Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Ölüm haqq, miras halal": Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək?


2020-ci ildə Azərbaycanda kişilərin 52,3 faizi, qadınların 32 faizi pensiya yaşına çatmamış vəfat edib.

2019-da müvafiq göstəricilər 41 faiz və 30 faiz olub. Bu gün ölkədə pensiya yaşına çatmadan vəfat edən vətəndaşların yığdığı kapitalın aqibətinin necə olması ilə bağlı əhali heç bir məlumata malik deyil. Həmin vəsaitlə bağlı varislik hüququ tələb edildiyi təqdirdə bunun mümkün olmadığı deyilir. Vəfat edən şəxsin pensiya fonduna yığılan vəsaitdən onun ailəsinə dəfn üçün 300 manat sosial müavinət ödənilir.

Qeyd edək ki, bu gün pensiya yaşına çatmamış şəxs vəfat etdikdən sonra onu kapitalı avtomatik olaraq DSMF-nin hesabına keçir və orada varisin heç bir hüququ yoxdur. Bugünlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan mövzulardan biri də pensiya kapitalı ilə bağlı olub.

Mövzu ilə bağlı bir neçə millət vəkilinə müraciət etsək də bu haqda danışmaq istəmədiklərini bildirdilər. Əhali isə məlumat almaq istəyir ki, vəfat edən şəxsin pensiya kapitalının taleyi necə olmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, qanunvericlikdə belə bir qadağa yoxdur, sadəcə prosedur qaydaları da yoxdur ki, varislik məsələsi həll olunsun:

“Təqaüdlərin yığım hissəsi vətəndaşın mülkiyyətidir. Vətəndaş vəfat edərkən hansısa daşınan və daşınmaz mülkiyyəti öz varisinə ötürə bilirsə, pensiya kapitalını da ötürmək imkanı, hüquqi proseduru olmalıdır. Qanunvericilikdə bunun qadağası yoxdur. Ancaq prosedur qaydalarının olmaması və ancaq məhkəmə qərarları ilə məsələnin həllinin mümkünlüyünü nəzərə alsaq burada ciddi bir problem var.

Problem isə odur ki, pensiyanın yığım hi­ssəsi vətəndaşın mül­kiyyəti olduğuna görə həyatdan köçəndə həmən vəsaitin ailə üzvləri tərəfindən al­ınmasının çox asan proseduru olmalıdır. Həmin prosedur qanun­da nəzərdə tutulsa nə məhkəmələrə, nə çə­kişmələrə, nə də ins­anları incidən gediş­-gəlişə ehtiyac qalm­az. Təəssüf ki, dəfə­lərlə bu problem qal­dırılsa da, qanunver­icilikdə bir neçə cü­mlədə dəyişikliyin edilməsi gecikdirilir­”.

Ekspert deyir ki, bu əslində pensiya yaşı ilə bağlı deyil:

“Çünki yığım hissəsi elədir ki, insan mu­zdlu işçi kimi istər dövlətdə, istərsə də özəl sektorda çalı­şan kimi həmin sosial müdafiə fonduna yı­ğım başlayır. Yəni dünyadan köçərkən han­sı yaşda olmasından asılı olmayaraq həmin yığım kapitalı gör­ünür. Bəzilərində az, bəzilərində çox ola bilər. Ancaq həmin yığım kapitalının məbləği məlumdur. Ona görə də vəfat edən şəxsin yığım kapital­ının ailə üzvləri tə­rəfindən birdəfəlik alınması mümkündür. Bununla bağlı qanunv­ericiliyə əlavə dəyi­şikliklər edilməlidi­r”.

Nigar Abdullayeva
Cebhe.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10