Aptekçilər niyə bir-birlərinə “sobaçiy kladok” (it yuvası), “medvejya peşera (ayı mağarası) və s. bu kimi adlar qoşurdu?
Niyə “qızın üç namizədi” var idi?
Həmyerlim, Baş Apteklər idarəsinin müdiri ona necə badalaq gəldi və niyə həbs olundu?
X. Cəbiyevin açdığı apteklər və başına açılan digər oyunlar, Masallı bazarına dərman alverçilərini dağıtmaq üçün girən əli avtomatlılar, sabiq səhiyyən naziri Əli İnsanovla qalmaqallar, övlad itkisi, ondan sonra dünyaya gələn balasının uğurları, kasıbçılıqla keçən günlər və digər insanı duyğulandırnan məqamlar barədə aşağıda təqdim etdiyimiz linkdə onun sorğularımıza verdiyi cavablarla tanış ola bilərsiniz:
- Mən Masallıda əczaçılıq peşəsi sahəsində ən azı 30-40 il təcrübəsi olan stajlı sənətkarların içərisinə düşmüşdüm. Onların arasında intriqa, dedi-qodu baş alıb gedirdi. Fürsət düşən kimi rayonun “peşəkar yazanları”nın köməyi ilə yuxarı orqanlara anonim məktublar göndərməklə bir-birilərinin ömrünə balta çalırdılar. Statistikaya görə Masallı rayonu bu sahədə ön sıralarda gedirdi. Biri digərinin aptekinə rus dilində “sobaçiy kladok” (it yuvası), “medvejya peşera (ayı mağarası) və s. bu kimi adlar qoşurdu. Belə bir ağır, üfunətli kollektivə 24 yaşımda 21 il rəhbərlik etməyə başladım.
- Yeni Mərkəzi Apteki qurub-yaratmaq üçün canımı, maddi imkanlarımı qurban verdikdən bir ay sonra (09.05.1979-cu ildə) məlum oldu ki, “qızın üç namizədi var” - vəzifəsindən istefa edən əvvəlki müdir yerinə qayıdır, Bakıda aptek köşkündə işləyən bir ərkivanlı Baş Apteklər İdarəsinin rəisi Namik Tarıverdiyevlə dost olduğuna görə yerimə göz dikib və bir də özüm.
- Bir çıxış yolum qalırdı - gecəni-gündüzə qatıb işləmək, xalqın etimadını qazanmaq, daim mütaliə etməklə biliyimi artırmaq, təcrübə toplamaq. Belə də etdim və nəticədə il yarım sonra N. Tarıverdiyev səhiyyə naziri Tələt Qasımovdan anonim məktublar təşkil etdiyinə görə həbs olundu və axır ki, vəzifəmə təsdiq olundum.
- Tabeliyimdə olan yerli kadrların bir neçəsi aptek klanının üzvləri idilər, savad baxımından gerizəkalı olduqlarına görə dərmanları keyfiyyətli hazırlamır, yeni aldığımız aparat və qurğuları bilərəkdən sıradan çıxarırdılar. Ona görə də ixtisasca əczaçı olan, Kalinovkada (indiki Viləş kəndi) yaşayan hərbi təyyarəçilərin həyat yoldaşlarını işə cəlb etmişdim. Ən həssas, dəqiq və mühüm işləri həmin qadınlara etibar edirdim.
- 4-5.07.1986-cı ildə (7 il sonra) bizim iş təcrübəmizi öyrənmək üçün Azərbaycan əczaçılarının Masallıda səyyari konfransı keçirildi. Həmin gün “Yaşıl aptek”in, Ərkivan qəsəbə aptekinin və Mərkəzi Aptekin yenidənqurmadan sonra 2-ci açılışı oldu. Bu münasibətlə “SSRİ-nin “Səhiyyə əlaçısı” fəxri adına layiq görülsəm də, bu mənə ağır başa gəldi. Xəyanətkar sənət yoldaşlarım Respublika Xalq Nəzarəti Komitəsinin qəfləti yoxlamasını təşkil etdilər. Nəticədə Lənkərandakı müdirimizin ürəyi dayandı, zona üzrə bir çox mütəxəssislər istintaqa cəlb edilərək sıradan çıxdılar. Bu hadisəni elə ustalıqla təşkil etmişdilər ki, vəzifəmi itirim, istintaqa cəlb olunum, Sov. İKP sıralarından xaric olunum. Çünki o zaman mən Sov. İKP sıralarına üzvlüyə namizəd idim. Namizədlik dövründə hər hansı bir inzibati cəza alan şəxs partiya sıralarından xaric edilirdi.
