SSRİ-nin ali partiya və hökumət quumlarında, nazirlik və komitələrdə uzun illər, Leninin ölümündən sonra ölkə dağılana qədər olan dövrdə heç bir rəsmi sənəddə əksini tapmayan yazılmamış bir qanun hökm sürüb. Yülsəkçinli məmur vəfat edən kimi, hər şeydən əvvəl sabiq nazirin, Mərkəzi Komitə katibinin və şöbə müdirinin, həmçinin hətta baş katibin kabinetində təftiş aparılıb...
Əslində bu müvafiq qurumun işlər idarəsinin vəzifəsi sayılıb. Yəni vəzifəli şəxs vəfat etdiyi zaman işlər idarəsinin əməkdaşlarının üzərinə kabineti möhürləmək, sonra isə müvafiq komissiya tərəfindən kabinetdə təftiş aparmaq və akt tərtib etmək kimi vəzifə düşüb.
İstər Mərkəzi Komitədə, istərsə də digər qurumlarda bu prosedur qaydalara riayət olunmayıb. Daha dəqiq ifadə etsək, ilkin qeyri-rəsmi “təftiş və axtarış” tədbirləri həyata keçirildikdən sonra mövcud qayda formal olaraq kağışlar üzərində öz əksini tapıb.
Maraqlıdır, ölən məmurların kabinetində təcili və təxirəsalınmaz axtarışların aparılması hansı zərurətdən doğub? Sözsüz ki, həmin kabinetlərdə küllü miqdarda pul, var-dövlət axtarılmayıb. Hərçənd elə məmur olub ki, kabinetindən pul banderolları da çıxıb. Amma bu axtarışda əsas məqsəd kabinetlərdə olan sənədləri, məxfi qovluqları götürmək olub.
Mərkəzi Komitənin 1948-ci ildə vəfat edən katibi Andrey Jdanovun kabinetində axtarış aparılan zaman 4 şüşə konyak, məxfi şöbədən qeydiyyatsız götürülən 2 qovluq, biri tabel, digəri isə sənədsiz olan 2 ədəd tapança, cari məsələlərlə bağlı məruzələr və Stalinə ünvanlan 8 məktub aşkar edilib.
Kabinetin “zənginliyinə” görə “NKVD” başçıları daha çox diqqət çəkib.
Qurumun ilk rəhbəri Henrix Yaqodanın kabinetində rəsmi sənədlərdən daha çox şəxsi və çox “maraqlı” əşyalar tapılb. Büyük seyfin işərisində 24 ədəd pornoşəkil, 2 ədəd pornofilm, 1 ədəd süni kişi cinsi orqanı, 12 şüşə müxtəli spirtli işkilər, 4 ədəd qızıl qolbağı aşkar edilib. Amma Yaqodanın “maraqlı” kolleksiyası bununla bitməyib. Bağ evində axtarış aparılan zaman “NKVD” şefinin zənginliyinə hamı heyrətlənib. Belə ki, onun evindən 3904 ədəd porno fotoşəkillər kolleksiyası, 11 ədəd pornofilm, 120 ədəd porno çəkilişli lent, 2 ədəd seks oyuncağı, öz ölçüsünə uyğun qadın alt paltarları tapılıb.
Yaqodadan sonra “NKVD”-nin sükanı arxasına keçən Nikolay Yejov öz sələfindən heç də geri qalmayıb. “Dəmir narkom”un kabinetindəki seyfindən 54 ədəd porno fotoşəkil, 3 ədəd rezindən düzəldilmiş seks oyuncaqları aşkar edilib. Həmçinin kabinetdən kiçik sellofan torbada 4 ədəd güllə gilizi tapılıb. Bu həmin güllələrin gilizi olub ki, Yejov məhz həmin güllələrlə əksinqilabi fəaliyyətlərinə görə Qriqori Zinovyevi və Lev Kamenevi güllələyib.
