Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saakaşvili: Beş dəqiqəyə islahatlar



Azərbaycan rəhbərliyi hərtərəfli islahatlara doğru getdiyini və bu kursun dönməz olduğunu bəyan edir. Postsovet məkanında ilk dərin və uğurlu islahatların müəllifi Mixail Saakaşvilidir. Hamımız şahidiyik ki, Gürcüstan prezidenti yol və cibkəsənlərlə dolu ölkəsini qısa müddətdə necə dəyişdi, təhsildə, səhiyyədə illərlə yığışıb qalmış problemlərin əksəriyyətini necə sürətlə həll etdi, hüquq-mühafizə sisteminə, kadr siyasətinə köklü yeniliklər gətirdi. 

Keçmiş prezident dəyişikliklər istəyən digər postsovet ölkələrinə, ilk növbədə indi yaşadığı Ukraynaya kömək məqsədi ilə “Beş dəqiqəyə islahatlar” adı altında silsilə videoçarxlar hazırlayıb.

– Mən bunları keçmişəm, – deyir Saakaşvili. – Ona görə də məsləhətlərimi verə, öz qələbələrimdən və uğursuzluqlarımdan danışa bilərəm.

Keçmiş prezidentin islahatlar yolunda mənfi və müsbət təcrübəsinin indiki şəraitdə Azərbaycan üçün də çox faydalı olduğunu düşünərək, onun son dərəcədə maraqlı çıxışlarını kiçik ixtisarlarla təqdim edirik. 

Epizod 1. Uğurlu islahatların prinsipləri

Mən indi danışdıqlarımı beş il əvvəl etmək lazım idi. Bunlar o zaman da indiki qədər aktual idi. Bunları hətta 25 il əvvəl etmək lazım idi. İndisə 2019-cu ildir və yük elə əvvəlki yerindədir. Bunula belə, yorulmadan bu haqda danışmaq gərəkdir. Çünki biz itirdiyimiz vaxtı udmalıyıq. Zaman isə durmadan harasa qaçır. Dünya inkişaf edir. {Bizsə} yerində sayırıq, insanları itiririk, gələcəyi itirirık, perspektivi itiririk. Biz bunun belə davam etməsinə yol verə bilmərik. Ona görə də islahatlar barədə danışacağıq. Nələri dəyişamək, özü də tez, tez, çox tez və birdəfəlik dəyişmək lazım olduğu barədə danışacağıq. Səhvə yol vermək bu sabotajı davam etdirməkdən, hər yanı basmış bu bataqlıqda yaşamaqdan yaxşıdır… Yeni yanaşma, yeni insanlar və sürətli hərəkət lazımdır.

Öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, islahatların 4 başlıca prinsipi var. Düşünürəm ki, bu, universaldır.

Birinci prinsip: ayrıca götürülmüş bir sahədə islahatlar keçirmək, diğər sahələri sonraya saxlamaq olmaz!

Sizə bir misal gətirim. 90-cı illərdə bizim Gürcüstanda bir prezidentimiz vardı, Şevardnadze, o, Qərbin xoşuna gəlmək istəyirdi. Fikirləşirdi ki, nə edim, nəyi elə dəyişim ki, əslində heç nə dəyişməsin? {Dedi,} gəlin, məhkəmə sahəsini gənc islahatçılara verək, onsuz da bütün işlər polis və prokurorluq səviyyəsində həll olunur, məhkəmələri vecinə alan yoxdur. Və beləliklə, bizə hakimləri 100 faiz dəyişməyə, yeni adamlar gətirməyə, onları yüksək maaşala təmin etməyə, qanunları dəyişməyə icazə verdilər, Hər şey düzğün idi. Amma polisə və prokurorlüğa, bütövlükdə sistemə bir barmaqla da toxunmağa icazə vermədilər. Nəticədə yeni məhkəmələr yeni ofislərə köçdülər, əvvəlcə hər şey yaxşı getdi, ədalətə ümid yarandı. Sonra isə prokurorlar və polislər {hakimləri} şantaj etməyə başladılar və onları hər tərəfdən əhatəyə aldılar. Bizdə maliyyə böhranı idi, onlara yüksək maaş verməyi dayandırdılar. Bir il, ilyarım ərzində onlar korlandılar, əvvəlkilərdən də pis oldular. Və mən prezident seçiləndən sonra biz Gürcüstanda butun sahələrdə islahatlar həyata keçirəndə, ən az dəyişikliklərə məhz məhkəmə sistemində nail ola bildik, çünki dir dəfə artıq bu şansı itirmişdik. İndi də, {Zelenski gələndən sonra} eyni şey Ukraynada patrulla baş verir. Yeni patrullar topladılar, {onlara} nisbətən artıq maaş, təzə geyim verdilər, treninq keçdilər, amma nə DİN rəhbərliyini dəyişdilər, nə rayon şöbələrini, nə cinayət polisini, nə başqa bölmələri, nə prokurorluğü və s. Nəticədə bu sahədə yenilikləri yaradan {Gürcüstandan çağırılmış mütəxəssislər} – gürcü qızları gedəndən sonra patrul yenə rüşvət götürməyə başladı, nüfuzu yenə düşdü. Bundan da heç bir yaxşı şey çıxmayacaq və sonra, biz hərtərəfli islahatlarlara başlayanda, ən çətini patrul və polisi dəyişmək olacaq.

