Buradan bəyan edirəm ki, kimin səmərəli, dəqiq icra mexanizmi olan layihəsi, ideyası varsa, onu dəstəkləməyə hazıram.
1-ci hissənin linki burada – https://cenub.az/7343-millt-vkili-mhur-mmmdov-n-vd-vermims-arxasndayam.html
Bizhəmin deputatlarla çox tez tez görüşür, fikir mübadiləsi aparır, çalışırıq ki, eyni hədəfə vuraq. Bundan əlavə daha 2 deputat var, hansı ki bir tərəfi Masallı ilə bağlıdır. Çalışırıq ki, onlarla da sıx əlaqə quraq. Milli Məclisdə biz təkcə bir dairənin yox, bütün Masallının adından məsələlələr qaldırırıq. Fəzail müəllimin, Musa müəllimin, Anar müəllimin, Cavanşir müəllimin və mənim bir hədəfə vurmağımız ümumi işə çox fayda verir. Həm də Masallı ilə bağlı bütün işlərimizi rayonun icra başçısı Şahin müəllimlə birgə müzakirə edir, qərarlaşdırırıq. Deyərdim ki, Masallı ilə bağlı deputatlar bütün gücləri ilə fəaliyyət göstərir. Bir az obrazlı desək, bizim Milli Məclisdəki 5 nəfərin (bu rəqəm naxçıvanlı deputatların sayına bərabərdir) işi elə 5, yəni ƏLA səviyyəsindədir. Və bu birlik getdikcə səmərəsini göstərir.
Təəssüf ki, bizdə hələ də çoxları icra hakimiyyəti, eləcə də yerli icra strukturları və bələdiyyələrin funksiyaları ilə millət vəkillərinin vəzifələrini qarışdırırlar.
Bəzən bir məhəllə problemin həllini də bizdən umur, “deputat hara baxır?”-deyə, haray çəkirlər. Cari işlər birbaşa millət vəkilinin səlahiyyətinə daxil olmasa da, biz imkan daxilində həmin problemlərin həllinə də yardımçı oluruq. Məsələn, səhiyyə sahəsində, xüsusən pensiya təyinatında yaxın vaxtlarda çox ciddi və səmərəli yeniliklərin şahidi olacaqsınız. Masallı şəhərinin ən qədim abidəsi, Masallı hamamının bərbadlığı hamımızı narahat edir. Ən geci 1 ilə, bəlkə də daha qısa müddətə bu abidə tarixi arxitekturası qorunmaqla çox müasir formada təmir və bərpa olunacaq. Digər abadlıq və quruculuq işlərinin də qısa zamanda şahidi olacaqsınız.
Qısası, biz Masallıda heç bir sahəyə ögey-doğma prinsipi ilə yanaşmırıq. Masallının nəinki hər sahəsi, hər daşı , hər torpağı bizim üçün eynidir, əzizdir, müqəddəsdir. Və biz bu sevgimizi hər gün öz işimizlə, əməlimizlə sübut edəcəyik.
ümidlər bəsləyirsiniz?
Çox maraqlı bir məqama toxundunuz. Xatırladım ki, ABŞ kimi dövlətdə də, mədəniyyətə, idmana və buna bənzər sahələrə büdcədən çox pul ayırmır. Bunu yerli özünüidarə təşkilatları, vətəndaş cəmiyyətinin təmsilçiləri icra edir. Məsələn, muzeyə bir xalça, biri tarixi şəkil, biri qiymətli əşya bağəşlayır. Buna görə də, çalışmalıyıq ki, Masallıda Vətəndaş Cəmiyyətini işini daha da gücləndirək, könüllülərə, müstəqil düşüncəli gənclərə geniş meydan verək. Sevinirəm ki, bu sahədə yaxşı nümunələr var və getdigcə daha da çoxalacaq. Nəzərə alsaq ki, bu il ölkəmizdə Könüllülər ili elan olunub, bu hərəkata daha çox dəstək verməliyik. Bu sahədə xanımların ardıcıl və dəyərli işlərini çox uğurlu sayıram.
