Cənubi Qafqazı pandemiyanın növbəti, beşinci dalğası bürüyür … Gürcüstanda xəstələnmə sayındakı artıma baxmayaraq turist mövsümü ən qızğın çağındadır, vaksinasiya təzəlikcə sürət yığır, gündəlik yoluxma sayı 5 mini ötür. Əhalisinin sayının iki dəfə çox olmasını nəzərə alsaq, Azərbaycanda rəqəmlər aşağıdır - sutkada 2 min yoluxma. Ermənistan hələlik kənardadır, ancaq bu üç ölkədə həyat tərzinin oxşarlığını nəzərə alsaq, bu sakitlik çətin ki uzun çəksin.
Virusun yeni ştammla hücuma keçiəyinə və “delta” ştammının klassik “uxan” ştammından fərqli olaraq təkcə qocalar üçün yox, həm də gənclər, o cümlədən idmançı qız və oğlanlar üçün ciddi təhlükə kəsb etməsinə baxmayaraq, insanlar daha məhdudiyyətlərlə barışmaq istəmirlər.
Cəbhə xətti - qonşu mənzillərdir, liftlərdir, parklardır, bağlardır, restoranlardır, mehmanxanalardır, ofislərdir
Azərbaycan və Gürcüstanda həyat bahasına başa gələ bilən lotereyanı sevirlər
Deməzdik ki, xəstəliyin real təhlükəsini anlamırlar və ya ondan qorxmurlar - əlbəttə, hamı hər şeyi anlayır və qorxur da, ancaq insanda pandemiyanın ziddinə normal insan həyatına qayıtmaq istəyi qorxudan güclüdür. Əvvəl-axır, hər 100 xəstədən orta hesabla 2-si ölür - hər kəsin kənarda qalmağa ümid bağladığı lotereya …
Hazırda xəstəliyin yayılmasının əsas mənbəyi vətəndaşların azad həyat tərzidir - turizm, ictimai nəqliyyat, ehtiyat tədbirlərinin əməl olunmadığı küçə, restoranlar, bayramlar, ad günləri.
Və əgər kütləvi yoluxmanın bu elementlərini virusun ixtiyarında olan əsas silah saya biləriksə, ağır artilleriya, özünəməxsus “Dolu” qurğularının atəşi rolunu toylar oynayır. Elə bir həftə yoxdur ki, hüquq-mühafizə orqanları şəhərlərdə nöbəti çoxsaylı toy şənliyini aşkarlayıb cərimələməsin. Ancaq hamısı faydasızdır - özünün və başqalarının sağlamlığı ilə risq etməyə hazır gənclər həmişə tapılır.
İncil dövrlərindən bəri istənilən fanilik həyatımızın az qala əsas hissəsinə çevrilib. Nüfuz, cəmiyyət tərəfindən hörmət, başqalarından geri qalmamaq, digərlərindən aşağı görünməmək kimi mənasız xırdalıqlara mübtəlalıq …
Halbuki həyat olduqca dəyərlidir və onu itirmək həmişə təəssüf doğurur. Yenə başını böyük məqsədlər - ideallar, Vətən, planeti ona doğru uçan asteroiddən xilas etmək naminə itirsən, buna haradasa haqq qazandırmaq və elə də böyük acı çəkməmək olar. Bircə dəfə şənlənmək üçün süni nəfəs aparatında can vermək isə tamam başqa məsələdir …
Ah, bu toylar …
Toylara dünyanın heç bir yerində keçmiş SSRİ-dəki qədər bu cür davamlı və fövqəladə miqyasda əhəmiyyət vermirlər. Postsovet məkanında isə bu istisnasız ailədaxili hadisə Qafqazda və Orta Asiyadakı qədər yüksək tutulmur.
Coşqun toy şənliyi naminə insanlar daşınan və daşınmaz əmlaklarını satır, borca düşür, kredit götürür, başqalarından geri qalmamaq üçün hər cür fəndə əl atırlar. Bu toy ehtirası hələ Sovet dövrlərindən davam edir. Məqim uşaqlıq illərimdə Gürcüstanda 200 nəfərlik toy yoxsl və “hörmətli ailə” üçün layiq olmayan sayılırdı. Məclisdə normada orta hesabla 300-400 nəfər iştirak edirdi. O dövrlərdə restoran biznesi indiki kimi inkişaf etməmişdi və restoranda toyu yalnız şəhərlilər, xüsusən də imkanlı şəhər sakinləri özlərinə rəva bilirdi. Əksər hallarda isə toy qonaqlığı üçün “şefa” adlandırılan brezent karkas qurulurdu … Onun qurulmasının uzun, əzablı və bahalı prosesini evimizin həyətində çox müşahidə etmişəm və hər dəfə də sual doğub: «Bir günlük kef üçün bu qədər əzab çəkməyə necə də həvəsləri var!».
