Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənovun yazısı-Masallıda xeyriyyəçilik dalğasının işıqları və qaranlıqları Yaxud, xeyirxahlığın riyazi düsturu varmı?






Adın nə qoyurlar qoysunlar, bütün dövrlərdə xeyriyyəçilik yüksək dəyərləndirilib. Masallıda da özünəməxsus xeyriyyəçilk ənənələri olub. Təkcə 10 il öncə ərkivanlı Gülağa Tənhanın xeyriyyəçilik işlərinin siyahısı tutulsa idi, bir neçə səhifəlik kitab alınardı.

Çox da uzağa getməyib, yaxın keçmişə nəzər salsaq, yenə maraqlı nümunələr taparıq. 

2-3 il öncə Masallının Köhnə Alvadı və Böyük Kolatan bələdiyyələri, daha sonra Göyçöl ziyalıları gözəl təşkilatçılıq göstərərək yardımsevər insanların dəstəyi bir kənddə park saldı, o birisi bütün kənd yollarını abadlaşdırdı, işıqlandırdı, başqa birisi kəndi zibillərdən təmizlətdirib, digər mədəni-kütləvi işlər gördü.

Boradigah və Ərkivan qəsəbələrin ənənələri

Öncə Boradigah qəsəbəsində yaradılmış “Vəhdət”, daha sonra Ərkinanda yaradılmış “Ümidim sənsən” ictimai birlikləri sanki sakit səmada şimşək kimi çaxdılar. Qısa müddətdə ətraflarına xeyli tərəfdar toplayan bu birliklər  insanlara vətəndaş cəmiyyətinin, özünüidarənin nə olduğunu nümayış etdirdilər.

Təkcə birliklər deyil, ayrı-ayrı şəxslər – Məşkur Məmmədov, Xudayar Rəhimov, Ramazan Mirzəyev, Qalib Məmmədov və digər şəxslər müxtəlif formalarda yurddaşlarımıza yardımlar göstərdilər.

Əslən Masallıdan ölan ictimai birlik sədri Arzu Bağırovanın da özünə məxsus (pulsuz maskadan, spirtdən  pulsuz kitablara kimi) yardım aksiyaları böyük rəğbət doğurur


“Korona” xeyriyyəçiləri


Bütün dünyanı, eləcə də ətrafımızı koronavirus bəlası bürüyəndə isə,  əvvəldən xeyriyyəçilik ənənəsi olan təşkilatlar və şəxslər zəngin təcrübələrindən istifadə edərək daha  uğurlu addımlar atdılar.

Əvvəldən bacarıqlı sahibkar və xeyriyyəçi kimi tanınan Məşhur Məmmədov bu dəfə meydana sanki “ağ atlı oğlan” kimi çıxıb, yüzlərlə imkansızın “çörək ağac”na çevrildi. Onun çağırışına isə onlarla insan qoşuldu.

Bu sahədə əvvəlki təcrübələrindən faydalanaraq Boradigahdaki “Vəhdət” ictimai birliyi qısa müddətdə qəsəbədəki imkansızlara 21 min manatlıq ərzaq yardımı göstərdi. “Ümidim sənsən” İctimai birliyi Məşhur Məmmədovun çağırışına qoşularaq hələ aprelin 1-də ilk olaraq Ərkivandakl “Şahin” və “Qala”. Bədəlandakl “Ruzi” marketlərində pulsuz çörək aksiyalarına start verdi. Daha sonra onlarla imkansıza ərzaq verilməsinin təşkilatçısı oldu.

Reklamsız xeyriyyəçilər

Ərkivanda Ağababa Ağayevin vasitəçiliyi ilə Rusiyada yaşayan ərkivanlılar bir neçə dəfə, ümumilikdə imkansız ailələrə 5 min manata yaxın pul və ərzaq yardımı ediblər. Öncəqala kəndində niftullayev Hacı  Tahir Niftullayev 38 ailəyə ərzaq, 10 yaxın adama pul, ümunilikdə imkansızlara 3 min manatdan artıq yardım edib.

Kolatan və Bədəlan nümunəsi

Əvvəllər kəndin abadlıq işlərində - yol çəkilişində, içıqlandırma sisteminin qurulmasında yüksək fəallıq göstərən kolatanlılar “korona” xeyriyyəşiliyində də kənd sakinlərindən səxavətini əsirgəməyiblər. Artıq hər məhəllə üzrə bu iş o qədər mütəşəkkil təşkil olunub ki, bu yardımlardan kənarda qalan imkansız ailə, demək olar ki, yoxdur. Vəziyyəti daha ağır olan imkansızlara isə hər həftə yardım edilir.

