Keçək konkret mətləbə. Cenub.az-a daxil olan məlumata görə, ölkənin 3 ərazisində - Gəncədə, Masallıda və Ucarda Vahid Əlaqələmdirmə Mərkəzi yaradılıb. Bu qurum Azərbaycan Respublikası Prezidntitinin müvafiq fərmanına uyğun təşkil edilib.
Bu qurumun əsas fəaliyyəti
şəhid ailələri üzvlərinin,
müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və
əlilliyi müəyyən edilmiş
şəxslərin müraciətlərini daha operativ, daha daha rahat, daha səmərəli icra etməyə yönəlib.
Yuxarıda sadaladığımız həssas qrupdan olan şəxslər problemlərini həll etmək üçün əsasən 7 dövlət qurumuna –
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə;
Müdafiə Nazirliyinə;
Səhiyyə Nazirliyinə;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə;
Yerli İcra hakimiyyəti orqanlarına;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə;
Dövlət Sığorta Kommersiya şirkətinə müraciət edirdi.
Yəni, müvafiq sənədi hazırlamaq üçün bu təşkilatlar arasında saatlarla, günlərlə dolaşır, vaxt itirir, bəzən dəfələrlə paytaxta üz tutmalı olur, bəzən bürokratik əngəllərlə üzləşirdi.
Yeni yaradılmış Vahid Əlaqələndirmə Mərkəzi isə bütün bu narahalıqlar aradan qaldırır.
Xatırladaq ki, ölkənin bu sahə üzrə məşğul olan 21 mərkəzindən cəmi 3-də - Gəncə, Masallı və Ucarda belə mərkəzlər yaradılıb.
Masallının bu üçlüyə düşməsi də səbəb dəyil. Nazirliyin araşdırmasına görə Masallı daha çox şikayətçi qəbul edən, eləcə də şikayətləri operatif və səmərəli həll edənlər sırasındadır.
Hazırda Masallıda, DSMF-nin idarə binasının 1-ci mərtəbəsində həmin 7 qurumun nümayəndəsi əyləşir. Yuxarıda sadaladığımız həssas qrupun üzvləri bu mərkəzə müraciət etdikdə həmin təşkilatların təmsilçiləri qısa zaman ərzində “Vahid pəncərə” sistemi ilə həmin problemi həll edir.
Təkcə Masalıdan yox, ölkənin bütün şəhər və rayonlarından həmin həssas qrupa daxil olan şəxslər 114 saylı telefona zəng edib, həm növbə götürə, həm də müvafiq məsləhətlər ala bilərlər.
Bəs “Vahid pəncərə” sahəsində bu 7 qurumun təmsilçiləri vətəndaşlara konkret hansı xidmətləri göstərəcəklər?
Cenub.az detalları təqdim edir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə 7 dövlət orqanı üzrə 26 istiqamət (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s.) üzrə xidmət vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək. Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə DOST mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının binalarında təşkil olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:
- müxtəlif arayışların verilməsi;
- əlilliyin müəyyən edilməsi,
- reabilitasiya vasitələri ilə təminat;
- məşğulluq xidmətləri;
- pensiya, müavinət və təqaüdlərin təyini;
- peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort tyovkaları ilə təminat.
Müdafiə Nazirliyi üzrə:
- şəhid və şəhid ailəsi statusu, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu;
- orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu;
- xəsarət və əlilliyin müəyyən edilməsi üzrə arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
- sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.
Səhiyyə Nazirliyi üzrə:
- tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:
- hərbi xidmətkeçmə haqqında arayış verilməsi;
- çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
- müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışların verilməsi;
- hərbi qeydiyyatda olma barədə arayış verilməsi.
Yerli icra hakimiyyəti orqanları üzrə:
- yaşayış sahəsinə ehtiyaca dair müraciətlərin qəbulu;
- yaşayış sahəsi üzrə növbəliliyin ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
- ailə tərkibi barədə və digər arayışların verilməsi;
- şəhid adının əbədiləşdirməsi barədə müraciətlərin qəbulu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:
- səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
- immunoprofilaktikaya dair məlumat verilməsi;
- tibbi arayışların elektron registrindən məlumatların verilməsi.
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:
- həlak olmuş, əlilliyi müəyyən edilmiş və xəsarət almış hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.
Qeyd: Vahid Əlaqələndirmə Mərkəzindən səyyar çəkildə də faydalanmaq mümkündür.
Artıq 2 gündür ki, Masallıdakı mərkəz fəaliyyətdədir. Təkcə 1 gündə 8 müraciət olmuş və bütün müraciətlər öz həllini tapmışdır. Mərkəz həftənin 5 iş günü, hər gün səhər 9-dan 18-ə qədər işləyir.
Hazırladı; Zahir Əmənov, cenub.az