- 1988-ci ildə idarəni Lənkərandan ayırıb müstəqil balansa keçirəndən bir il sonra Xarkov və Moskvanın Kimya-Əczaçılıq Zavodları ilə birbaşa əlaqələr qurdum. O zaman rayon aptek idarələrinə belə müstəqillik verilmirdi. Dərmanları respublikaya yalnız Baş Apteklər İdarəsi gətirə bilərdi.
- Regionda ilk dəfə “Sorğu-Məlumat Bürosu, üç növbə ilə işləyən aptek müəssisəsi yaratdım.
- 20.01.1990-cı ildə “Yanvar qırğını” baş verən kimi patbileti cırıb tulladım, Sov. İKP-dən imtina etdim və başım çox bəlalar çəkdi. Çünki SSRİ hələ dağılmamışdı, onun cəbbəxanası ayaq üstündə idi.
- Müstəqillik mənə uğur gətirmədi, qısa müddətdə küçə-bazarları dərman alveri bürüdü. Sənətimin müdafiəsinə qalxaraq 2 il səhiyyə naziri Əli İnsanovun üsuli-idarəsi ilə mübarizəyə qalxdım. Masallıda “Xan çinar” şirkətində aptek bazarını polis qüvvələrinin köməyi və avtomat Kalaşnikovun gücü ilə bağlatdırsam da, axırda şərə qalib gələ bilmədim. Hətta məlumat aldım ki, Daxili İşlər Nazirinin müavini bu məsələ ilə əlaqədar olaraq rayona gəldi. Bir sözlə, müsəlman aləmində məsciddən sonra müqəddəs sayılan sənət ocağı olan aptek xidməti ayaqlar altına atıldı, daşıdığım sənətə amansızcasına “təcavüz” edildi. Beləliklə, daşıdığım vəzifədən istefa edərək ölkəni tərk etdim. Bu o zaman baş verdi ki, iki oğlum ali məktəbdə təhsil alırdı, qızım isə nişanlı idi. Mən yoxsul həyatı qəbul etdim, amma “bazar həyatı”nı qəbul etmədim.
- Rusiyada başıma bir çox qəzavü - qədərlər gəlsə də qalib kimi ölkəni tərk etdiyim kimi, qalib kimi də Vətənə qayıtdım. Mən Əli İnsanov üsuli-idarəsinə qarşı etiraz səsini qaldıran, İlham Əliyevin strateji xəttini dəstəkləyən sənət adamı olsam da, vətəndə mənə heç bir diqqət göstərən, iş təklif edən olmadı. Hətta xırda bir vəzifə tutmaq üçün Masallı rayon İH-nin başçısı Qəzənfər Ağayevə müraciət də etdim. Amma ümumi şöbənin müdiri, bibim oğlu Sirac İsayev sənədlərimi necə ona vermişdimsə, eləcə də ay yarımdan sonra mənə qaytardı. 2007-ci ildən 2014-cü ilə qədər Masallıda hamıdan xəbərsiz ac-susuz qaldım, çörək, bulaq suyu almağa pulum olmadı.
2011-ci ildə övladım Nurlan Cabbarlı avtoqəzada həlak oldu, həyat yoldaşı və ölümündən üç ay sonra dünyaya gələn qız övladı himayəmdə qaldı. O zaman gəlinim Sənaye-Pedaqoji Kollecində 1-ci kursda əyani təhsil alırdı. Min cür əzablarla gəlinimi oxutdurdum və bu gün 3 saylı Masallı şəhər orta məktəbində müəllim işləyir. Nəvəm isə 3-cü sinif şagirdi, sinif nümayəndəsi, müğınni-ifaçı kimi “Şəkərbala” Uşaq-Əyləncə Mərkəzində keçirilən mahnı müsabiqəsinin qalibidir.
- Haliyədə bir sıra yaradıcılıq sahəsində fəaliyyət göstərsəm də, qaraniyyətli bəzi nadanlar üçün “arzuolunmaz adam” təsiri bağışlayıram. Keçmişləri ləkəli olan bu qəbildən olan məxluqlar mənim “ayinə”mdə özlərini necə varlarsa, o cür də görürlər.
Ona görə də yalan, hədyan, şantaj kompaniyasını özlərinə peşə seçiblər. Belələri üçün atalar deyib: “ördək istər qaz yerişi yerisin, yeriyər amma cırılar” və ya “Yel qayadan nə aparar ki!”.
Hazırladı: Zahir Amanov