Ondan imtina və ya istifadəyə davam etmək barədə hələ çox düşünməli olacağıq
Palma yağı xeyri və zərəri ilə daim müzakirə olunur. Bu məhsul şirniyyat istehsalından tutmuş tikinti sahəsinə qədər istifadə edilir. Dünyanın palma yağına olan tələbatı yüzlərlə hektar tropik meşənin məhv olmasıdır. Biz nəyisə dəyişə və ya bu məhsulu başqa məhsulla əvəz edə bilərikmi?
Cenub.az, son illər mübahisələrə səbəb olan palma yağı ilə bağlı BBC-nin məqaləsini təqdim edir:
Yəqin ki, bu səhər istifadə etdiyiniz şampunun içərisində və ya istifadə etdiyiniz sabunun, fırçaladığınız diş məcununun, istifadə etdiyiniz vitamin həblərinin, yaxud da tətbiq etdiyiniz makiyaj ləvəzimatının içərisində palma yağı olub. Səhər yeməyində yediyiniz çörəyin içində, ya da üzərinə sürtülmüş marqarində və ya qəhvəyə qarışdırdığınız qaymaqda da həmin yağ ola bilər.
Bu yağ hər yerdə ola bilər, bilmiş olun. Hətta bu gün gəzdiyiniz nəqliyyat vasitəsi (avtobus, Qatar, avtomobil) də tərkibində palma yağı olan yanacaqla işləyib. İstifadə etdiyimiz dizel və benzinin bir çoxunda, əsasən xurma yağından qaynaqlanan bioyanacaq var.
Palma yağı dünyada ən geniş yayılmış bitki yağıdır. Hətta sənayedə 50%-ə qədər bu yağdan istifadə olunduğu deyilir. Dünya bazarı üçün fermerlər təkcə 2018-ci ildə 77 milyon ton palma yağı tədarük ediblər. 2024-cü ilə qədər bu istehsalın 107,6 milyon ton olacağı proqnozlaşdırılır.
Palma yağının həyatımızda mövcud olması özünəməxsus kimyası ilə əlaqədardır. Palma toxumlarından əldə olunur, solğun rənglidir və qoxusuzdur. Yağın yüksək ərimə nöqtəsi var və tərkibində doymuş yağ yüksəkdir, bu da kremlər və şirniyyat məhsullarının istehsalı üçün ideal xüsusiyyətdir.
Palma yağının bənzərsiz kimyəvi maddəsi, bişirmə ilə əlaqəli yüksək temperaturlara da dözmək imkanı verir. Korlanmaya qarşı çox davamlıdır və mövcud məhsullara uzunömürlülük bəxş edir. Yağ emalından sonra qalan palma ləpələri də yanacaq üçün istifadə oluna bilir. Hətta tikinti sənayesində beton, bərkidici vasitə kimi də istifadəyə yararlıdır.
Yağlı palmanın tropiklərdə becərilməsi və bitməsi asandır və fermerlər üçün yüksək gəlir gətirir. Hətta çətin torpaqlarda da son illərdə bu məhsulun sürətlə artdığı ərazilər var.
Palma yağı üçün “oranqutanın evi” dağıdılır
Məlumat üçün deyək ki, İndoneziya və Malayziya, təkcə 13 milyon hektar ərazidə palma əkini ilə öyünür. Bu da demək olar ki, dünya üzrə ümumi sayın yarısıdır.
Lakin palma plantasiyalarının sürətlə genişlənməsi, İndoneziya və Malaziyada kütləvi meşələrin kəsilməsi və oranqutan meymunu kimi nəsli kəsilməkdə olan canlıların yaşayış yerlərinin məhv edilməsi həm də tənqid obyektidir. “Global Forest Watch”-a görə, İndoneziya 2001-2018-ci illər arasında 25,6 milyon hektar ağac örtüyünü itirib, bu ərazi təxminən Yeni Zelandiyanın sahəsi qədərdir. Bu səbəbdən vacib hesab olunan məsələ hökumətləri və müəssisələri palma yağına alternativ tapmaq üçün təzyiq altına salıb.
Ancaq bu möcüzə məhsulun əvəzini tapmaq hələ də müşkülə dönüb. Bir çox ölkələrdə palma yağından istifadədən imtina ilə bağlı təşəbbüslər də olub. İslandiyada supermarket şəbəkələrindən biri palma yağını özünün bütün markalarından (hətta rəsmən qadağan edilmiş bir evsiz oranqutanı əks etdirən ürəkaçan Milad reklamını da sərbəst buraxacağını) çıxardığnı elan edib və 2018-ci ildə özünə rəğbət qazanıb.
Amma bəzi məhsulların tərkibindən xurma yağının çıxarılması o qədər çətin başa gəlib ki, hətta bir neçə şirkət öz brendini ləğv edib. Qida sənayesinin nəhəngi “General Mills” ABŞ-da palma yağının ən böyük alıcılarından biri kimi oxşar problemlə qarşılaşıb.
Ən çox yayılmış yanaşma - oxşar xüsusiyyətlər təklif edən digər bitki yağlarını tapmaqdır. Vaxtilə palma yağından istifadə edən İngiltərənin kosmetik markası LUSH, “Movis” də yeni alternativlərə - kakos, kakao, buğda yağından istifadəyə keçib. Bir qrup kosmetika mütəxəssisləri daha ekzotik bitkilərdən - jajoba, jatrop, manqo, müxtəlif yosunlardan istifadəni də tövsiyə edir.
