Böyük Britaniyanın “The Guardian” qəzetində “Koronavirus mövsümi virusdursa, yayda niyə yayılır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi London Kral Məktəbinin Genetika İnstitutunun direktoru, professor Fransua Baludur. Novator.az saytı məqaləni qısa ixtisarla ingiliscədən çevirib təqdim edir.
Pandemiyanın başlanğıcında COVİD-19 infeksiyasının mövsümi virus kimi davranacağına və qış aylarında daha çox yayılacağına dair fikirlər yer alırdı. Qrip və soyuqdəyməyə səbəb olan dörd endemik koronavirus da daxil olmaqla, virusların əksəriyyəti mövsümi qanunauyğunluq nümayiş etdirir. İnfeksiyaların çoxu hər bir yarımkürədə qış aylarında daha çox fəallaşır.
Virusların bu mövsümi xarakterinin mexanizmi çox mürəkkəbdir və hələ axıradək öyrənilməyib. Mexanizmə birbaşa təsir göstərən faktorlardan biri iqlim dəyişikliyidir.
COVİD-19 kimi RNK (ribonuklein turşusu) əsaslı viruslar daha çox soyuq, quru havada və ultrabənövşəyi şüaların zəif olduğu şəraitdə yaşayır. Virusun qışda insan cəmiyyətində çox dolaşmasının mühüm səbəblərindən biri də odur ki, insanlar adətən qışda yaxşı havalandırılmamış məkanlarda, özü də daha sıx təmasda olurlar.
Virusun mövsümi xarakteri onun ilin başqa fəsillərində yaylmayacağı anlamına gəlmir. Əgər virusun ötürülməsinə münbit şərait yaranırsa, o öz xarakterinə yad mövsümdə də yayıla bilir. Bunu daha yaxşı başa düşmək üçün biz mövsümi xarakterə virusun ötürülməsinə təsir edən dörd əsas faktordan biri kimi baxmalıyıq. Qalan üç faktor – insanların davranışı, virusun təkamülü və əhalinin immunitet səviyyəsidir.
Hazırda hər dörd faktor pandemiyanın dinamikasına təsir göstərir.
Viruslar daima daha ötürücü olmağa çalışır. Daha çox insanı yoluxdurması virusların təkamüldəki uğurunun vacib şərtidir.
Güclü ötürücülük qabiliyyəti müxtəlif amillərin köməyilə qazanıla bilər. Virus yükünün (sayının) çox olması və ya insanların immun sisteminin zəifliyi də buraya daxildir. Belə amillər virus variantlarının geniş yayılmasına şərait yaradır.
COVİD-19 infeksiyasının 2020-ci ildə meydana çıxan alfa variantının ötürücülük qabiliyyəti virusun əvvəlki formalarından daha yüksək idi. Hazırda dünyada, eləcə də Böyük Britaniyada tüğyan edən delta variantı alfa ştamından da ötürücüdür. Ancaq delta variantının əvvəllər infeksiyaya yoluxub sağalmış, yaxud koronavirus əleyhinə peyvəndlənmiş insanları yoluxdurması ehtimalı zəifdir.
Əhalinin kütləvi immunitet qazanması vaksinasiya və yoluxma hesabına davam edəcək. Böyük Britaniya yəqin ki, kütləvi immunitet qazanmağa yaxındır. Çünki əhalinin böyük əksəriyyəti COVİD-19 infeksiyasına qarşı antitelə yiyələnib.
Amma əhalinin müqavimət qazanmış hissəsinin nisbəti getdikcə yeni doğumlar, immunitetin zəifləməsi və müqaviməti üstələyib çoxalmağa qadir olan yeni ştamlar hesabına azalmağa başlayacaq. COVİD-19 infeksiyası inkişafını davam etdirəcək, nəhayət, yayılma miqyası maksimum həddə çatacaq, bu isə gözləndiyi kimi qış aylarında baş verəcək.
Böyük Britaniya əhalisinin böyük hissəsinin yaxın gələcəkdə tam peyvəndlənəcəyini nəzərə alsaq, COVİD-in tezliklə epidemik tarazlıq vəziyyəti alacağını söyləmək mümkündür. Həmin mərhələdə virusun ötürülməsinə təsir edən dörd əsas faktordan üçü (insanların davranışı, virusun təkamülü və əhalinin immunitet səviyyəsi) meydanı tərk edəcək və COVİD dünyadakı digər mövsümi endemik respirator viruslardan birinə çevriləcək. Belə virusların sayı isə 200-ə yaxındır.
Bir sözlə, biz pandemiyanın ən pis dövrü bitənə, mövsümilik virusun ötürülmə sürətini müəyyənləşdirən yeganə faktora çevrilənə qədər dözməliyik.