Bədəlan kəndi də fəallığı ilə seçilir. Kənd müəllimi Rabil Abdinovun özünə məxsus paylaşmalarından, eləcə də Ərazi Dairəsinin sədri Hacırza Hağıyevdən aldığımız məlumatlara görə burada iş adamları, məsçid icması, qısası. bütün kənd çox mütəşəkkil halda, reklamsız-filansız imkansızlara ardıcıl yardımlar edirlər.

Bu yaxşılar sırasına Musaküçə, Tüklə, Yeyənkənd və digər kəndlərin də adını daxil edə bilərik.

Necə deyərlər, bizi çox şey birləşdirə bilməsə də, koronavirus dərdi birləşdirdi. Millət vəkili Məşhur Məmmədovun və icra hakimiyyətinin birgə səyi ilə Masallıda xeyriyyəçilik son on illiklərdə ilk dəfə olduqca kütləvi bir xarakter alıb, birlik nümayişinə çevrildi.

Amma az da olsa gileylər də var. Ən çox giley eşitdiyimiz kəndlərdən biri Xıl kəndidir. Təsəvvür edin, bu kəndin sağında-solunda olan kəndlərdə  (Təzəkənd, Göyçöl, Şixlar, Sərçuvar) pulsuz çörək paylanır, burada yox. Burada bəzi imkansızlara qonşu kənddən yardım edənlər var. Yada salsaq ki, Bakının əsas qızıl dükanlarında qızıl satanlar sırasında bu kənddən xeyli yaxşı oğlan var, RİH-nin humanitar işlər üzrə müavini Aybəniz xanım da bu kənddəndir (Millət vəkilləri Cavanşir Paşazadədir) mənzərə aydınlaşar

Bu bu işlərin “qaranlıqları” nədir?

Dəfələrlə qeyd etiyimiz kimi, bir daha xatırladırıq ki, biz bu sahədə zəhməti olanların hamısı təşəkkürə layiqdir. İcra hakimiyyətindən, ərazi dairələrindən həkimlərə kimi hamı bütün güclü ilə çalışırlar. Hətta Masallı bu sahədə bir çox rayonlardan xeyli öndədir.

Bəs iradlarımız nədir?

İndi çox şeyi açıb-ağartmaq məqsədəuyğun sayılmasa da, amma birbaşa bu “virus məsələsinə” dəxli olduğu üçün bəzi məqamlara aydınlıq gətirmək istəyirik.

Xeyriyyəçiliyi kim etməlidir? Müvafiq qanunçuluğa görə QHT-nin 2 “qol”undan biri –Xeyriyyə Fondudur. Ölkədə Xeyriyyə Fondunu qeydiyyatdan keçirtmək isə çox-çox çətin məsələdir. Buna görə ölkədə barmaqla sayılacaq qədər az Xeyriyyə Fondu var. Halbu ki, 90-cı illərin əvvəllərində hər bir kəndin bank hesabı, qeydiyyatı olan xeyriyyə fondları var idi, gözəl, faydalı işlər də görürdü. Ona görə, ya xeyriyyə fondlarının qeydiyyatı asanlaşmalı, ya da ölkə üzrə tanınmış fondların rayonlarda çox işlək filialları açılmalıdır.

2-ci problem əksər bələdiyyə üzvlərinin saxta yolla seçilməsi, bələdiyyə daxilində vacib qollardan biri olan Məhəllə Komitələrinin təşkil olunmamasıdır.

3-sü dini icmaların da bir çoxunun eyni  saxtakarlıqla seçilməsidir.

Digər bir yol isə imkanlı şəxslərin fərdi xeyriyyəçiliyidir.

Məhz buna görə, fondlar, məhəllə komitələri, dini icmalar öz funksiyasını yerinə yetirmədiyi üçün (fərdi xeyriyyəçilər istisna olmaqla) heç bir qanuni əsası olmayan icmalar, cəmiyyətlər, qruplar,  daha nələr yaradırlar.

