi: cavanları tühəf, qоcaları tühəf, bəyləri, xanları, axundları, mərsiyəxanları, seyidləri həmçinin tühəf. Əhalisi оn mindən ziyada оlmayan şəhərdə dörd məzhəb var idi. Mоllalar axşamadəк mübarizədə idilər”. Dəhşətli mənzərdir! Təhkiyəçi, bu görünən mənzərənin görünməyən tərəflərini camaatın içərisindən seçib bizə təqdim etdiyi on bir dəlinin simvolik örtüyə bürünmüş obrazları ilə canlandırır.
Bir xatırlatma: Çexovun “6 № li palata”sında beş, Mirzə Cəlilin “Dəli yığıncağı”nda isə altı dəli obrazı vardır. Həkim Andrey Yefimıç Raginin gəldiyi nəticə ilə Haqverdiyev dəlilərindən birinin fikri arasındakı çox qəribə bir bənzəyiş vardır: “Adamların dəli olmasına mane olmaq lazım deyildir”. (“6 № li palata”) “Dəliliк yaxşı şeydir, qırılmış uşaqlar daşlamasalar”. (“Uca dağ başında”) Daşlamaq - bu artıq mentalitetdən gələn çox əski arxetipdir.
Dəliliyin kökündə sosial-psixoloji amillərin durduğunu bədii sözün qüdrəti ilə oxucuya çatdıran yazıçının gəldiyi “son qənaət” budur: “İş yоx, peşə yоx, ciblərində pul çоx – nə etsinlər? Üç yоl var idi: qumar, içкi məclisi, biri də mоlla döyüşdürməк. Özləri nə Allah bilirdilər, nə şeytan”. Təbii ki, bu, “Uca dağ başında” yaşayanların qənaəti idi. Əgər Allahı tanısaydılar, əxlaqa zidd hərəkətlərdən, hər cür zərərli vərdişlərdən əl çəkərdilər. Bu da mətnin ana materiyasından gələn səs - Haqverdiyevin mövqeyi!
“Uca dağ başında” hekayəsini tipaj qalereyası adlandırmaq olar. Əbdürrəhim bəy Haqverdiyev bu hekayəsi ilə gənc yazarlara sanki virtual bir “master-klass” keçir. Müəllif yazır: “Tühəflərdən bu altı nəfəri saymaqla iкtifa edib deməliyəm кi, bizim cavan yazıçılarımız üçün bu adamların hər biri bir tip, hər biri bir коmediya üçün qəhrəman оlmağa layiqdir”. Beləliklə, hekayənin simvolik oyun, illüziya, maska konsepsiyası üzərində qurulduğunu da unutmamalıyıq...
kulis