Aydındır, ailə - cəmiyyətin hücrəsidir, ancaq bu qədər əziyyətə dəyərmi?
Toylar bir növ ailə yarışmasına çevrildi
300-400 nəfərlik şefa - ortabab toydur. Daha böyük variantlar da olurdu. Uzaq qohumum ərə gedəndə bəxti gətirmişdi ki, gələcək qaynatası çay sovxozunun baş mühasibi idi... İş 300 nəfər qonaqla məhdudlaşmadı - xoşbəxt adaxlının evinin həyətində xüsusi olaraq toy şənliyi üçün brezentlə örtülü ağacdan ikimərtəbəli karkas quruldu … Şənliyin miqyası və vüsəti də müvafiq idi - 1000 qonaq, süfrədə təkcə quş südü yoxdu. Əvəzində isə hər dörd nəfərə bir “Malboro” (həmin vaxtlar rifahın zivəsiinin göstəricisi) və xarici şokolad qutusu qoyulmuşdu.
Nikah qısa çəkdi - toydan üç il sonra gənclər hərə bi tərəfə qaçdı, ikimərtəbəli şefadan isə yalnız xatirələr qaldı. Ancaq necə xatirələr!..
Toylar ailələr arasında özünəməxsus yarışa çevrildi: əgər qonşu 300 nəfər toplayıbsa, mənim şənliyimdə 400 nəfər olmalıdır. Qoy baxıb həsəd aparsınlar! Nəticədə tamamilə şəxsi, ailəvi bayram maliyyə vəziyyətinin və cəmiyyətdə mövqenin möhtəşəm nümayişinə döndü.
Toylar və virus
O vaxtdan çox illər ötüb və gənclər də həyata daha praktik baxmağa başlayıblar - 1000 nəfərlik, hətta 500 nəfərlik toylar heç kimə gərək deyil. Bu israf nəyədir, 200 qonaq da yetərlidir …
Yalnız bədbəxtlik ondadır ki, 200 nəfərlik məclis də istənilən virus üçün ideal yuvadır … İnsanlar rahatlaşır, içkinin təsiri altında bütün məhdudiyyətləri unudurlar. Ətrafda bu cür hay-küy olanda kim məsafəni, maskanı, dezinfeksiyanı xatırlayır?!
Bizim bu cür xüsusiyyətimiz var - bayramlardan, içki məclisindən, qonaqlıqdan, kütləvi qarınqululuqdan əl çəkmək ən çətin işdir. Niyə məhz postsovet məkanında kütləvi ziyafətlərdən asılılıq bu dərəcədə güclüdür? Ad günləri, yubileylər və əlbəttə ki toylar kimi faniliklərə görə bütöv ölkələr və millətlər öztəhlükəsizliyini zərbə altına salır.
Bu xəstəlik deyil. Bu müharibədir
Adamlar işlərinə görə, turist cəlb etmək üçün risq edərək ailə dolandırmağın yeganə üsulu kimi restoranlar açmağa can atanda bunu anlamaq olur - aclıq təhlükəsi zamanı kimdənsə yüksək düşüncə tələb etmək çətindir. Ancaq toya görə risq etmək, üstəlik də yeni ailənin nə qədər davam edəcəyini bilmədən - buna ad tapmaq çətindir.
Hazırda biz müharibədəyik, cəbhə xətti isə iri şəhərlərdən uzaqda, sərhəd kəndlərinin yanından yox, yanımızdan, hər kəsn yaxınlığından keçir.
Cəbhə xətti - qonşu mənzillərdir, liftlərdir, parklardır, bağlardır, restoranlardır, mehmanxanalardır, ofislərdir - insanların bir-biri ilə təmasda olduğu yerlərdir.
Bu müharibədə qalib gəlmək üçün kimisə öldürmək, tankın altına atılmaq, buzlu səngərlərdə günlərlə oturmaq, strateji yüksəkliklərə hücum etmək və şəhərləri almaq lazım deyil. Elementar təhlükəsizlk normalarına riayət etmək, özünü və başqalarını qorumaq və əlbəttə ki, toylara getməmək yetərlidir.
Bu isə elə də çox deyil...