Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?




Bu mövzuda əvvəlki yazının linki burada:

https://cenub.az/12519-163-il-vvl-indiki-masallnn-halisi-n-qdr-olub.html

Cenub.az-saytının fəaliyyətə yenidən başlamasına çox sevindim. Məni ən çox  tariximizlə bağlı yazlar (onların içərisində mənim də yazılarım az deyildi) narahat edirdi. Çünki bu yazıları dünyanın bir sıra yerlərindəki həmyerlilərimiz də böyük həvəslə  izləyirdi. Düşünürəm ki, bütün hallarda saytın arxivi qorunmalıdır. Bu arxiv tariximizin açılmamış qatlarının tarixidir. 

Şükürlər olsun ki, hər şey xoş sonluqla bitdi. Zahir müəllim bu səddi də aşdı. Saytın daha işlək fəaliyyəti üçün hamımız yardımçı olmalıyıq. Elə bu niyyətlə növbəti araşdırmamı sizə təqdim edirəm. 


113 il əvvəl indiki Masallı rayonu ərazisində nə qədər əhali yaşayıb?


1911-ci ilin siyahıyaalınması zamanı indiki Masallı rayonunun ərazisi Lənkəran qəzasının Ərkivan nahiyəsinin (pristavlığının) tərkibində olmuşdur. Rus dilində aparılan siyahıyaalınmada yaşayış məntəqələrinin adları, onların tərkibinə daxil olduqları icmalar, əhalinin etnik tərkibi, evlərin sayı, kişi və qadınlar ayrı-ayrılıqda verilməklə əhalinin ümumi sayı və ərazidə mövcud olan obyektlər öz əksini tapmışdır.

   Siyahıyaalınma zamanı indiki Masallı rayonunun ərazisində 79 yaşayış məntəqəsinin adı qeyd olunmuşdur ki, bu yaşayış məntəqələri (kəndlər) də 20 kənd icmasında birləşmişdir. (Red. Hazırda 100 kənd, 2 qəsəbə, 1 şəhər, 37 inzibati ərazi dairəsi.)

Kənd icmaları aşağıdakılar olmuşdur:

Mahmudavar, Boradigah, Bədəlan,Ərkivan, Qızılavar, Sığdaş, BambaşıCəraylı, (Təəssüf ki, bu kəndin  hazırda hansı ərazi olduğunu dəqiqləşdirə bilmədik) Çaxırlı, Digah, Hüseynhacılı, Qədirli, Qızılağac, Alvadı, Masallı, Mahmudlu, Musakücə, Nikolayevka, Təklə və Yeddioymaq.

   Özündə ən çox kənd birləşdirən icmalar 

Mahmudavar, Çaxırlı (7), 

Boradigah, Təklə (6), 

Cəraylı, Qədirli və Mahmudlu (5),

ən az kənd birləşdirən icmalar isə

Qızılağac, Nikolayevka (1) və Yeddioymaq (2)olmuşdur. 

BədəlanBambaşı, Ərkivan, Hüseynhacılı, Musakücə və Sığdaş kənd icmaları isə yalnız və yalnız həmin kəndlərdən ibarət olmuş, özlərində ayrı yaşayış məntəqələrini birləşdirməmişlər.

   Siyahıyaalınmada adları qeyd olunan yaşayış məntəqələri aşağıdakılardır:

