Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Zəif parlamentlə güclü dövlət qurmaq olmaz" - Əməkdar elm xadimi ilə 2-ci söhbət...


Deputatların sayı neçə olmalıdır?

(2-ci söhbət)

Birinci söhbət bu linkdə: https://www.moderator.az/news/301803.html

Əgər Ziya Bünyadov, Xəlil Rza Ulutürk kimi toplumdan 100 nəfərimiz varsa, onda alternativ əsasda 50 nəfərlik bir parlament formalaşdırmaq olardı. Güman etmək olardı ki, belə parlament, qarşısında duran problemləri həll edə bilər. Yox, əgər yoxdursa, onda növbəti suala cavab axtaraq: bizim, ictimai-siyasi proseslərdə aktiv olan, 50 000 əhalini öz ardınca apara bilən 200 (10 000  000 : 50 000) vətəndaşımız varmı? Əgər olsaydı, alternativlik xətrinə 200 nəfərlik toplumdan 100 nəfərlik bir parlament formalaşdırmaq olardı. Əgər yoxdursa, onda növbəti bir suala cavab axtaraq: ictimai-siyasi proseslərdə aktiv olan, 20 000 əhalinin səsini ala bilən (10 000 000 : 20 000)  500 nəfər vətəndaşımız varmı? Əgər varsa, onda alternativliyi nəzərə almaqla belə toplumdan 250 nəfərlik bir parlament formalaşdırmaq olar. 

Əsas budur ki, çəmiyyətin intellektual səviyyəsi yüksək olduqda deputatların sayı az ola bilər və ya əksinə. 

Beləliklə, deyilən mülahizələri və dünya praktikasını nəzərə almaqla, deputatların optimal sayını asanlıqla müəyyənləşdirmək olar. Dəqiq rəqəmi, dostlar özü tapsın.   

Azərbaycan inkişaf edib dəyişdiyi kimi, fikirlər də inkişaf edib dəyişməlidir. Cəmiyyətin parlament şüurunun kamilləşməsi üçün çoxlu sayda suallara cavab vermək lazımdır. 

Misal üçün: “Parlament nəyə və ya kimə lazımdır; parlamentsiz ötüşmək olmazmı?” sualına belə cavab vermək olar. Parlament həm dövətə, həm də cəmiyyətə lazımdır. Zəif parlamentlə güclü dövlət qurmaq olmaz. 

Növbəti sual: Deputat kim olmalıdır?

Fəlsəfi olaraq bu suala belə cavab vermək olar: Cinsindən, yaşından, milli mənsubiyyətindən, doğulduğu yerdən asılı olmayaraq deputat o kəs olmalıdır ki, o parlamentdə içərisindən keçdiyi bütün proseslərin idarə edən tərəfi ola bisin, yəni subyekti olsun. Bunun üçün onun intellektual səviyyəsi yüksək olmalıdır. Deputat dağın görünən yox, görünməyən tərəfini də görməyi bacaran ölkə vətəndaşı olmalıdır. İstənilən halda, deputat ictimai mənəfeni şəxsi mənafeyə qurban verməməlidir.

Şahlar Əsgərov, Əməkdar elm xadimi, professor





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10