Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nöqtə və nidasız Qarabağ



Xalqları qarşılıqlı etimada və anlaşmaya dəvət etməzdən əvvəl, liderlərin özləri bu keyfiyyətləri nümayiş etdirməlidirlər

 

Son zaman aparılan tədqiqatlar təsdiq edirdi ki, “Qarabağ kartı” daxili siyasi mübarizədə ermənilərə nisbətən azərbaycanlılar tərəfindən daha tez-tez istifadə olunur - Ermənistan siyasətçiləri onunla hakimiyyət məsələlərində daha az manipulyasiya edirlər. Amma qısa müddət ərzində vəziyyət tam əksinə dəyişdi. Demokratiyaya doğru addım atan Ermənistan, dərhal Azərbaycanla olan etno-ərazi münaqişəsini ölkədə siyasi mübarizənin əsas amilinə çevirdi.

 

Rolların bu cür dəyişməsi Bakını sevindirirmiş kimi görünə bilər. Ancaq Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Azərbaycan paytaxtında başqa ümidlər var idi. Burada güman edilirdi ki, 20 il fasiləsiz idarəçilikdən sonra "Qarabağ klanı"nın arxa plana keçməsi İrəvanın "əyalət düşüncəsindən" azad olmasına imkan verə bilər. Ermənistanın yeni səlahiyyət sahiblərinin, əlbəttə ki, daxili problemlərlə əlaqəli olan, lakin xeyli mürəkkəb quruluşa malik regional problemlərə daha geniş nəzər yetirəcəyi gözlənilirdi. Axı, bu dövlətin rəhbərləri özlərinin "milli maraqlarını" başqalarının mənafeləri hesabına, regional təhlükəsizliyə zərər vurmaqla təmin etməyin mümkünsüzlüyünü nəhayət, başa düşsələr, ya da, heç olmasa "xalq" və "əhali" anlayışlarını dəyişik salmağa son qoysalar, Qarabağ məsələsinin həlli də sürətlənə bilərdi.

Lakin tezliklə məlum oldu ki, Ermənistanın yeni lideri Paşinyan həm təfəkkür baxımından, həm də dil bacarıqlarına görə sələflərindən çox da fərqlənmir. Bəli, Ermənistan-Azərbaycan qarşıdurmasında müəyyən müsbət dəyişikliklər baş verdi: cəbhə insidentləri və itkilər azalmağa doğru getdi.

 

Bununla belə, danışıqlar prosesi yerində sayır; problemin həllinə yanaşma tərzi və hətta cağırılar da eyni qalır (yalnız onların sonluğunda durğu işarələri - nöqtə və nidalar - dəyişir) və belə şəraitdə vəziyyətin nə dərəcədə qeyri-sabit olduğunu göz önündədir. Hər iki ölkə liderinin davamlı “söz çəkişmələrini” çətin ki, “münaqişənin həlli yollarının axtarışı” adlandıra bilərik.

 

Əslində bunlar populizmin göstəricisidir. Təsadüfi deyili ki, Ermənistanın keçmiş və indiki rəhbərləri getdikcə qaha artıq qızğınlıqla bir-birləini məhz populizmdə ittiham edirlər.

 

Deyilənlərin ən son nümunəsi - Serj Sarkisyan noyabrın 20-də Zaqrebdə Avropa Xalq Partiyasının (EPP) qurultayındakı çıxışında hakimiyyəti populistlərə təslim etdiyini söylədi. Elə həmin gün – noyabrın 20-də, Avropanın başqa bir şəhərində - Milanda danışan Nikol Paşinyan sələfinin sözlərinin həqiqiliyini sübut etdi: “Azərbaycan müstəqil respublikaya çevrildiyi kimi, Dağlıq Qarabağ da müstəqil respublikaya çevrilib. Bundan sonra Azərbaycan Dağlıq Qarabağ xalqına qarşı öz aqressiyasını göstərməyə başladı”.

 

Ermənistanın yeni liderinin həqiqətən uzaq açıqlamaları münaqişənin sülh yolu ilə həll edilməsini daha da çətinləşdirir. Bu cür təhriflər və saxta stereotiplərin təkrarlanması 13-14 yaşlı bir məktəbli üçün bağışlanıla bilər, çünki baş verən hadisələr barədə tarix dərsliklərində heç nə yazılmayıb.

 

Ancaq 44 yaşlı Baş Nazir bu gün ölkəsinin tarixini yazarkən, bölgənin taleyi üçün ən vacib problemlərdən danışarkən daha məsuliyyətli olmalıdır. Məsələn, o, "tezis şəklində" iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin həllinə "yeni yanaşmasını" açıqlayır və bu yanaşmanın "sələflərinin mövqelərindən konseptual olaraq fərqləndiyini" iddia edir.

