Cəmiyyətin ən fəzilətli peşələrindən biri – müəllimlikdir. Müəllim, təlim və tərbiyə yolu ilə insanları kamala doğru hidayət etdirər və tərəqqi etdirər. Eşq və imanı pak insanların qəlbində həkk etdirər.Mübarək dinimizin müəllim barəsindəki nəzərlərinə diqqət edək.
Allah Təala buyurur: “O, həmin Allahdır ki, insanlar arasında dərs oxumamış peyğəmbəri məbus etmişdir ki, ayələrini onlara oxusun və onları islah etsin. Kitabı və hikməti öyrətsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdən bir hərf öyrənsən, onun qulu olarsan”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Məndən sonra sizlərin ən çox bağışlayanı o kəsdir ki, elm öyrənsin və sonra elmini yaysın”.
İmam Səccad (ə) buyurur: “Əgər müəllim, müəllimlik vəzifəsini bilər və ona əməl edərsə, Allah elm nemətini onun üçün daha çox edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən müəllim seçilmişəm”.
İmam Baqir (ə) buyurur: “Elmin zəkatı – onu Allah bəndələrinə öyrətməkdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allahım! Müəllimləri bağışla! Ömürlərini uzun və ruzilərini bərəkətli et!”.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, elm ardınca gedər, bu əməli keçmiş günahlarının kəffarəsi olar”.
İmam Əli (ə) buyurur: “Atana və müəlliminə ehtiram əlaməti olaraq yerindən qalx, baxmayaraq əmir belə olsan”.
İmam Sadiq (ə) buyurur: “Elm öyrəndiyiniz insanın qarşısında təvazökar olun”. (Beytutə)
İmam Səccad (ə) buyurur: “Müəlliminin sənin üzərində haqqı odur ki, onu böyük tutasan və möhtərəm hesab edəsən, sözlərinə diqqətlə qulaq asasan”.
İmam Əli (ə) buyurur: “Alim və müəllimin üç nişanəsi vardır:
1. Elmi və baxışı.
2. Mülayimliyi və səbri.
3. Sükut və vüqarı”.
/Deyerler.org/














