Bu gün Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin doğum günüdür.Anadan olmasının 136-cı il dönümündə onun dəyərli fikirlərini oxuculara təqdim edirəm.Düşünürəm ki, bu dəyərli fikirlər onun doğum günündə Rəsulzadəsevərlərə böyük töhfə olacaq.
DƏYƏRLİ FİKİRLƏRİ
Elm haqqında
“Qardaşlar! Gəlin hamımız birdən hümmət (cəsarət) edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqəraya əl tutaq...
Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib elm öyrənməyə və öyrət¬¬dirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürül¬mə¬yə¬cək¬dir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərlərimiz əleyhissalam hədisi müqəddidədə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm...”
“Aç qulağın bir eşit bu sözlərin bül fürul1,
Elmə rağib2 olgilən qafildilər küllən cühul3.
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul4,
Fəzli elmi bilgilən şər ilə olmuşdur qəbul”.
“Şərqi-Rus” qəzeti, 1903, N20.
İnsan azadlığı və hüquqları haqqında
“İnsanın azad vaxtı olur isə, ibareyi-digərlə, insan hürr olur isə, əxlaqi yaxşı olur, vaxtsız əsir olur isə bədəxlaq olur.
İnsanın azadlığı da onun öz ixtiyarında olmağından naşidir(irəli gələndir)”.
“İrşad” qəzeti, N95, 97, 103, 122, 133;
21 və 24 aprel; 3 və 25 may; 7 iyun 1906-cı il.
“Cavanlarımıza”
“Ey millət, millət deyib bar-bar bağıranlar, ey öz elm və bilikləri ilə fəxr mübahat(izn verilmiş,mümkün olan) edən cavanlar, ey tələbəlik və studentlik faxir etibası ilə müzəyyən(bəzənmiş) ziyalarlar, ey cəmaət müəllimi adlanan zəvati-kiramlar, ey təbən hürriyyət və azadlıq məftunu olan millət balaları! Biçarə füqarə ürəyinin ən dərin guşəsindən gələn bu səda və fəryadı, millətimizin çox qismi olan bu füqarə və kəsəbənin yanğılı fəryadlarına, guş veriniz(qulaq asınız). Giriniz bunların içinə, göstərin onlara o yolu ki, onunla mənzilə yetişə bilsinlər”.
“Təkamül” qəzeti, 23 dekabr 1906-cı il, N2.
Kimləri seçək?
“Vətəndaşlar! Budur Bakıda öz vəkillərini keçirməyə çalışan fir¬qələr! İxtiyar sizindir. Seçin onları ki, onların məramnaməsini xoşlayıb, öz xeyrinizi, yəni ümumin xeyrini, onu ala bilirsiniz! Çıxarın yadınızdan həmişə adət etdiyimiz qərəzi-şəxsiyyəti, vəkil seçək, fəqət millət naminə, cəmaət xatirəsinə olaraq seçək! Haydı vətəndaşlar, bu yolda himmət edin!!”
“Təkamül” qəzeti, 11 yanvar 1907-ci il, N4.
“Fəda ol, qədr gör!”
“-Ah... nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!”
“İrşad” qəzeti, 15 aprel 1908-ci il, N51.
İki Azərbaycan həsrəti
“Mərənd...
Nə gözəl, nə şairanə bir bucaq! Qovaqlar uzanaraq, asimanə baş qalxızmış, meyvədar ağaclar böyük bir vüqar ilə fikrə dalmışlar...
Ah, əgər bu təbiət, bu hava, bu şənlik, bu şəfa, bu məlahət, bu səda Bakıda olaydı, yaxud Bakı burda olaydı!..”
“Tərəqqi” qəzeti, 4 iyun 1909-cu il, N122.
Ana dilini bilmək
“Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm (da¬nışmaq, söyləmək) edənlər, bir dərəcəyədək gülünc olurlar. Mənsub olduq¬ları mühitə mərbutiyyətləri(bağlılıq) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq (birləşmə) edəmiyorlar”.
“İqbal” qəzeti, 4 iyul 1913-cü il, N402.
“Ağlağan olmamışam”
“Ağlamaq adətim deyildir. Çox güləyən deyiləm də ağlağanlığım da yox kimidir. Biz ifadeyi-cəbriyyə ilə anlatmaq lazım gəlsə, zənn edirəm ki, yenə gülüşüm zaidli(artıq, lazımsız) çıxar. Hətta uşaqlığımı xatırlayanlar belə mənim sakit və samit(sakit,danışmayan) bir bala olduğumu söylərlər”.
“İqbal” qəzeti, 19 noyabr 1913-cü il, N509.
Bəşər mədəniyyəti nədir?
“Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikrilərlə yaşaması yalnız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”.
“Dirilik” jurnalı, 16 sentyabr 1914-cü il, N1.
“Milli istiqlal”
“Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsil bir taqım (dəstə) ibdalar(ixtira,kəşf), ixtiralar vəd etməyindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət(aydınlıq,aşkarlıq) və ixtiraların məcmuindən ibarət bir yekundur”.
“Dirilik” jurnalıi, 2 oktyabr 1914-cü il, N2.
Millətin xilası – müasirləşməkdir
“1915-ci ilin oktyabrın ikisində çıxan nömrəsində “Açıq söz” tuta¬ca¬ğı yolunun istiqamətini göstərmək üçün üç nöqtə bəlləmişdi: Türkləş¬mək, İslamlaşmaq, Müasirləşmək.
Bu üç maddəyi təhlil etmək istəsək, ələlüsul sonuncusu müasirləş¬mək¬dən başlamalıyız.
Müasirləşmək – iştə bütün millətləri səlah (sülh,asayiş) və nicat yoluna çıxaran böyük vasitə. Müasirləşməyən, zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir cəmiyyət gərək qan, irq və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanınmış, beynəlmilliyyət olsun – mümkün deyil. Müdhişi və qanlı bir rəzmgah(dava meydanı) təşkil edən bu dünyada kəndi(öz) mənliyi, öz mənəvi ruhu və təbii qəlbi ilə yaşayamaz. Dünyanın həyatından, bu həyatın ən böyük feyz(həzz,ləzzət) və nemətini təşkil edən istiqlaldan, mədəni iqtidar və hürriyyətdən məhrum olub qalar”.
“Açıq söz” qəzeti, 9 oktyabr 1916, N299.
Nəsiman Yaqublu,
tarix elmləri doktoru
“Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri