Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıdan görünən koronavirus “mənzərələri” “Köhnə bazarın” bağlanan yolundan Mirqabil Hüseynovun “qarğışınadək”


 “Koronaviruslu aprel” də başa çatdı. O aprel ki, ağlı-qaralı çox yaddaqalan günlərlə zəngindir – yazın “oğlan çağı”, aprel tezisləri, qara “28 aprel”, bir çox tanınmışların ad günü və nəhayət, “koronaviruslu aprel”.

Koronovirus “abidəsi”  

“Köhnə bazar” yolu

Bu gün Masallı şəhər mərkəzində əvvəlkindən də çox maşın, adam (həm də maskasız) insan görəndə, özünə bir qədim sualı verirsən – bəs virus hanı?

Amma bircə Köhnə Bazarın arxasına gedən yolun bağlandığını görüb “hə, virus var imiş”- düşünürsən.

Biz  “korona” dövründə rəhbərliyin bir çox zəhmətli, dəyərli işlərini, eləcə də əndrabadi addımlarını gördük, hansı ki, onlardan biri də “Köhnə bazara” gedən yolu bağlanmasıdır.

Təsəvvür edin, oradakı dükanların əksəriyyəti açıq, adamllar əvvəlkindən daha çox, həmin bazarın qarşından gedən yol açıq. Həmin yolun cənubundakı meyvə bazarına gedən yol açıq, amma bu yol açılmır. Ötən həftə yazdığımı təkrarlamağa məcburam – biz virusdan adamları qoruyuruq, ya maşınları? Nəzərə alsaq ki, bu işlək yolun bağlı olması o ətrafdakı mağazalarda daha çox sıxlıq yaradır, bu qərarı verənlərin necə, ... nə isə. Demişəm, “korona” dövründə çox da dərinə getməyim. 

Amma hər ziyanda bir xeyr oldğu kimi,   bu ziyan da xeyirsiz deyil. Belə ki, həmin yol bağlı olduğu üçün əl arabalarının onlarla sahibi lap Məşədi İbadın zamandakı kimi kef edir, yaxşı pul qazanır.

Bir də “QAİ” işçiləri “protiv” keçənlərin hesabına cərimə planını artıqlaması ilə dolrururlar.  Bir sürücü 60 manatdan, günə azı 20 sürücü. Yəni min manatdan yuxarı

Daha ciddi “korona” dərdi də var imiş

Bəlli olduğu kimi əvvəllər həkimləri “ağ xalatlı cəlladlar” adlandıranlar az qalıb indi namaz üstündə də onlara dua etsinlər. Həkim haqqında mahnıları gündə 5-6 dəfə səsləndirdilər. Amma, demişdilər e, həkimlərin məvacibini bəzi kateqoriyalar üçün 3, digərlər üçün 5 dəfə artıracaqlar. həmin məsələdən xəbər yoxdur. Qısası, hökümət həkimlərə “atıb”

Bizdə bəzi işlərin qabaq nömrəsi ilə arxa nömrəsi düz gəlmir 

 Bir dostumuz  bunu yerişi-duruşu cavan, sifəti qocalmış qadın haqqında desə də, indi bəzi humanitar tədbirlərə də çox uyğun gəlir.

Məsələn. Ailədə qadın işsiz olanda ona ünvanlı yardım vermirlər ki, həyat yoldaşın da işləməlidir. Pulunuzu cəmləyib, çatmayının yardımla əvəzləyərik.

İndi 190 manatı almaq lazım gələndə isə həmin işsiz qadına deyirlər ki, yoldaşın işləyir, sizə olmaz.

10 nəfərə repetitorluq olar, 

11 nəfərə yox

Bizdə belə möcüzəli qərarlar çox olub. Məsələn, dollarlı kreditlərinin 10 min dollarına güzəşt edildi, 10 min   50 dollar borcu olana isə yox.

Məgər, bu koronovirus  sıralama tanıyır? Müəllim 10 yox, 11 uşaqla məşğul olsa, faciə baş verəcək?