1. Ağakişibəyli – ev 34, əhali 168 nəfər.
2. Aşağı Miyanku – ev 105, əhali 462 nəfər.
3. Alışanlı – ev 39, əhali 215 nəfər.
4. Bədəlan – ev 148, əhali 1476 nəfər.
5. Boradigah – ev 164, əhali 1984 nəfər.
6. Bambaşı – ev 52, əhali 564 nəfər.
7. Babaser – ev 17, əhali 327 nəfər.
8. Böyük Xocavar – ev 28, əhali 120 nəfər.
9. Bala Xocavar – ev 17, əhali 87 nəfər.
10. Cəraylı – ev 16, əhali 113 nəfər. -
11. Çaxırlı – ev 51, əhali 290 nəfər.
12. Digah – ev 100, əhali 935 nəfər.
13. Dəlləkli – ev 13, əhali 65 nəfər.
14. Dadva – ev 51, əhali 501 nəfər.
15. Ərkivan – ev 170, əhali 2487 nəfər. 
16. Ərəb – ev 31, əhali 160 nəfər.
17. Ətcələr – ev 32, əhali 223 nəfər.
18. Əhmədli (Alvadı icması) – ev 13, əhali 150 nəfər.
19. Əhmədli (Çaxırlı icması) – ev 10, əhali 65 nəfər.
20. Göyəçöl – ev 87, əhali 855 nəfər.  
21. Hüseynhacılı – ev 55, əhali 309 nəfər.
22. Həsənli – ev 65, əhali 655 nəfər.
23. Hacıtəpə - ev 57, əhali 420 nəfər.
24. Xanalion – ev 15, əhali 158 nəfər.
25. Xırmandalı – ev 65, əhali 709 nəfər.
26. Xıl – ev 73, əhali 1057 nəfər.
27. Xallıcallı – ev 48, əhali 210 nəfər. 
28. Xəlfələr – ev 18, əhali 86 nəfər.
29. Xançobanlı – ev 35, əhali 270 nəfər.
30. İsi – ev 21, əhali 213 nəfər.
31. İsgəndərli – ev 18, əhali 359 nəfər.
32. Köhnə Alvadı – ev 56, əhali 562 nəfər.
33. Kiçik Xocavar – ev 12, əhali 75 nəfər.
34. Kəlbihüseynli – ev 20, əhali 321 nəfər.
35. Kolatan – ev 40, əhali 366 nəfər.
36. Kosagül – ev 19, əhali 214 nəfər.
37. Köylən (Qovlan) Səmədxanlı – ev 80, əhali 438 nəfər. 
38. Köçəkli – ev 23, əhali 145 nəfər.
39. Kürdəbazlı – ev 32, əhali 150 nəfər.
40. Qəzvinoba – ev 53, əhali 470 nəfər.  
41. Qasımlı – ev 58, əhali 624 nəfər.
42. Qızılavar – ev 99, əhali 1112 nəfər.
43. Qızılağac – ev 264, əhali 1400 nəfər.
44. Qədirli – ev 17, əhali 110 nəfər.
45. Qarğalıq – ev 45, əhali 260 nəfər.
46. Lürən – ev 25, əhali 301 nəfər.
47. Ləngan – ev 9, əhali 104 nəfər.
48. Mollaoba – ev 33, əhali 587 nəfər.
49. Məmmədxanlı – ev 20, əhali 177 nəfər.
50. Masallı – ev 79, əhali 999 nəfər.   
51. Məmmədoba – ev 27, əhali 129 nəfər.
52. Mahmudavar – ev 114, əhali 1312 nəfər.
53. Mahmudlu – ev 44, əhali 300 nəfər.
54. Molalan – ev 4, əhali 43 nəfər.
55. Musakücə - ev 94, əhali 850 nəfər.
56. Mollahəsənli – ev 21, əhali 136 nəfər.
57. Nikolayevka – ev 147, əhali 845 nəfər.
58. Öncəqala – ev 68, əhali 793 nəfər.
59. Pircana – ev 5, əhali 93 nəfər.
60. Rudəkənar – ev 17, əhali 81 nəfər.
61. Sirəbil – ev 18, əhali 293 nəfər.
62. Səırçuvar – ev 35, əhali 377 nəfər.
63. Seyfəddin (Seybətin) – ev 33, əhali 283 nəfər.
64. Sığdaş – ev 55, əhali 922 nəfər.
65. Soqulcan – ev 64, əhali 604 nəfər.
66. Sarıcəfərli – ev 13, əhali 85 nəfər.
67. Şatıroba – ev 20, əhali 342 nəfər.
68. Şərəfə - ev 78, əhali 422 nəfər.
69. Şıxlar (Yeddioymaq icması) – ev 85, əhali 634 nəfər.
70. Şəhriyar – ev 14, əhali 115 nəfər.  
71. Şatırlı – Təklə - ev 33, əhali 228 nəfər.
72. Salmanlı – ev 12, əhali 79 nəfər.
73. Təzə Alvadı – ev 103, əhali 1491 nəfər.
74. Tiyaqani – ev 9, əhali 58 nəfər.
75. Tüklə - ev 20, əhali 243 nəfər.
76. Təklə - ev 87, əhali 595 nəfər.
77. Vərsəmonaba – ev 6, əhali 57 nəfər.
78. Yeddioymaq – ev 87, əhali 605 nəfər.
79. Yeyənkənd – ev 48, əhali 530 nəfər.

Cəmi:36 553  (Hazırda 230 min nəfər)

Siyahıya daha da aydınlıq gətirmək üçün hazırkı Masallı şəhərinin o vaxtkı əhalinin kəndlər üzrə sayını ayrıca təqdim edirik:

Masallı 999

İsgəndərli 559

Seybətin 283

Digah 935

Dadva 501

Cəmi: 3277 cəm (Hazırda 30 min nəfərə yaxın)

 

 

Siyahıyaalınma zamanı ən çox ev Qızılağac (264), 

Ərkivan (170), 

Boradigah (164),

Bədəlan (148),  

Nikolayevka (147), 

Mahmudavar (114),

Aşağı Miyanku (105),  

Təzə Alvadı (103) və Digahda (100),

ən az ev isə

Molalan (4), 

Pircana (5), 

Vərsəmonaba (6),  

Ləngan,

Tiyaqani (9), 

Əhmədli (Çaxırlı icması; 10), 

Salmanlı, 

Kiçik Xocavar (12), 

Sarıcəfərli

Əhmədli (Alvadı icması) və Dəlləkli (13) kəndlərində qeydə alınmışdır.

 

Ən çox əhali 

Ərkivan (2487 nəfər), Boradigah (1984), Təzə Alvadı (1491), Bədəlan (1476), Qızılağac (1400), Mahmudavar (1312), Qızılavar (1112) və Xılda (1057), ən az əhali isə Molalan (43), Vərsəmonaba (57), Tiyaqani (58), Əhmaədli (Çaxırlı icması), Dəlləkli (65), Salmanlı (79), Rudəkənar (81), Sarıcəfərli (85), Xəlfələr (86) və Pircanada (93) qeydəalınmışdır.

   Siyahıyaalınmada Nikolayevka, Seyfəddin və Xançobanlı kimi qeyd olunan kəndlər sonradan müvafiq olaraq Kalinovka (22 iyun 2018-ci ildən Viləş adlanır), Seybətin və Xoşçobanlı adlandırılmışdır.

   Siyahıyaalınmada aşağıda adları yazılan kəndlərə Masallı rayonunun indiki inzibati-ərazi bölgüsündə rast gəlinmir:

- Bala Xocavar, Cəraylı, Digah, Dadva, Əhgmədli ( Çaxırlı icması), İsgəndərli, Kiçik Xocavar, Kosagül, Mahmudlu, Seyfəddin (Seybətin), Soqulcan, Salmanlı və Vərsəmonaba. 

  Digah, Dadva, İsgəndərli, Kosagül və Seybətin kəndləri Azərbaycan Respublikası Milli Məclisinin 05 mart 2013-cü il tarixli 590 – IV Q saylı Qərarı ilə ləğv edilərək Masallı şəhərinə birləşdirilmişdir.

 

               İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10