![](/uploads/posts/2020-05/medium/1589797799_285137.jpg)
Koronavirusla mübarizədə tədricən üstünlük əldə edən, ciddi uğurlara nail olan dünyanın yenidən öz əvvəlki axrına qayıtması ən çox arzulanan gözləntilərdən biridir. Lakin dünyanın bir sıra məşhur beyin mərkəzləri hesab edir ki, koronavirus dünyanı mahiyyət etibari ilə həmişəlik dəyişib və bundan sonra dünya heç vaxt əvvəlki qədər “azad və qayğısız” olmayacaq.
Cenub.az xəbər verir ki, Rusiyanın bəzi tədqiqat mərkəzləri koronavirusun ardınca dünyanın robot istilasına məruz qalacağı ilə bağlı ehtimallar səsləndirməkdədir. Analitikləin fikrincə, koronavirus müasir dünyanın bütün zəifliklərini üzə çıxardı ki, bunlardan da biri istehsalatın insan əməyindən kifayət qədər asılılığı ilə bağlıdır. Məhz bu səbəbdən də yaxın illərdə dünyanın bütün iri sənaye dövlətlərinin robotlaşmaya maksimum maarq göstərəcəyi, istehsalatda insan əməyinin rolunu mümkün qədər azaltmağa çalışacaqları gözlənilir. Ekspertlərin fikrincə, bu, istənilən epidemiya dönəmində istehsalatın fasiləsiz hərəkətini təmin etməklə yanaşı, daha çox vəsaitə qənaət etməyə imkan verəcək.
Mütəxəssislər hesab edir ki, robotlaşma iş adamlarının maraqları baxımından faydalı olsa da, bu, dünyadakı işsizlik problemini ciddi şəkildə kəskinləşdirəcək. Belə ki, “dəmir adamlar”ın kütləvi axını fonunda Uzaq Şərqdən tutmuş ABŞ-a qədər aclıq və səfalətin kəskin formada artması gözlənilir. Bu isə yüz milyonlarla insan üçün yeni və daha böyük problem deməkdir.
/moderator.az/