“Hazırda orta hesabla bir yer 60 manata başa gəlir və bu artım davam edəcək”
Çoxları toylara qoyulan qadağanın götürülməsini səbirsizliklə gözləyirdi. Gözləmə müddətində bəzi cütlüklər nigah bağlasa da, toyu gözləyərək, ayrı yaşamağa davam etdi. Təkcə bu fakt ölkəmizdə bu mərasimə böyük, bəzən hətta çox böyük əhəmiyyət verildiyindən xəbər verir. Bir sıra bahalı və zəngin və mümkün qədər çox qonaqdan ibarət olan bütün toy atributları vacibdir.
Qonaqlar möhtəşəm bir şənliyin şahidi olacaq və nəmər verəcəklər. Bununla birlikdə, gəncləri buna görə günahlandırmaq olmaz, çünki ömür boyu bir nikaha sahib olacaqlarına ümid edirlər, baxmayaraq ki, bu, həmişə belə deyil. Və odur ki, bu hadisənin bir ömür boyu xatırlanmasını istəyirlər.
Xatırladaq ki, toylara məhdudiyyətlərlə icazə verilib. 50 nəfər dəvət olunarsa, maska taxılmalı, 50-dən 150-yə qədər qonaq olduqda isə peyvənd olunduğunu və ya koronavirus keçirdiyini bildirən pasportlar olmalıdır. Ancaq qonaqların sayı tez-tez icazə verilən normanı aşır. Bundan əlavə, şadlıq evləri bəzən başqa qaydaları da pozur.
Son günlərdə bununla əlaqədar paytaxtda restoran və mərasim saraylarının rəhbərlərinə qarşı cinayət işləri başlanıb. Paytaxtın şadlıq evlərinin təxminən 300-də yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq evində ("Gülüstan", "Golden Baku", "Billur", "Kral", "Aura", "SS Hall", "Noelurum", "Neon Palace", "Kleopatra", "Sevən ürəklər", "Xan bağı", "Şuşa"), xüsusi karantin rejiminin tələblərinin pozulması halları müəyyən olunub, bu səbəbdən Cinayət Məcəlləsinin 139.1-ci maddəsi ilə hər bir fakt üzrə cinayət işi başlanıb, saxlanılanlar var.
4 mərasim sarayında və 1 restoranda ("Yeganə", "Amor", "İdeal", "Retro", "Səda") aşkarlanan pozuntulara görə, Cinayət Prosessual Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati həbs və ya obyekt sahiblərinə cərimə tətbiq edilib.
Bənzər qanun pozuntuları bütün ölkədə qeydə alınır, lakin son zamanlarda toylara qatılanların dediyi kimi, bəzən tələb olunan qonaq sayını aşmaq kimi bir problem “lazımi” şəxslərə müəyyən bir məbləğ ödəməklə həll edilir.
Toy həyəcanı toyların qiymətlərini artırıb, çünki bundan sonra nə olacağını heç kim bilmir və yaxın vaxtlarda toyların yenidən karantin altına düşməyəcəyi dəqiq bəlli deyil. Şadlıq evi sahibləri və müxtəlif toy xidmətləri göstərənlər uzun müddətdir işsiz olduqları üçün, tələbatdan yararlanmağa tələsirlər.
Şadlıq evlərində qiymətlərin artmasını keçirilən monitorinq aşkarlayıb. Milli Məclisin deputatı Vüqar Bayramovun yerli mətbuata dediyinə görə, monitorinqin nəticələri göstərib ki, karantin rejimi yumşaldıldıqdan sonra şənlik və istirahət mərkəzləri, o cümlədən turizm obyektləri xidmətlərinin qiymətlərini qaldırıb. Qiymətlər yalnız Bakının şadlıq evlərində deyil, bölgələrdə də, şənliklərin keçirildiyi digər istirahət mərkəzlərində də artıb.
İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində bildirib ki, ölkədə inflyasiyanın çox yüksək olduğu üçün, qiymətlər əvvəlki illərlə müqayisədə xeyli artıb: “Bu səbəbdən toylar da daxil olmaqla, bir çox xidmət və malların qiymətləri artmaqdadır. Toyların uzun müddət qadağan edilməsi və bu kimi tədbirlərə qoyulan çoxsaylı tələblər indi toylarda bahalaşmaya səbəb oldu. Bu tendensiya ən azı bu cür məhdudiyyətlər olduğu müddətdə davam edəcək. Ümid edirəm ki, nə vaxtsa çatacağımız normal dövrdə qiymətləri bazar özü tənzimləyəcək və enməyə başlayacaq”.
“Ümumiyyətlə, karantin tədbirlərinə gəldikdə, bu tədbirlər bütün dünyada qızğın müzakirə olunur. Bunlardan hansısa işləyir, hansısa işləmir. Məsələn, böyük bir ticarət mərkəzində eyni anda min nəfər ola bilər. Həftəsonları böyük restoranlarda bütün masalar dolu olur. Tutalım, Şıxovoda çox sayda ziyarətçi şənbə və bazar günləri balıq restoranlarına toplaşır. Əgər bu, qadağan deyilsə, niyə toylarda qonaq sayını məhdudlaşdırmalısan? Virusun hökuməti qorxutduğunu və vətəndaşları ondan qorumağa çalışdığını başa düşürəm, amma bəzən verilən qərarlar, yumşaq desək, məntiqsizdir”, - deyə Cəfərli vurğulayıb.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya açıqlamasında mövcud vəziyyətin problemlər yaratdığını deyib: “Bəzi evli cütlüklər dövlətin göstərişlərini pozmur, bunun əvəzində başqa bir çıxış yolu tapır. Məsələn, 150 nəfərdən çox adam dəvət etmək istəyirlərsə, toyu bir yox, iki-üç gün edirlər”.
Toyların qiymətlərindən danışarkən, mütəxəssis onların artdığını və bir müddət də artmağa davam edəcəyini qeyd edib: “Orta hesabla bir yer 60 manata başa gəlir. Hazırda şadlıq evlərinin hamısı dövlətin bütün tələblərini yerinə yetirə bilmir, buna görə bazarda toy xidmətləri göstərən obyektlər daha azdır. Və mövcud olanlarda şişirdilmiş qiymətlər var. Qadağaların ləğvi ilə rəqabət artdıqca, qiymətlər düşəcək. Düzdür, onların uculaşması o qədər də hissedilən olmayacaq”