Hökumətin qərarı ekoloji və sağlamlıq baxımından təqdirəlayiqdir, lakin bu boşluğu necə doldurmalı?
Böyük miqdarda plastik tullantılar ümumilikdə dünya üçün və xüsusilə də Azərbaycan üçün ciddi bir ekoloji problemdir. Bunun aradan qaldırılması üçün tədbirlər görülməsinin vacibliyi illərdir danışılır. Ancaq konkret addımlar yalnız bu yaxınlarda atıldı və nəticənin necə olacağı hələ bəlli deyil.
Beləliklə, paytaxtda fərqli tullantıların atılması üçün konteynerlər quraşdırılmağa başladı. 1 yanvar tarixindən etibarən 15 mikrona qədər qalınlığı olan plastik torbalar qadağan edildi. Mağazalarda, istehlakçının çox fərq görməməsinə baxmayaraq, daha qalın plastik torbalardan istifadə etməyə başladılar. Ancaq satışda çox nazik torbalara hələ də rast gəlmək mümkündür. İndi növbəti mərhələ başlayıb, bu mərhələdə Azərbaycan birdəfəlik qablarla vidalaşdı.
Dünyada birdəfəlik istifadə edilən plastiklə mübarizə davam edir. Fransada plastik fincan, çəngəl-bıçaq, maye içmək üçün truboçkalar, stəkanlar üçün qapaq istehsalı və satışı qadağandır. 2022-ci ildə plastik oyuncaqlar belə, qadağan ediləcək. Birdəfəlik istifadə olunan plastikdən tamamilə imtina isə 2040-cı ilədək nəzərdə tutulur.
Almaniyada plastik əşyalar şüşə, metal, taxta və ya kağız ilə əvəz olunur. Polşada birdəfəlik qablar, ümumiyyətlə kartonla, çəngəl-bıçaq isə taxtadan düzəldilənlərlə əvəz olunur. İngiltərə 2041-ci ilə qədər plastik tullantıların səviyyəsini sıfıra endirməyi planlaşdırır. İçmə trubkaları, plastik torbalar, pambıq çubuqlar, birdəfəlik istifadə olunan plastik qablar artıq yığışdırılıb.
Bu məsələdə Avropadan geri qalmamağa qərar verdik və 1 iyul tarixində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qarışdırıcı çubuqlar, çəngəllər, bıçaqlar, qaşıqlar, boşqablar və stəkanların idxalına, istehsalına və satışına qoyulmuş qadağa qüvvəyə mindi. Ticarət, iaşə və sairdə bu cür məhsulların istifadəsi qadağandır.
Qadağa qarışıq reaksiyaya səbəb oldu. Bəziləri birdəfəlik istifadə olunan plastik qabların təkrar emal edilmək əvəzinə qadağan olunduğundan qəzəbləndilər. Biri indi piknik üçün ağır əşyalar götürməli olacağına dair zarafat edir. Ancaq bu qərara ürəkdən sevinənlər də var, çünki bu, təbiətin ən azı bir az təmizlənməsinə kömək etsə, boş yerə verilməyəcək. Əlbəttə ki, hər şey planlandığı kimi işləyirsə, çünki bir qanun qəbul etmək kifayət deyi, qətiliklə icra olunmalıdır.
Qadağanın işləməsi üçün böyük miqdarda cərimələr sistemi nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu materiallar aşkar edildikdə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər. Bu inzibati xətanın bir ay ərzində təkrarlanması halında vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək cərimələnəcəklər.
Bir tərəfdən pərakəndə satış mağazalarında bu növ məhsullarını satmaq üçün çox vaxt var idi, digər tərəfdən, əsasən bu cür qabların satışında ixtisaslaşmış kiçik obyektlər var.
Bəzi müəssisələr dəyişikliyə hazırdır və bunları artıq sosial səhifələrində elan ediblər, lakin bir çoxları hələ də anlaşılmazlıq içərisindədirlər. Müştərilər ayrıca plastik çubuqlar əvəzinə kağız çubuqlardan necə istifadə edəcəklərini düşünürlər.
Bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sektor müdiri Mehman Nəbiyev özəl şirkətlərin plastikə alternativ birdəfəlik süfrə və bıçaq məmulatları istehsalına başladıqlarını bildirmişdi.
“Dayanıqlı Qafqaz” təşkilatının Azərbaycandakı nümayəndəsi Fuad Bağırov AYNA-ya açıqlamasında plastikə alternativlərin deyib: “Bu, xüsusən nişastadan hazırlanmış parçalana bilən qablardır, içərisində zərərli maddələr yoxdur və bir vaxtlar paytaxtda təklif olunurdu. Məhz belə məhsulları dövriyyəyə buraxmaq lazımdır”.
“Hökumətin plastik tullantılarla mübarizə qərarını yalnız dəstəkləyə bilərəm. Bir çox insan birdəfəlik istifadə olunan plastik qabların nadir hallarda istifadə olunduğunu düşünür, lakin bu, xüsusilə yayda belə deyil. Plastik müxtəlif səviyyələrdə insan həyatına mənfi təsir göstərən böyük bir təhlükədir. Birincisi, plastiklərin istehsalı qlobal istiləşməni yaxınlaşdıran zərərli tullantılarla müşayiət olunur. Tez-tez plastikə plastifikatorlar əlavə olunur ki, onlar da qızdırıldıqda ətrafa kanserogen maddələr buraxır. Məsələn, bir çox pərakəndə satış məntəqəsi yaz aylarında su dolu plastik şüşələri günün alıtnda saxlayır və nəticədə bu su istehlak üçün zərərli maddəyə çevirilir. Plastik üçün ortalama çürümə, həll olma dövrü yoxdur, proses 200 -000 il arasında davam edir”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, plastik parçalananda mikroplastikə çevrilir ki, bu da daha böyük bir təhlükədir: “Bu yaxınlarda İngiltərədə müxtəlif markalı duzlar analiz edildi və yarısının tərkibində plastik aşkar edildi. Çox güman ki, bizim də istehlak etdiyimiz duzun tərkibində mikroplastik hissəciklər var. Yəni tulladığımız plastik nəticədə yeyinti ilə özümüzə qayıdır”.
Mütəxəssis plastik tullantılarla bağlı vəziyyətin kritik olduğunu vurğulayıb: “Son 10 ildə əvvəlki 100 ildə olduğundan daha çox plastik istehsal edilib. Alimlər 2025-ci ilə qədər hər üç kiloqram balığa görə dünya okeanında bir kiloqram plastik olacağını və 2050-ci ilə qədər okeanda balıqdan daha çox plastik olacağını hesablayıblar”.
Müsahibimiz qeyd edib ki, plastik torbalar əvəzinə alış-veriş çantaları və parça torbalar, plastik butulkalar əvəzinə şüşə qablar seçmək, plastikdən mümkün qədər az istifadə etmək lazımdır: “Dövlətimiz plastik tullantıların azaldılması üçün doğru addımlar atır, amma tətbiqi ilə bağlı çətinliklər var. Lakin yüksək cərimələr müvafiq obyektləri qanuna əməl etməyə məcbur edəcək. Son zamanlarda yalnız qadağanla deyil, həm də plastikin təkrar emalı ilə bağlı çox şey söylənilib. Ancaq təsirli təkrar emal üçün əvvəlcə vətəndaşların tullantıların çeşidlənməsinə məsuliyyətli yanaşması lazımdır. Bununla birlikdə, ayrı-ayrı tullantıların toplanması üçün yuxarıda göstərilən qablar hələ də azdır və ya çoxları hələ də hər şeyi bir yerə yığıb atırlar. Həm də tullantılar çeşidlənsə belə, qida və digər tullantılar yenə də plastik torbalarda atılır. Buna görə müxtəlif konteynerlərin hamısında plastik tullantılar var”.
