
Bu fikirləri “İdmanın qadınları” videolayihəmizin növbəti qonağı 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi, 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova səsləndirib.
Azərbaycan şahmatına 3 beynəlxalq dərəcəli qrossmeyster bəxş edən Məmmədyarovlar ailəsinin ən böyük övladı olan Zeynəb qardaşı Şəhriyar və bacısı Türkan ilə münasibətlərindən, yeganə müəllimi olan atası Həmid Məmmədyarovun ustalığına qədər bir çox ailə sirlərini bölüşüb: “Şəhriyarla birlikdə məşğul oluruq. Ancaq bacım da, mən də onunla oynamağı sevmirik. O, öyrətməyi sevir. Lakin Şəhriyarla oynamaq elə də maraqlı olmur. Çünki çox uduzuruq. Bəzən heç-heçə bizə qalibiyyətə bərabər olur. Lakin biz tək deyilik. Dünyada elə bir qadın şahmatçı yoxdur ki, qardaşımla oynayıb müsbət nəticə əldə edə bilsin. Yəni biz nadir deyilik”.
publika.az