Məhv olmuş region mətbutaı

Son on illiklərdə zaman-zaman məhv edilmiş  region mətbuatı belə gərgin məqamda operativlik göstərə bilmir. Əksər rayonlarda qəzetlərin saytı yoxdur, bəzin də isə heç qəzet özü yoxdur. Onu görə yeganə ümid kimi cira hakimiyyətinin saytlarına üz tuturlar. Bu saytlar isə İcra Hakimiyyətlərinin Mətbuat Xidməti olmadığı üçün operativlik edə bilmir, qeyri-peşəkar fəaliyyət göstərir, bəzən isə saytın nüfuzuna xələl gətirən yazılara yer ayırır. Həmin saytlara baxanda adama elə gəlir ki, icra hakimiyyəti heç nə etmir- “sanepisdansiya" dezinfeksiya edir, xeyriyyəçilər yardım edir, icradakılar da ən yaxşı halda yardımların paylanmasına yardımçı olur. Məsələn, Masallı icra hakimiyyətinin saytı olduqca faydalı iş görən, Bakıdan gəlib, burada 100 imkansız ailəyə pulsuz bağlama paylayan “Könülə Nur” xeyriyyə  təşkilatının fəaliyyətindən bir kəlmə yazmasa da,  2-3 xanımın 5-6 bağlama paylamasını vaxtaşırı və başlıqları dəyişib vaxtaşırı paylamaqla hökumət saytının ciddiliyinə zərbə vurur.

Koronavirusla bağlı hər rayonda operativ Qərargah yaradılıb. Lakin əksər saytlarda bu qərargahın üzvləri, əlaqə telefonları barədə məlumatlar paylaşılmır. 

Niyə rayonlardakı qərargahların sədri, üzvləri ölkə başçısından nümunə götürüb, canlı efirə çıxıb fikirlərini xalqla bölüşmür, onları maraqlandıran sualları cavablandırmır?

Niyə bir pulsuz Hüquqi xidmət bürosu yaranmır ki, insanlar koronpvirusla bağlı ordan özlərini narahat edən suallara cavab alsınlar?

Bu sahədə sosial səhifələrdə deyilən çox maraqlı təkliflər niyə öyrənilmir?

Niyə  rayonda könüllülərdən ibarət pulsuz internt xidməti yaranmır ki, “190 manat” əməliyyatından başı çıxmayanlar həmin xidmətin işindən faydalana bilsnlər. Rayondakı növbələrdə bir nizam yaratsınlar

Bir neçə təşkilatın, o cümlədən Məşğulluq idarəsinin, mətbəənin, bankların, “bazarstor”un və digər yerlərin qarşısında vaxtaşırı növbələr var. Kənd yerlərində əksər “mərkəzlərin” qarşısında yenə də çoxlu adam olur. Könüllülər isə görünmür ki, belə məqamlarda növbətçilik edib, növbə yaratsınlar.

Əhalinin narazılığına səbəb olan bir də odur ki, yardımların paylaşmasında hədsiz reklamçılıq edilir Xeyriyyəçilik nə qədər faydalı iş olsa da, bunu edənin ona haqqı olmalıdır. Elə  “xeyriyyəçilər” var ki, videoya, fotoya alınmasına razılıq verilməsə ona yardım bağlamasını vermək istəmir. Həyat yolunda unudulmaz “damğası” olanlar, telefonuna kontur vurmağa pulu olmayanlar, özündən böyük görünmək istəyənlər xeyriyyəçilik işlərinin önündə olanda qəribə sullar yaranır. Öz kəndində bircə nəfərə belə xeyriyyəçilik etməyən gəlib “Masallı şəhər xeyriyyə”cəmiyyətinin sədri “təyin edilir”. (Seçilmir ha, təyin edilir) Bunu özlərini şöhrətləndirmək üçün bir vasitəyə çevirənlər M. Arazın bir beytini unutmasınlar ki, 

“Şöhrət azarına tutulanları

 şöhrətin özü də sağalda bilmir”


Sirr deyil ki, 3-5 nəfəri çıxmaq şərti ilə Masallıda İcra Aparatının hazırkı komandası arzu olunan səviyyədə deyil. Onların bir çoxu İşlərini düzgün qura bilmədikləri üçün,  tabeliyindəkiləri  düşünlməmiş tapşırıqlarla yükləyirlər. Unudurlar ki, tapşırıq verə bilmək də bir elmdir. 

1-ci müavin yox, digər müavinlər rayonda ciddi ictimai nüfuza malik deyil.  O binada bir neçə nəfər istisna olmaqla təşkilatçılığı seçilən oduqca azdır. Ona görə zəifliklərini gizlətmək üçün belələri güclülüləri yaxın qoymurlar. Orada  bəziləri zarfatça “qadınlar üsyanın” baş verəcəyinə eyham vururlar. Mənasız qısqanclıqlar, qara yaxmalar, “saman altdan su yeritmələr”, şöhrət düşkünlüyü baş alıb gedir.

Elə düşünürük ki, böyük idarəçilik təcrübəsi olan icra başçısı hörmətli Şahin müəllim Masallıda daha çevik, daha intellektual bir kadr korpusu yaratmağa nail olacaq.

Zahir Əmənov. Cenub.az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10