Biz bu sahədə dünyanın harada yaşamasından asılı olmayaraq masallılı sahibkarların da gücündən çox istifadə etməyi düşünürük və əməli addımlar atırıq. Öncə isə həmin sahibkarlara sayqı, sevgi göstərməli, onların müsbət işlərini təqdir və təbliğ etməliyik. Onların adi bir səhvini şişirdib dağ etməməliyik. Bəzən başqa ölkədə yaşayan həmyerlimiz haqqında elə fikirlər paylaşırlar ki, adam xəcalət çəkir. Günahkar axtarmağa tələsməyək. Əgər xaricdə çalışan bir sahibkar burada 10-15 qohumunun belə firavan yaşamasına yardımçı olursa, bu da rayonumuza faydadır.
Bəzən sahibkarların birliyi barədə fikirlər səslənir. Bu birlik heç də 20-30 nəfərin bir yerə yığılması demək deyil. Həmin sahibkarları virtual aləmdə belə bir yerə yığmaq olmur – birinin hədsiz işi olur, birinin yaşadığı ölkəı ilə zaman fərqi olur və sair. Əsas odur ki, amalımız, məqsədimiz bir olsun. Biz onlarla imkan daxilində fərdi əlaqə saxlayırıq.
faydalı olmazmı?
Bizim insanlar xeyriyyəçiliklə bağlı fərqli düşüncələrə malikdirlər.
Çox təəssüf ki, bəziləri xeyriyyəçilik etməkdən çox, xeyriyyə təşkilatının rəhbəri olmaq, özlərini reklam etmək istəyirlər. Sadəcə, diaspor təşkilatlarımıza nəzər salaq. Bəzən xarici ölkədə bir şəhərdə 10 diaspor təşkilatımız fəaliyyət göstərir. Xeyriyyəçi adına iddialı olanın ömür yolu, şəxsi nümunəsi bununla həmahəng səslənməli, onun buna haqqı olmalıdır. Bu işdə işbazlıq edənlərin də qısa müddətdə əsil niyyəti hamıya bəlli olacaq. Təəssüf ki, bəzən elə adamlar bizdən yardım istəyir, biz onun başqalarına yardım edəcəyini gözləyirdik. Bu işin də zamana ehtiyacı var. Yəqin ki, növbəti mərhələdə hər kəs layiq olduğu qiyməti alacaq. Mən bu işdə hacılardan, kərbəlayılardan da çox dəstək gözləyirəm. Ulularımız deyib ki, bir yetimi sevindirmək bir həcc ziyarətinə bərabərdir.
Bir daha deyirəm. Xeyriyyəçilik olduqca çox vacib missiyadır. Ölkəmizdə, rayonumuzda bu adın ucalığına yüksələn, onlarla insan var. Heç kəs bu işdən özünün rekalamı kimi istifadə etməsin. El gözü tərəzidir. Əsil həqiqəti xalq tez görür və dəyərləndirir. Amma bütün hallarda kimsə, hər hansı ad altında olur olsun, 5 adama da yardım edirsə, bunun nəyi pisdir, qoy etsin. Zaman keçdikcə yəqin xeyriyyəçilik də daha səmərəli formalar alacaqdır.
6. Belə bir deyim var. Deyirlər ki, hamının öz fikrini deməyə ixtiyarı var, lakin hamının öz fikri olmur. Bəlkə sizin dəstəyinizlə, rayonda “İdeya müsabiqəsi” keçirilə, bunun üçün mükafat ayrıla və maraqlı ideyası olan hər kəs fikrini deyə, daha dəyərli fikri olan şəxslər müəyyənləşə?
Birincisi insanların ideyalar irəli sürməsi yaxşıdır. Lakin ideyalar əsaslandırılmalıdır. Deyilən ideyanın mexanizmi olmalıdır. Hər şey maliyyə ilə həll olunmur. Bunun layihəsi var, əsaslandırılması var. Tutaq ki, biri deyir, buradan çox uca yerdə şəlalə quraq. Çox cəlbedicidir, lakin səmərəsi, prespektivi nədir, onu deyə bilmir.
Buradan bəyan edirəm ki, kimin səmərəli, dəqiq icra mexanizmi olan layihəsi, ideyası varsa onu dəstəkləməyə hazıram.