“Əsas odur ki, vətəndaşlar zibilləri çeşidləsinlər. Axı, o zaman qarışıq və qida tullantıları üçün nəzərdə tutulan qablarda plastikin nisbəti az olacaq və bu, daha çox çeşidlənməni asanlaşdıracaq. Daha bir problem də var. Bu gün plastik emal texnologiyaları olan qabaqcıl Avropa ölkələrində belə, plastikin yalnız 25%-i təkrar emal olunur. Və yerli emal texnologiyalarının Avropa texnologiyalarından geri qalması ehtimalı böyükdür. Bu sahədə inkişafi davam etdirməliyik”, - deyə F.Bağırov fikrini tamamlayıb.

Yeri gəlmişkən, AYNA əməkdaşının baş çəkdiyi supermarketlərdə birdəfəlik plastik qablar həqiqətən yığışdırılmışdı. Ancaq “fast food” obyektlərinin nə edəcəyi hələ də aydın deyil, çatdırılma xidməti olan kafelər ziyarətçilərə təklif etikləri birdəfəlik çəngəl-bıçaqları və qabları nə ilə əvəz edəcəklər?
Bəzi müəssisələr dəyişikliyə hazırdır və bunları artıq sosial səhifələrində elan ediblər, lakin bir çoxları hələ də anlaşılmazlıq içərisindədirlər. Müştərilər ayrıca plastik çubuqlar əvəzinə kağız çubuqlardan necə istifadə edəcəklərini düşünürlər.
Bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sektor müdiri Mehman Nəbiyev özəl şirkətlərin plastikə alternativ birdəfəlik süfrə və bıçaq məmulatları istehsalına başladıqlarını bildirmişdi.
“Dayanıqlı Qafqaz” təşkilatının Azərbaycandakı nümayəndəsi Fuad Bağırov AYNA-ya açıqlamasında plastikə alternativlərin deyib: “Bu, xüsusən nişastadan hazırlanmış parçalana bilən qablardır, içərisində zərərli maddələr yoxdur və bir vaxtlar paytaxtda təklif olunurdu. Məhz belə məhsulları dövriyyəyə buraxmaq lazımdır”.
“Hökumətin plastik tullantılarla mübarizə qərarını yalnız dəstəkləyə bilərəm. Bir çox insan birdəfəlik istifadə olunan plastik qabların nadir hallarda istifadə olunduğunu düşünür, lakin bu, xüsusilə yayda belə deyil. Plastik müxtəlif səviyyələrdə insan həyatına mənfi təsir göstərən böyük bir təhlükədir. Birincisi, plastiklərin istehsalı qlobal istiləşməni yaxınlaşdıran zərərli tullantılarla müşayiət olunur. Tez-tez plastikə plastifikatorlar əlavə olunur ki, onlar da qızdırıldıqda ətrafa kanserogen maddələr buraxır. Məsələn, bir çox pərakəndə satış məntəqəsi yaz aylarında su dolu plastik şüşələri günün alıtnda saxlayır və nəticədə bu su istehlak üçün zərərli maddəyə çevirilir. Plastik üçün ortalama çürümə, həll olma dövrü yoxdur, proses 200 -000 il arasında davam edir”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, plastik parçalananda mikroplastikə çevrilir ki, bu da daha böyük bir təhlükədir: “Bu yaxınlarda İngiltərədə müxtəlif markalı duzlar analiz edildi və yarısının tərkibində plastik aşkar edildi. Çox güman ki, bizim də istehlak etdiyimiz duzun tərkibində mikroplastik hissəciklər var. Yəni tulladığımız plastik nəticədə yeyinti ilə özümüzə qayıdır”.
“Plastik heyvanlar aləminə də ən mənfi şəkildə təsir edir və söhbət həm vəhşi, həm də ev heyvanlarından gedir. Məsələn, ölkəmizdəki inəklər tez-tez plastik torbalar yeyir, bunun nəticəsində onlarda toxluq hissi yaranır və sonra bu plastik insanlara süd və süd məhsullarında, ətin tərkibində geri qayıdır”, - deyə Bağırov söyləyib.