İslahatların ikinci prinsipi: islahatlar ölkənin əhalisi üçün həyata keçirilir, beynəlxalq təşkilatlar üçün yox!

Baxın, ən yüksək beynəlxalq səviyyələrdə, instansiyalarda dəfələrlə eşitmişik ki, Ukraynada heç vaxt Yatsenyuk və Poroşenkonun vaxtında olduğu qədər islahatlar həyata keçirilməyib. Əslində isə onlar Brüsselin, Vaşinqtonun, Beynəlxalq Valyuta Fondunun və digər beynəlxalq təşkilatların məmurlarının ustəklərini ideal şəkildə həyata keçirməyi öyrənmişdilər. Amma bunlar Ukrayna və ukraynalılar üçün islahatlar deyildi! İslahatları özün üçün keçirməlisən və onlar insanların konkret həyat sahələrinin real olaraq yaxşılaşdırılmasına xidmət etməlidir!

Buradan isə 3-cü prinsip ortaya çıxır. Bizə deyəndə ki, islahatlar həmişə qeyri-populyar olur, bu, tam cəfəngiyyatdır. Populyar olmayan islahat – islahat deyil! Ancaq əhalinın əhəmiyyətli hissəsi arasında dərhal populyarlaşan islahatlar gerçək sayıla bilər!

Əlbəttə, həmişə incik düşən azlıq olur. Hələ sizə bundan artığını da deyə bilərəm: daha uzaq perspektivdə həmin incik azlıq “pisliyi” unutmur, öz qəzəbini saxlayır, {razı} qalan insanlar isə yaxşı şeylərə tez öyrəşirlər və bunlara adi hal kimi yanaşmağa başlayırlar. Ona görə müəyyən müddətdən sonra “inciklər” islahatçının yaxasını ələ keçirirlər. Ancaq bilin ki, əğər islahatlar əhəmiyyətli sayda əhali arasında dərhal inam və dəstək qazanmırsa, deməli, biz düzgün istiqamətdə getmirik.

Və {islahatların} 4-cü, yəqin, əsas prinsipi: islahatçı dəqiq yadda saxlamalıdır ki, “inkanlar pəncərəsi” çox tez bağlana bilər və onlara ayrılmış zaman həddən artıq məhduddur.

Yəni, vaxt itirmək olmaz, çünki imkanların “pəncərəsi” tez bağlanır. Onların – {hakimiyyətdə} yüksək reytinqə malik olan şəxslərin qarşısında iki yol var: ya gərək hər şeyi olduğu kimi saxlamaqla, heç kimi özündən uzaqlaşdırmamaqla münaqişələrə getməyəsən və bir müddətdən sonra onsuz da reytinqini itirəsən; ya da gərək sürətli islahatlar həyata keçirəsən, dəyişikliklər edəsən və müəyyən müddətdən sonra yenə də reytinqini və populyarlığını itirəsən. Amma əvəzində özündən sonra islahatlar qoyub gedəsən.

Mən hər halda ikinci yola üstünlük verdim. Bəs siz necə fikirləşirsiniz?

pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10