

“Ağ məktəb”
1. Ərkivanın məktəbinin direktorları
2. Ərkivanın- sovxozlar və kolxozlar
3. Ərkivanın XDS İK-ləri sədrləri
4. Ərkivanın şəhidləri
5. Ərkivanın din xadimləri
6. Ərkivan Masallının dağüstü parkı
7. Heybətin zarafatları
8. Ərkivanda ilk dəfə
9. Hökümə Qurbanova Ərkivan gəlinidirmi?
10. Məhəllələr, Tüstü pulu və sair.

2001-ci ildə Ərkivanın telefon-məlumat kitabçası, daha sonra kəndlə bağlı ilk sayt yaradıldı. Bir müddət sonra saytın fəaliyyəti maliyyə çətinliyindən dayansa da, 2015 - ci ildə sayt “Arkivan.az” adı ilə yenidən fəaliyyətə başladı.
Bu siyahıya ərkivanla bağlı yaradılan bir neçə səhifəni də əlavə edə bilərik- Ərkivanlılar, Ərkivan FK, son vaxtlar isə “Ərkivanım” səhifəsi meydana gəlib. Hələlik, 600-dən artıq izləyici olan bu səhifə Ərkivanla bağlı bir sıra maraqlı paylaşmalar edib.
Açıq etiraf edək ki, nə rəhbərlik etdiyim arkivan.az saytı, nə də qəsəbə ilə bağlı fb səhifələr Ərkivanın bu günkü mənzərəsini tam əhatə etmir.
Nə təklif edərdim?
Məncə, Ərkivanla bağlı daha peşəkar yazarların iştirakı ilə daha çevik, daha mükəmməl sayt, yaxud səhifə yaradılmalı, ya da Arkivan.az saytı daha sanballı hala gətirilməlidir.
Xatırladaq ki, Ərkivan xeyriyyə işləri də çoxlarına nümunədir.
Xeyriyyə işləri ilə az qala bütün ölkəni heyrətə salan Gülağa Tənhanın silsilələ xeyriyyə işləri, Məşkur Qasımovun, Qalib Məmmədovun, Hikmət Məmmədovun və başqalarının xeyriyyə tədbirləri olduqca ürəkaçandır.
Bir neçə il öncə Qəsəbənin Bədirli məhəlləsində Afər Cahangirovun təşəbbüsü ilə yaradılan “Məhəllə komitəsi”, hazırda Bağlaküçə məhəlləsində olduqca fərəhli işlər görən Bağlaküçə məhəllə icması və digər qruplar qəsəbə üçün çox faydalı işlər görürlər.
Bu sıraya xanım xeyriyyəşiləri bir araya gətirən Fidan Abbaslının rəhbərlik etdiyi, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ümidin sənsən” İB-nin onlarla xeyriyyə aksiyalarını da əlavə etsək, maraqlı mənzərələr yaranır.

Bəs nədən başlamalı?
Öncə 9-11 nəfərdən ibarət işçi qrupu, bir də ərazinin tanınmışlarından ibarət redaksiya heyəti yaradılmalıdır.
Növbəti mərhələdə sorğu keçirilməli, rəylər və təkliflər öyrəniməlidir.
İlk addımlardan biri Ərkivanın elektron məlumat toplusunun hazırlanmasına başlamaqdır.
Prespektivdə təklif olaraq qalmış “Ərkivan muzeyini yaradaq” ideyasına da qayıtmaq pis olmazdı.

Bunun üçün isə ya Ərkivanın xeyriyyə fondu yaradılmalı, ya da Ərkivanın hansısa iş adamları sponsorluğu bu işlərin reallaşması xərclərini öz üzərinə görülməlidir.
Bütün bu işlərin reallaşmasında aşkarlıq və şəffaflığa ciddi riayət olunmalıdır.
Böyük həvəslə səmimi rəy və təkliflərinizi gözləyirik
Zahir Əmənov