Sonuncu dəfə Paşinyan bunu Milandakı çıxışından bir gün əvvəl rusiyalı jurnalistlərlə görüşü zamanı deyib: "Əgər tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti deyil, bir həll yolu haqqında danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll yolunu tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanatla çıxış edərsə, bu, danışıqlar prosesində real sıçrayışın qeydə alınması şansımızın olacağını göstərəcək”.

 

Beləliklə, Paşinyan "bütün maraqlı tərəflərin üç xalq üçün məqbul bir həll üzərində işləmələrini" təklif etdi. Eyni zamanda, o, qeyd etdi ki, "indiyə qədər belə variantlar olmayıb, amma əgər olsaydı, vəziyyət tamamilə fərqli olardı" (?).

 

Yaxşı, baxaq görək, Paşinyan yanaşmasının yeniliyi nədən ibarətdir. Azərbaycan, erməni və “Artsax”a istinadən üç xalqın maraqlarından danışır. Bəs "Artsax xalqı" kimdir? Qədim albanlar? Yoxsa Baş Nazir, bütün azərbaycanlıların oradan qovulduğu Dağlıq Qarabağ ərazisində yaşayan erməniləri nəzərdə tutur?

 

Hiyləgər siyasətçi deyilsə, ağlı başında olan bir adam üçün aydın olmalıdır ki, bu bölgə üzərində qarşıdurma iki tərəf arasında gedir: ermənilər və azərbaycanlılar. Yuxarıda göstərilən səbəbə görə, indi yalnız ermənilərdən ibarət olan Dağlıq Qarabağın əhalisi var. Və ya Paşinyanın “yeni yanaşması”, məhz erməniləri coğrafi prinsipə görə xalqlara bölməkdən ibarətdir?

 

Xeyr, bu, sadə deyil. Onun taktikası Azərbaycan Prezidentini, müxtəlif gedişlərlə eyni bəyanatı verməyə məcbur etmək, daha sonra inamlı bir tonda iki "erməni tərəfi"nin danışıqlar masasına oturmasını tələb etməkdir. Və niyə o, “üçlük” formatında “danışıqlar prosesində real sıçrayışın qeydə alınması üçün bir şans verəcəyini” qəbul etdi? Üç nəfərdən ikisinin danışıq aparması daha asan deyilmi? Üstəlik, bu üçüncü tərəf dediyi - sadəcə bir əhali, birinin digərinin ərazisində de-yure yaşayan və onunla ziddiyyət təşkil edən bir hissəsidir. Alandsdakı (Finlandiya) isveçlilər, Tiroldakı (İtaliya) avstriyalılar ayrı bir xalq olmadığı halda, Qarabağdakı ermənilər ayrı bir xalqmı olur?

 

Bəs birbaşa bu ölkənin ordusu tərəfindən işğal olunan sərhəd bölgələri haqqında nə demək olar? Azərbaycan ərazisində xidmət edən Paşinyanın vətənindən - İcevandan, İrəvandan, Kotaykdan, Loridən olan minlərlə əsgər haqqında nə demək olar? Bəs cənab Baş Nazirin Stepanakert (Xankəndi) meydanındakı “Miatsum, Miatsum” hay-küyü ilə səslənən “Qarabağ Ermənistanındır və nöqtə” adlı yeni şüarı barədə nə demək olar?

 

Şübhə yoxdur ki, Paşinyan həm Ermənistan, həm də Qarabağ üçün sülh istəyir. Buna xalqının rifahını təmin etmək, vədlərə əməl etmək və öz gücünü qorumaq üçün ehtiyacı var. Ancaq əminəm ki, "iki erməni xalqının" nümayəndələrini bir-birinin ardınca müxtəlif fəndlərlə, Azərbaycanla Qarabağ nizamlanması üzrə danışıqlar masasına əyləşdirmək cəhdi bunun həlli yolu deyil.

 

Son bir ildə, müxtəlif səviyyələrdə, o cümlədən iki ölkənin liderləri səviyyəsində, münaqişə yaşanan xalqlar arasında etimadın bərpa edilməsi zərurəti barədə daha çox danışmağa başladılar. Bu, “formatın ağırlaşması deyil, əksinə danışıqlar prosesində həqiqi bir irəliləyişin qeydə alınması üçün bir şans verə bilər” kimi izah olunur.

 

Ancaq xalqları qarşılıqlı etimada və anlaşmaya addım atmağa dəvət etməzdən əvvəl, liderlərin özləri bu keyfiyyətləri nümayiş etdirməlidirlər. Heç olmasa, sözlərlə oynamağı dayandırmaq, ifadələrdə təmkinli olmaq, birbaşa ünsiyyət qurmaq və ya heç olmasa, öz xalqı ilə danışmaq lazımdır. Xoş bir şüar səsləndirin, bu sözlərin qarşı tərəfdən necə qəbul ediləcəyi barədə düşünün…






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10