Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənov: - Ənənəvi uşaq bağçaları tarixə qovuşurmu? Yaxud, necə etmək olar ki, hər kənddə icma əsaslı Uşaq Bağçaları olsun?



Azərbaycanın əyalətlərində uşaq bağçalarının yaranma tarixinin heç 100 yaşı da yoxdur.

70-ci illərin əvvəlinə kimi isə Masallıda cəmi 4-5 uşaq bağçası var idi ki,  onların da əksəriyyəti uyğunlaşdırılmış binalarda yerləşirdi.

Təxminən  80-ci illərdən başlayaraq Masallı rayonunda - Şəhər 3 saylı, Hişgədərə, Mahmudavar, Ərkivan  və digər yerlərdə bir tipli layihələr üzrə uşaq bağçaları tikildi.

Tikilən və sökülən uşaq bağçaları

Yaxın keçmişə nəzər salsaq, sökülən uşaq bağçaların sayı tikilənlərdən daha çoxdur.

Bərbad günə qalan bağçaların təxmini siyahısı:

1. Böyük Xocavar kəndi -140 yerlik;
2. Yeddioymaq kəndi – 100 yerlik;
3. Qarğalıq kəndi - 140 yerlik;
4. Şatıroba kəndi – 140 yerlik; 
5. Səmidxan kəndi - 100 yerlik və sair

Həmçinin müxtəlif vaxtlarda Boradigah qəsəbəsi, Tüklə, Təklə, Türkoba, Xıl, Musaküçə və sair yerlərdə uşaq bağçaları fəaliyyət göstərib, sonra müxtəlif səbəblərdən bağlanıb.

Hazırda Masallı Rayonunda cəmi 17 dövlət və 2 özəl uşaq bağsa fəaliyyət göstərir və həmin Uşaq Bağçalarında 1000 nəfərdən bir az artıq uşaq məşğul olur.

Həmin Uşaq Bağçalarının 6-sı şəhərdə, cəmi 12-si müxtəlif Qəsəbə və kəndlərdə fəaliyyət göstərir.(Masallının 103 yaşayış məntəqəsinin 12-də uşaq bağçası var)

 

Rayonda 230 mindən artıq əhalinin yaşadığını (onlardan 17 min 285 nəfəri 0-5  yaşlı, təxminən də 2 min nəfəriqədəri də 6 yaşa qədərdir) nəzərə alsaq,  təxminən hər min nəfərdən cəmi 50-i uşaq bağça tərbiyəsi görür.

 

Yeni, müasir tələblərə uyğun tikilən, lakin illərlə istifadəyə verilməyən təzə bağçalar-

1.Səmidxan kənd uşaq bağçası – 100 yerlik. Heydər Əliyev Fondu tərəfindən tikilib. 6 ildir istifadəyə tam hazır olsa da, istifadəsizdir.

2. Ərkivan Qəsəbə Uşaq Bağçası. 100 yerlik. Heydər Əliyev Fondunun təşəbbüsü və iş adamlarının vəsaiti ilə tikilib. 1 ilə yaxındır ki, açılışı olub, amma istifadə olunmur.

3. Şəhər 4 saylı Uşaq Bağçası. 140 yerlik. Heydər Əliyev Fondunu təşəbbüsü və iş adamlarının vəsaiti ilə tikilib. 1 ilə yaxındır ki, açılışı olub, amma istifadə olunmur. 140 yerlik. 

4. Göyəçöl kənd Uşaq bağçası.   120 yerlik olsa da, bu bağçaya cəmi 40 uşaq cəlb olunub. Digər 60 yerlik otaqlar tam təmirli olsa da, ətrafdakı kənlərin – Oncəqala, Musaküçə, Xıl, Lürən, Şıxlar, Hüseynhacılı kəndlərində bu 60 yerlik otaqlar boş qalıb.

5. Ərkivan qəsəbəsindəki  100 yerlik köhnə Uşaq Bağçasına (Bir mərtəbəsində məcburi köçkünlər yaşayır). Cəmi 40 uşaq cəlb olunub.

 

Masallı rayonundakı 17 dövlət bağçasının ən azı yarısı bərbad binada yerləşir- Xırmandalı, Hişgədərə, Şərəfə, Həsənli, Ərkivan, Qızılağac, Viləş... kəndləri və sair.

 

Bəs icma əsaslı Uşaq Bağçası nə deməkdir?