Bəli, olduqca çoxla məktub, müraciət olur. Heç birini diqqətdən kənar qoymamağa çalışırıq. 2 köməkçim, şəxsən özüm bu işlərə maksimum vaxt ayırırıq. Məktubları isə Milli Məclisə də yazırlar, təhsil fonduna da, Masallıdakı, hətta Bakıdakı evimə də, elektron poçtuma da whatsappa da... Bu müraciətlərin 80 faizi fərdi müraciətlər olur. Ən xoşuma gələn məktub isə kənddən kənarda yaşayan bir şəxsin kəndin elektrik problemi ilə bağlı ünvanladığı məktub oldu. İşıq idarəsinin, ASAN xidmətin köməyi ilə 2 günə həmin problemi həll etdik.
8. Mətbuatla əlaqənizdə hansı formadan istifadə etmək istəyirsiniz zoom, yazılı mətbuat, sosial şəbəkələr və s.
Düzü, mətbuatı 2 yerə bölərdim. Biri real mətbuat, peşəkarların ərsəyə gətirdiyi mətbuat. Biri də qeyri real mətbuat. İkincilər gec-tez özləri özlərini məhv edəcək. Mətbuata isə həmişə açıq olmuşam. Parlamentdə 100-ə yaxın jurnalist gəlir, hamısı ilə normal münasibətim var. Lakin hamıya müsahibə verə bilmərəm ki. Lakin unutmayaq ki, həmin mətbuat orqanının, müsahibəni alan jurnalistin də cəmiyyətdə çəkisi olsun. Aşağı ranqlı 5-10 mətbuat orqanına vaxt ayırana qədər 3 o qədər şikayətçinin müraciətindəki problemləri həll edərəm.
Bəli izləyirəm. İlk açılan vaxtda təbrik də etdim, uğurlar da arzuladım. İnşallah avqust ayında, növbəti uşaq bağçalarının birinin təməlqoyma mərasimində o binanı inşa edəcək sahibkarla birlikdə canlı müsahibə də verərik. Bir daha deyirəm, əksər ciddi mətbuatı izləyirəm, elə sizə də göründüyü kimi son 6 ayda 2-ci dəfədir ki, müsahibə verirəm. Mənim xalqdan, mətbuatdan gizlin heç bir işim yoxdur.
Ölkədə hər şeyin yaxşı olacağına ürəkdən inanıram. Vəd vermirəm, dəqiq deyirəm ki, elə Masallımızda da yaxın vaxtlarda nəzərə çarpacaq dəyişiklikləri görəcəksiniz. Bərpa Mərkəzindən tutmuş yeni iş yerlərinə meydan olacaq layihələrə qədər. Sadəcə rəsmiləşsin ki, mətbuatda bəyan edək.
Ən ciddi proses hazırda kadr işində gedir. Son təyinatlara nəzər salsanız, aydın olar ki, boş olan yerlərə ən layiqlilər təyinat alır. Heç kimdən heç nə umub-küsülmür. Yalnız xalqla ürəkdən işləmək tələb olunur. Təmizlik, rüşvətə “yox” demək, işə vicdanla yanaşmaq başlıca prinsipimizdir. Bu sahədə, təhsil sahəsində ciddi addımlar atmışıq. Digər sahələrdə də tədricən, yeri gəlsə çox kəskin şəkildə tədbirlər görəcəyik. Bu işdə xalq da bizə dəstək olmalıdır. Hamı həqiqətdən danışır. Lakin həqiqəti ona tətbiq edən zaman, başlayır solaxay danışmağa. Deyirsən, örüş yerin zəbt eləmisən, deyir, məndən pul istəyir. Xahiş edirəm ki, siz mətbuatda belə yeni kadrların yanında olun, onların yaxşı işinə dəstək olun.
Mən əminəm ki, ölkə başçısı cənab İlham Əliyevin paklıq siayəsəti, islahatlar sahəsində atdığı addımlar yaxın vaxtlarda öz bəhrəsini verəcək, bu addımlardan Masallımıza da layiqli töhfələr düşəcək.
Hazırladı : Zahir Əmənov (Cenub az)