Növbəti “NKVD” şefi Lavrenti Beriyanın kabineti isə sözün əsl mənasında qadın qarderobunu xatırladıb. Kabinetdə axtarış aparılan zaman seyflərdə və şkaflarda 15 ədəd qadın idman kostyumu, 12 ədəd yay üçün qadın koftası, 11 cüt xaricdə istehsal olunan qadın corabı, 7 dəst xaricdə istehsal olunan qadın alt paltarı, 6 dəst uşaq alt paltarı, 5 ədəd uşaq üst paltarı aşkar edilib. Bu “zəngin” qarderobun içərisində Beriya özünü də unutmayıb. Yəqin ki, kabinetdən tapılan 5 ədəd süni kişi cinsi orqanı və içərisində 12 ədəd olmaqla 2 qutu “rezin qoruyucu”nu Beriya öz şəxsi istifadəsi üçün saxlayıb.
Mərkəzi Komitənin katibi Mixail Suslov kabinet təftişindən təmiz çıxıb. “Boz kardinal”ın kabinetində axtarış apararkən “Kommunist” jurnalına yazdığı məqalə, Mərkəzi Komitənin növbəti iclasında edəcəyi məruzənin əlyazması, boş kağızlar və kitablar aşkar edilib. Bu təftişdə maraqlı məqamlardan biri o olub ki, vəfatından 4 gün əvvəl Suslov məxfi şöbədən qeydiyytla götürdüyü məxfi qovluq kabinetdə tapılmayıb. Sonradan məlum olub ki, həmin qovluğu Suslov öz evinə aparıb. Qovluqda hansı materialların olması isə açıqlanmayıb.
18 il SSRİ-yə rəhbərlik edən Leonid Brejnevin kabineti təmizliyi ilə fərqlənib. Hamıya yaxşı məlum olub ki, hakimiyyətinin son illərində müqəvvaya çevrilən Brejnevin istər məxfi, istərsə də adi sənədləri üzərində ətrafdakı adamları məşğul olurlar. Amma o da hamıya yaxşı məlum olub ki, Leonid İliçin xüsusi kodla açılıb-bağlanan portfelini hər gün yaşadığı bağdan Mərkəzi Komitəyə, axşamlar isə yenidən bağa daşıyıblar. Brejnev vəfat edən gün onun yaşadığı bağ evinə ilk gələnlərdən biri Yuri Andropov olub və o, heç kimlə razılaşmadan Brejnevin bağ evindəki iş otağına girib, həmin portfeli götürərək özü ilə aparıb.
Brejnevin ən sadiq silahdaşlarından biri olan Konstantin Çernenekonun vəfatından sonra kabinetində aparılan təftiş isə hamını təəcübləndirib. Baş katibin şkafından və seyfindən külli miqdarda pul tapılıb. Bu pulların mənbəyini tapmaq üçün hətta riyazi hesablamalar da aparıblar. Əgər Çernenko 13 aylıq baş katibliyə görə aldığı maaşı və həmin dövrdəki aldığı qonorarları xərcləmədən yığsaydı, yenə də tapılan məbləğə çatmazdı.
Bəzi araşdırmaçıların qənaətinə görə, Mərkəzi Komitədə “qara kassa” mövcud olub ki, Çernenko öz hakimiyyəti dövründə həmin “kassa”ya özü nəzarət edib və yığılan pulları öz kabinetində saxlayıb. Bəzilərinin qənaətinə görə isə partiyanın “sadiq oğlu”, Leninin ən sədaqətli davamçılarından biri sayılan Konstantin Çernenko hakimiyyətinin və ömrünün son aylarında özünü zəngin həyatdan məhrum etməyib, rüşvət və korrupsiyaya qurşanaraq böyük məbləğlərə sahib olub. Hər iki variantda baş katibin kabinetindən tapılan pullar mifləşdirilmiş və ideallaşdırılmış sovet cəmiyyətinin iç üzünü və görünməyən çürük tərəflərini ifadə edir.
İlham Cəmiloğlu, Musavat.com