
Qocaman müəllim Mürvət Muradlının yazıçı Meyxoş Abdullahın “Əsir qadın” romanı haqda yazdığı məqaləni təqdim edirik:
Hörmətli müəllif, "Əsir Qadın" adlı romanınızı oxudum.Onu deyim ki, əsəri başladığınız müraciət diqqətimi cəlb etdi. :
- Ey soydaşım! Ey həmvətənim! Nə qədər çətin olsa da, etiraf eyməliyəm ki, biz savaşda sadəcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirdik. Düşmən əsirliyində olan yüzlərlə qız-gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələr çəkir. Onların acı fəryadları Vətən oğullarını intiqama səsləyir. Bu qənaətə gəдdim ki, bu müraciəti məktəblərin giriş qapısınnın üstündən tutmuş parlamentin giriş qapısının üstünədək hər yerdə hətta, məscidlərin giriş qapısının üstündə də yazıb asmaq lazımdır ki, xalqımız bu çağırışı hər gün görsün .
Qarabağ müharibəsində əsir soydaşlarımıza verilmiş zülцm və sitəmləri göz önünə gətirməklə yanaşı tapdalanmış şərəf ləyaqətimizin qisasını almağa hazır olsun.İtirilmiş şəhər və kəndləri nə vaxtsa qaytaracağımıza ümid edə bilərik amma, ləkələnmiş namusumuzu təmizə çıxarmaq mümkün deyil. Elə buna görədir ki, romanın 58-cu səhifəsində əsərin qəhrəmanı Səidəyə-" Sən özününkilərin yanına dönmək istəyirsənmi ?" sualına Səidə:
- Yox! ... İstəmirəm- deyir.
Həyatı məhv olmuş Səidə bəlkədə, tərbiyə işində səhvə yol verdiyimizi, balalarımıza düşməni düşmən kimi tanıtmadığımız üçün özümüzü qınayır.Türkə nifrət ruhunda böyüdülmüş erməni əsgərlərinin əzazilliyini və şərəfsizliyini görəndə fikirləşir: - Kaş biz də balalarımızda düşmənə qarşı belə nifrət hissi oyada biləydik. Övladlarımıza ədəb-ərkan öyrətdiyimiz halda, bircə yolda onlara nifrət etməyi öyrətməmişik." Əsərin 132-ci səhifəsində yer tapan Səidənin düşüncələri bu gün bizə, gələcəkdə isə övladlarımıza üz qarasıdır: - Səidənin beynində belə bir sual dolaşır- "Yoxsa ölən günə qədər bu şərəfsizliyi, biqeyrətliyi çiyimlərimizdə daşıyıb torpağa beləmi köçəcəyik ?"
Hörmətli Meyxoş bəy, 20-ci əsrin əvvəllərində erməni-müsəlman dostluğundan söz açan əsərlərdə "Əsir qadın" romanının qəhrəmanı kimi hər şeyi öz adı ilə çağıran obrazın olmadığına təəssüf edirəm.Əsərin 135-ci səhifəsində Səidə yerə-göyə asi olur, üsyan edir hamıya, torpaqlarımızın düşmən tapdağı altında olmasına görə: - Doğrudanmı, hər şey bura qədərmiş? Doğrudanmı, bu qədər itirilən torpaqların zərrə qədər dəyəri yoxmuş? Doğrudanmı, yüzlərlə başı kəsilən, qanı içilən, namusu pozulan Vətən övladlarının xalq, millət üçün dəyəri yoxmuş? Bəs onda bu qədər insanlar niyə qırıldı? Niyə bu qədər insanlar evlərindən didərgin düşdülər? Heç nə başa düşə bilmirdim və inana bilmirdim ki, nəyə görə məğlub olmuş bir dövlət öz məğlubiyyətini haray-həşirlə, çal-çağırla ört basdır edir. Minlərlə insanın imdad diləyən, göyə qalxan ah-naləsini nəyə görə gurultulu alqışlarla basdırsınlar? Demək, bu olanların hamısı hədərmiş? Demək, bu olanların hamısı kimlərinsə boynunu yoğunutmaq üçün imiş ?... Əgər belədirsə, vay bizim halımıza. Mövzuya yanaşmağın, gərgin-psixoloji anları ustalıqla qələmə almağınla qəlbimdə özün boyda heykəl qurdun. Xüsusilə, əsərin sonunda Səidənin vəsiyətini verməyin hər bir Azərbaycanlının heç olmasa cəsədinin Vətən torpağına qovuşma istəyini qələmə almağınla soydaşlarımızın Vətən torpağına olan dərin bağlılığını ifadə etmisən. Heç şübhəsizdir ki, əsər xırda səhvlərdən xali deyil. Lakin, nə bunlar, nə müşahidə etdiyim üslub səhvləri əsərin bədii dəyərini, çağırış gücünü, aktuallığını azaltmır. Meyxoş bəy, sizə ünvanladığım bu məktubda Cəlilabadın tanınmış ziyalı müəllimləri olan elmlər namizədi Mahmudağa Qasımov, Əməkdar Müəllim İltifat Bağırova, Haqqverdi Nuriyevə və digər tələbə yoldaşlarıma, məsləkdaşlarıma, yaradıcı ziyalımız Aydın Hüseynliyə müraciət edirəm: Gəlin zamanın nəbzini tutan övladlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edə biləcək "Əsir qadın" romanının ədəbiyyat dərsliklərmizə salınmasından ötrü Azərbaycan Respublikası Təhsil nazirliyinə müraciət edək. Bununla vətənpərvərlik tərbiyəsi yönündə fayda verə biləcəyimizi düşünürəm”.
Xatırladaq ki, Xocalı faciəsindən bəhs edən “Əsir qadın” romanı cəmiyyətdə rəğbətlə qarşılandığı üçün əsər bu il rus dilində də çap edilərək oxucuların ixtiyarına verilib.
moderator.az