65-dən yuxarı olana icazə var? Amma evdən çolə çıxmağa yox

65-dən yuxarı yaşı olan icazə portalına mesaj yollayanda, ona 2-3 saat evdən çıxmağa icazə veririlər, “elektron məmur” onun yaşın soruşmur. Amma canlı məmur deyir ki,  65 yaşın var, olmaz. Nə bilim,  yaşı 65-də yuxarı olan icra başçısı hər tərəfə gedə biləır, amma başqa peşə sahibi yox. Bəlkə virusa xüsusi təliim keçirlər, kimi tut ,kimi tutma.

Koronanın faydaları

Belə faydalar saymaqla qurtaran deyil. Hələlik bir-ikisini deyim. İnternetə - votsapa-filana az qala söyüş kimi baxanlar, indi zor - güc mesaj yazmaq, internet - vilan öyrənir. Virtual iclaslar keçirirlər. Kimlər demişkən, ay qadovuzu alım, biz bunu sizə haçandı deyirdik.

Xeyriyyəçiliyin isə özəllikləri və gözəllikləri bitmir

Korona bizdə güclü birlik yaratdı. Nə qədər xeyirxahı üzə çıxartdı. Hələ xeyriyyə işbazlarını demirik. Bəzilərinin işi hələ də yüksək səviyyədə araşdırılır.

Biz də Koronavirusla bağlı Operativ Qərargah üzvlərin tanıyan var?

2 aydır ki, hər rayonda koronavirus  ilə bağlı Operativ Qərargah yaradılıb. Qərargah da elə şeydi ki, onun sədri olur. Bir yerdə ki, sədr olur, onun da mütləq üzvləri olur. Sizi bilmirəm, mən azı 3-4 dəfə icradakı “mehriban düşmənlərimdən” xahiş etmişəm ki, həmin siyahını,  onların əlaqə telefonların verin, xalqa çatdıraq. "Baş üstə" deyib, yola veriblər. Bu günlərdə həmin qərargah bir virtual tədbir keçirib. Görəsən, bunu niyə canlı etmədilər ki, həm xalq həmin qərargah üzvlərininin mübarək sifətini tanısın, həm də  bilsin, onlar nə işlə məşğuldurlar, həm də təklifi-filanı olanlar, onlara sözün desin.

Nə isə bekarçılıq pis şeydir. Yaz havasıdır. Oturmuşam mənzərəli eyvanda, belə-belə fikirlərlə başıımı qarışdırıram.

Elə yazını yekunlaşdırmaq istəyirdim ki, yarım sərlövhədə vəd etdiyim mövzu birdən yadıma düşdü.  Yəni...

Mirqabil müəllimin “qarğışı”

Rayonumuz həm qədim, həm yeni, həm də ən yeni tarixi, 20-ci əsrin son 20 ili, 21 əsrin ilk 20 ili onunla bağlıdır. Daha ictimai vəzifələrini,  təltiflərin saymayıb mətləbə gəlirəm.

Bilənlər bilir ki, Mirqabil müəllim bu vaxta qədər çox ilğımlardan, burulğanlardan keçibb və hamısında da qalib gəlib. Ötən ilin əvvəlində isə 40 il monopoliiyasında olan məktəb “radar”a düşdü, gah “atla”, gah “fillə” gedişlər etsədə, kiminin ürəyi gedib, kimi əməliyyat olsa da, pula  yiyə duran olmasa da, Mirqabil müəllim axırdda çıxış yolu tapdı.

Mötəbər mənbələrdən aldığımız məlumata görə, vəziyyətin bütün istiqamətlərdə çıxışlmaz olduğöunu görüb, Mirqabil son anda koronavirusu köməyə çağırıb. Ya cəddim söyləyib, medalların çaqqılladaraq deyib ki,   ey virusu yaradan, məni bu bəladan da qurtar, (ya da get, məni istəməyənlər tərəfə) onsuz da 1-2 ilə gedəsi yerim var.

Bəli, virus da onu eşidib, nəinki onun məktəbib, bütün təhsil bir günə qiydu ki, Mirqabil müəllim yadda çıxdı. 40 il öncə aldığı tavakabablar təsirin göstərdi.

Onun qarğışın eşitdiyi üçün “hamının dostu” virusun da dostu oldu.


Koronavirusdan darıxanlar üçün hazırladı - Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10