Deputatlardan Rəşad Mahmudovun, Qabil Məmmədovun dəniz sahilində yerləri var
Cenub.az-ın həmin rayon üzrə əməkdaşı bildirir ki, Astara şəhəri son illər həqiqətən də xeyli gözəlləşib. Digər qonşu rayonlarda hiss etmədiyimiz tikililər, bin neçə il əvvəl tam müasir səviyyədə qurulmuş bulvar və sairı Lakin bu gözəlliyə sevinənlərlə yanaşı, narahat olanlar da var. Neçə illərdir ki, Astara şəhərin ərazisində dənizin hasarlanması davam edir. Demək olar ki, dəniz sahilində boş yer qalmayıb. Yerli sakinlərin “deputatların çimərliyi” adlandırdıqları yerlərdə dənizə çıxış qapadılıb. Hasar çəkilib, dəmir darvaza qoyulub. Elə yerlər var ki, hasar dənizin içinə qədər hörülüb. Dənizə açılan dəmir qapının üstündə kilid gördük. Nəzarətçinin dediyinə görə, kim dənizə getmək istəyirsə qapını açırlar. Əksər hallarda isə qapı bağlı olur.
Dəniz sahilindən İrana gedən nəqliyyat yolunun bir tərəfində restoranlar, mehmanxanalar, evlər tikilib. Yolun dənizə tərəf hissəsi də özəlləşdirlib. Yerli sakinlərin demələrinə görə, çimərlik mövsümündə dənizə çıxmaq çətinləşir:
“Mən dənizə yaxın yerdə yaşayıram. Yayda nəvələrimlə parka getmişdim, dəniz sahilinə düşmək istəyirdim. İmkan vermdilər. Çimərliklərin hamısı satılıb. Vaxtı ilə həmin yerlər boş idi. Dənizə rahat enə bilirdik.”
Bu sözləri Astara şəhər sakini Həsənğa Məmmədov deyir. Onun bildirdiyinə görə, dəniz kənarında yerli sakinlər üçün çimərlik qalmayıb:
“Bəzi yerlərdə dənizə çıxış var. Həmin yerlərdə çimmək mümkün deyil. Park salıblar, amma, burda yayda xidmıt bahadır. Həmçinin y ayda dayanacaqlardan pul alırlar. Hal bu ki, park dövlətin hesabına inşa edilib. İstəyirik ki, növbəti çimərlik mövsümünə qədər burda qayda yaratsınlar. Narahatçılıq doğuran hal odur ki, dəniz hasarlanır. Belə getsə, bir neçə ildən sonar dənizə çıxışlar tamamilə qapadılacaq.”
Astara şəhərin digər sakini Zabir Ağayev deyir ki, dənizin hasarlanması və çimərliklə bağlı ölkə başçısına müraciətləri olub:
“Dəniz sahilində uzunluğu 70 metr olan çimərlik qalıb. 100 mindən çox əhalisi olan Astara rayon sakinləri neçə illərdir ki, həmin çimərlikdən istifadə edirdilər. Gördük ki, o çimərliyi də zəbt edirlər. Yazdıq prezidentə. Cavab Astara rayon icra hakimiyyəti aparatından gəldi. Bildirdilər ki, həmin yer dövlət çimərliyidir, heç kim oranı zəbt edə bilməz. O yerləri mənimsəyiblər. Müxtəlif qurğular qurublar. Dənizin hasarlanması təkcə Abşeron yarımadasında getmir. Bizdə, Astarada da gedir. Elə bil ki, qanunlar bunlara aid deyil. ”
Adının çəkilməsini istəməyən bir Astara şəhər sakinin cenub.az-a dedyinə görə, yüksək vəzifəli məmurlar ərazidə villalar inşa ediblər:
“Tikib yaratmaq yaxşı işdir. Amma əxlaqı da gözləmk lazımdır. Fərdi yaşayış evlərinə yaxın tikilən mehmanxanaların həyətində çimək üçün yerlər tikilib. Yayda burda yarıçılpaq qadınlar çimir. Aydın görünür. Evlərdə qız var, gəlin var. Əxlaq pozulur. Digər tərəfdən dənizə yolları bağlayırlar. Deputatlardan Rəşad Mahmudovun, Qabil Məmmədovun dəniz sahilində yerləri var. Burda mənzillərin qiyməti Bakıdakı mənzillərin qiymətindən də yüksəkdir. Onları kimlər alır? Niyə biz ala bilmirik.”
İndi qışdır, ərazidə gözətçilərdən başqa kimsə gözə dəymir. Amma burada tikinti işləri davam edir.
Astara şəhər bələdiyyəsindən bildirdilər ki, dəniz sahilinə onlar nəzarət etmir. Astara şəhər inzibati ərazi nümayəndəliyindən Astara Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət gördülər. Astara rayon icra hakimiyyətindən isə bunları bildirdilər:
“Oraya şirkət nəzarət edir, onların balansındadır. Dənizin mühafizə zolaqları var, nəzərə alınmalıdır. Orda kölgəliklər düzəldiblər. İnsanların rahatlığı üçündür. Dəniz kənarında olan mülklər şəxsi mülkiyyətdir, amma dənizə çıxış var. Heç kimə dənizə getməyə qadağa qoyulmayıb. Oralarda tikinti işləri aparanda sənədlərin qanuniliyinə baxırıq.”
İnanırıq ki, rayon rəhbərliyi bu məqamlara çox həssaslıqla yanaşaq, Astaranın gözəlliklərindən hamının faydalanmaq imkanı olacaq.
Qoca