“Deyəsən, Donald Trampın düşüncəsiz hərəkətlərindən ən çox Rusiya prezidenti Vladimir Putin faydalanır”.
“Der Standard” nəşrinin əməkdaşı Anna Culiya Fink bu fikirdədir.
Amerika qoşunlarının Suriyadan çıxarılmasının nəticələri ilə bağlı müzakirələr zamanı Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (Nancy Pelosi) “bütün yollar Putinə aparır” deməklə ABŞ prezidentini ittiham edib.
“Trampın qərarlarının çoxu Putinə sərf edir. Bunu etiraf etmək üçün prezidentin rəqibi olmağa ehtiyac yoxdur. Putin transatlantik münasibətlərin zəifləməsində maraqlıdır. O, ABŞ-ın beynəlxalq saziş və qurumlarda iştirakına xitam verməsini, həmçinin bu yaxınlarda Trampın “Brexit”-ə dəstəyini ifadə etdiyi kimi AB-nin millətçilik və proteksionizm adı altında zəiflədilməsini istəyir. Tramp da onun bu maraqlarına cavab verir. Şəxsi münasibətlərdə Tramp Rusiya prezindentinə heyranlıq duyur və bunu dəfələrlə könüllü şəkildə dilə gətirib”, – məqalədə deyilir.
“Putin də Ağ Ev rəhbərinə yalnız xoş sözlər söyləyir (“görkəmli”, “istedadlı”). Politoloq Andrey Tsıqankov Rusiyanın nüfuzlu “Valday” müzakirə klubu üçün araşdırmasında Rusiya və Amerika arasındakı kişisayağı dostluğun nəyə əsaslandığını qeyd edib. Ekspert bunu dövlət rəhbələrinin “psixoloji oxşarlığı” ilə izah edib: hər ikisi avtoritar liderdir. Bir fərq var ki, Rusiyanın xarici siyasətini Kreml müəyyənləşdirir, amma ABŞ-ın siyasi sistemi prezidentə müəyyən məhdiyyətlər qoyur. Bu qaydalar Trampın səlahiyyət müddətinin ilk illərində işə yarayıb”, – jurnalist qeyd edir.
“Trampın sələfi Barak Obama da Rusiya ilə münasibətlər üçün yaxşı baza yaratmağa çalışıb. Ancaq hazırkı hökumət kimi onun da komandası istəyinə nail ola bilməyib. Obamanın dövrü ilə müqayisədə Trampın başçılığı altında keçmiş düşmənlər arasındakı münasibətlərin daha mürəkkəb mərhələdən keçdiyini hər iki ölkənin xarici işlər naziri dəfələrlə qeyd edib:həm Rusiyanın xarici işlər nazrii Sergey Lavrov, həm onun keçmiş həmkarı Reks Tillerson (Rex Tillerson) bu münasibətlərin “ən aşağı nöqtədə” olduğunu bildirib. Tillerson Rusiyanı “bütün dünyanın sabitliyini pozan, məsuliyyətsiz qüvvə”, keçmiş casus Sergey Skripala qarşı sui-qəsd cəhdini “Moskva tərəfindən biabırçı akt” adlandırdıqdan bir gün sonra vəzifəsini itirib”, – nəşr xatırladır.
“Son bir ildir Amerika prezidenti müşavirlərinə deyil, daha çox öz intuisiyasına qulaq asır. Nəticədə ABŞ-ın şəxsi mövqeyi ABŞ-ın xarici siyasətinə daha çox nüfuz edir. Bundan da ən çox Rusiya faydalanır”, – Fink yazır.
“Oktyabrın ortası prezident Respublikaçılar Partiyasının etirazına rəğmən, qoşunları Suriyadan çıxardığını elan edib. Bununla da Putinə ikiqat hədiyyə etmiş olub: Suriyanın müttəfiqi kimi Rusiyanın Yaxın Şərqdə mövqeyini möhkəmlədib və ABŞ-ın Suriyadakı müttəfiqləri kürdləri, həmçinin Moskvanın hərbi rəqibi NATO-nu axmaq yerinə qoyub”, – məqalədə deyilir.
“Trampın yaxın çevrəsi çoxdan rədd edilən komplo nəzəriyyəsini yenidən təbliğ etməyə başlayıb. Onlar deyirlər ki, 2016-cı il seçkiləri ərəfəsində demokratların elektron poçt serverləri Rusiyadan deyil, Ukraynadan təşkil edilə haker hücumuna məruz qalıb. ABŞ-ın Ukraynaya hərbi yardımı gözlənilmədən debat predmetinə çevrilib. Bu, müxtəlif kadr dəyişikliklərindən sonra Ağ Evdə təsiri artan putinyönlü müşavirlərlə əlaqəlidir. Belə ki, Trampın Vladimir Zelenskiyə simpatiyası bir neçə günün içində ədavətə çevrilib. Mətbuatın verdiyi məlumata görə, buna bəzi telefon danışıqlarında Putinin şəxsən Trampa göstərdiyi təzyiq səbəb olub”, – jurnalist yazır.
“Tramp İŞİD lideri əl-Bağdadinin zərərsizləşdirilməsi barədə nə yüksək vəzifəli partiya yoldaşlarına, nə də demokratlara xəbər verib. Lakin bu barədə Putini məlumatlandırıb. Sonradan Tramp ilk növbədə məhz Putinə minnətdarlığını bildirib”, – məqalənin sonunda deyilir. (Xpressa)