Lakin bu bitkilərdən əldə olunan yağ hələ də palma yağı qədər ucuz və effektli olmur. Soya kimi meşələrin məhv edilməsinə səbəb olmaqda günahlandırılan başqa bir məhsul da var. Bu da palmanı əvəz edə bilmir. Bir də palma yağı yüksək kalorili olmaqla yanaşı, yağ turşuları ilə zəngindir və yağda həll olunan vitaminlərin udulmasına kömək edir. Proqnozlara görə, ət, quşçuluq və süd məhsullarına qlobal tələb artdıqca palma yağına olan tələbat da artacaq. İndi dünyada palma yağını quşçuluqda yem məhsullarında da istifadə edirlər.
Polşanın Poznan Universitetinin tədqiqatçıları toyuq yemindəki palma yağının daha davamlı bir qidalanma mənbəyi ilə əvəz oluna biləcəyini araşdırıb və tapıblar – bu, həşəratlardır. Toyuqlar xurma yağı əvəzinə qurd yağı ilə əlavə edilmiş bir yemlə bəslənib. Onların böyüdükləri və ətlərinin keyfiyyətində yaxşılaşma olduğu ortaya çıxıb. Meal qurdları da yüksək protein tərkibinə malikdir və qida tullantılarında artırıla bilər. Bu yaxınlarda İngilis Baytarlıq Cəmiyyəti böcək əsaslı ev heyvanlarının yeməyinin ən keyfiyyətli və ətraf mühit üçün daha yaxşı olacağına qərar verib.
“Yaşıl yanacaq”: xilas olan bizik, yoxsa təbiət?
2017-ci ildən Avropa İttifaqına (Aİ) idxal olunan palma yağının yarıdan çoxu yanacaq üçün istifadə edilib. Bu yanacaq Aİ-nin Bərpa Olunan Enerji Direktivi nəqliyyat enerjisinin 10%-nin bərpa olunan mənbələrdən alınmasına yönəlib və palma yağından hazırlanan biodizel bu məqsədə çatmaq üçün böyük töhfə verib. Lakin 2019-cu ildə Aİ palma yağı və digər qida əsaslı bitkilərdən əldə edilən bioyanacaqların istehsalı zamanı ətraf mühitə ziyan vurduğuna görə mərhələli şəkildə bundan imtina etdiyini elan edib və 2020-ci ildə Avropa tamamilə belə bioyancağın istifadəsini dayandırmağa qərar verib.
Bir qrup yosun palma yağına çox bənzər bir yağ çıxarır. Bu səbəbdən Aİ alternativ axtarmağa başladı və bu seçim yosunlar oldu. Müəyyən növ yosunlardan olan yağ, sonra dizel, reaktiv yanacağını əvəz edə biləcək bir sıra yanacaqlara bölüşdürülə bilən "biocruda"ya çevrilə bilər. Əslində burada qəribə olan heç nə yoxdur, dünyada neft yataqlarının əksəriyyəti yosunların qalıqlarıdır.
Nyu-York Universitetinin professoru David Nelson yosunları araşdıran bitki üzrə mütəxəssisdir. O, Abu-Dabidə yayılmış yosun növü olan xloroidumun genetikasına dair araşdırma apararaq, bunun palma yağına alternativ ola biləcəyini irəli sürüb. Onun komandası bu yağın yığılmasına imkan verən yosunları çənlərdə və ya açıq gölməçələrdə böyütməyi tövsiyə edib. Lakin Nelson əlavə edib ki, belə “yaşıl yancağı” əldə etmək üçün bazarda böyük bir dəyişiklik tələb olunur.
2017-ci ildə “ExxonMobil” və “Sintetik Genomics” şirkətləri artıq yosun yağını tədarük etdiklərini elan etdilər. Keçən il avtomobil istehsalçısı “Honda”nın Ohayo zavodundakı test mərkəzində eksperimental yosun yağı isethsal edən sex quruldu. Güman edilir ki, “yaşıl yanacaq” ümidləri doğruldacaq. San-Fransiskoda yerləşən biotexniki firma “Solazyme” isə avtomobil, təyyarə və hərbi avadanlıqlar üçün yosun mənşəli yanacaqları artıq çoxdan hazırlayıb.
Lakin bu məhsulların palma yağı ilə iqtisadi və miqyaslı rəqabət edə biləcəyi nöqtəyə çatması böyük bir maneədir. 2013-cü ildə Ohayo Universiteti pilot şəkildə yosun yağı istehsalana başlayıb, ancaq mexaniki mühəndis David Bayless nəticələrinin effektlivliyinin yaxın 6 il ərzində nümayiş olunacağını bəyan edib.
İqtisadçıların qənaətinə görə, ideal şərtlərdə yüksək məhsuldarlığı olan palma əkini kənd təsərrüfatı ərazisi üçün soya qədər, hətta 25 qat çox yağ istehsal edə bilər. Bir qrup iqtisadçıya görə isə, palma yağının əvəzləyicisini tapa bilmiriksə, bəlkə də istehsal üsulunu dəyişdirərək ətraf mühitə təsirini məhdudlaşdıra bilərik.
Palma yağından imtina məhsuldar palmadan imtinadır
Hazırda yenə də aktual olan bir məsələ var. Unikal kimyası olan palma yağı ucuzdur. Çünki bu palma məhsuldardır, nisbətən tez böyüyür, asanlıqla yığılır. Belə bir müqayisə aparaq. Bir hektar günəbaxandan 0,48 ton, soyadan 0,38 ton, bir hektar palmadan isə hər il 4 ton bitki yağı istehsal olunur.
Deyəsən, palma yağından imtina və ya ondan istifadə etməkdə davamlılıq seçimi hələ çox zamanımızı alacaq…