 

“Loru” dildə desək,  belə uşaq bağçaların yataq şəraiti yoxdur və yemək verilmir. Belə ki, məktəb 1 sinif otağı ayırır, uşaqlar hər həftədə 4 dəfə, hər biri 2 saat olmaqla burada 20 uşaq məşğul olur. YUNİSEF -in vəsaiti ilə təşkil olunan belə Uşaq Bağçalarında cəmi 1 nəfərə əmək haqqı verilir, hər gün uşağı burada təhsil alan bir neçə valideyn isə həmin saatlarda uşaqlarla məşğul olmaqda tərbiyəçiyə kömək edir.

Qısası, belə uşaq bağçalarının illik xərci oyuncaqla və tərbiyəçinin 1 illik əmək haqq daxil olmaqla təxminən 5 -6 min manat tutur.

Hazırda Masallı rayonunda 34 belə icma əsaslı Uşaq Bağçası fəaliyyət göstərir. (2 məktəbdə 2 qrup, cəmi 36 qrup). Daha 4 belə icma əsaslı bağça isə yeni dərs ilindən fəaliyyətə başlayacaq.
Hazırda fəaliyyət göstərən icma əsaslı 
Uşaq Bağçalarının fəaliyyət göstərdiyi  məktəblər:

1. Banbaşı, 2.Binə Xocavar, 3. Böyük Xocavar, 4. Qodman, 5 Qəriblər, 6. Ərkivan 4 saylı, 7. 2 saylı şəhər, 8. 7 saylı şəhər,  9. Xıl, 10. Köçəkli, 11.Köhnə Alvadı, 12.Qarğalıq, 13  Qasımlı, 14, Qədirli, 15. Qızılavar, 16. Lürən, 17. Mahmudavar, 18, Miyankü, 19. Musaküçə, 20. Şatıroba, 21. Oncəqala, 22, Sığdaş, 23. Sığıncaq, 24. Təklə, 25. Viləş, 26. Yeddioymaq 2, 27. Yeyənkənd, 28.Boradigah 2 saylı, 29. Qızılağac-1. 30, Dəmirçi, 31. Dəlləkoba, 32, Çayqıraq,  33. Ərəb.34. Şəhər -4 saylı.

 

Bu il açılacaq-

 

1. Boradigah 1 saylı 2. Kəlbəhüseynili 3.Yeddioymaq 4.Şıxlar, 

 

Göründüyü kimi istər dövlət, istər özəl, istər də icma əsaslı uçaq bağçaları 1 şəhər, 2 qəsəbə, 100 kəndin təxminən yarısını əhatə edir.   Masallının 50-dən artıq kəndində isə son 100 ildə tipindən asılı olmayaraq 1 məktəbəqədər müəssisə belə olmayıb. Məsələn, Güllütıpə İnzibati Ərazi Dairə - Güllütıpı, Tatyanoba, Köhnə, Təzə Zuvan, Əmir Türbə, Yolağac kəndlərində bağça adına heç nə yoxdur.

Son illər nə təzə tikilən, nə də əvvəlki Uşaq Bağçaları üçün 1 qrup üçün belə vəsait ayrılmayıb.

Görəsən, bu hesabla neçə il 

gözləməliyik ki, digər kəndlər də Uşaq Bağçası görsün.

Bu gün Uşaq Bağçası tikmək, onun üçün ştat, yemək xərci və sair xərclər üçün vəsaitalmaqdan daha asandır.

 

Bəs çıxış yolu nədədir?

 

Hər qəsəbədə, kənddə onlarla, bəzilərində 100-lər hər cür  şəraiti olan boş evlər var. Belə evlərini  sahibləri ilə razılaşıb müvəqqəti olaraq Uşaq Bağça üçün istifadəyə götürmək olar. 1 tərbiyəçi və bir qədər oyuncağın xərci isə ildə 5-6 minə qədər edir. Bu isə bir hüzr məclisinin ehsanın xərcinə bərabərdir. 

Sadəcə ağıllı başlar və sağlam düşüncə lazımdır.Bələdiyyə, vətəndaş cəmiyyəti belə işlər üçündür.

 

Buna da baxın və görün ki, əhalisi Masallıdan xeyli az olan rayonlarda Uşaq Bağçalarının sayı  Masallıdan nə qədər çoxdur. Https://cenub.az/4768-vdeolar-ka-yen-uaq-olaydm-yaxud-bir-d-uaq-olmaq-istmirm-zahir-mnovun-tqdimatnda.html

Cenub.az. Zahir Əmənov

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10