- Bir az özünüz haqqında danışın...
- Hələ yeddi yaşımda ikən bilirdim ki, səsim var. Ətrafımdakı insanlar da bunu mənə deyirdilər. On dörd yaşımdan isə rəsmi olaraq kurslara getdim, musiqi sənətini öyrəndim. Məktəbi bitirəndən atamın arzusu ilə inşaat sahəsində təhsil aldım, mühəndislik diplomu qazandım. Amma içimdə musiqiyə qarşı həmişə bir istək vardı. Misal üçün, tikinti sahəsində təhsil alanda, ədəbiyyat adamlarına həsrətlə baxırdım. Onlar da mənə həsəd aparırdılar ki, bəxtəvər mühəndis olacaq. Sonradan ürəyimin istədiyi sahəyə - musiqiyə yönəldim. Şükür allaha, arzum çin oldu. Peşman deyiləm. İranda bir neçə musiqi albomum çıxdı. İlk albomum altı il əvvəl buraxılıb və uğurlu alınıb. İranda pop stilində Azərbaycan türkcəsi işlənmir. Yalnız Azərbaycan müğənnilərinin, misal üçün, Xumar Qədimovanın hansısa mahnısını bəyənirdilərsə, toylarda oxuyurdular. Yəni, təkrar edirlər. Mən bunu hünər bilmirəm. Hünər yeri yaradıcılıq, təzə söz, təzə baxışdır. Fars dilini yaxşı bilirəm. Fars dilində öyrəndiyim ədəbi və musiqi təcrübələrimi Azərbaycan türkcəsinə çevirəndə, gördüm, gözəl alınır. “Salam yetir” mahnısı ilə müğənniyə lazım olan uğuru qazandım. Həm İranda, həm də Azərbaycanda. Sonra Bakıya gəldim, ilk dəfə Xatirə İslamla səhnəyə çıxdım.
- Azərbaycanda sizi ilk dəfə kim kəşf etdi?
- İlk dəfə aparıcı Zaur Kamal məni dəvət etdi. Biz onunla bir il yazışdıq. Mənim əsgərlik problemim olduğundan pasport almamışdım. Onu həll edəndən sonra Bakıya gəlib Zaurun verilişinə çıxdım.
- Azərbaycan dilində oxuduğunuz mahnılar İranda necə qəbul olundu?
- İranda otuz-qırx milyon azərbaycanlı var. Onlar həm buranın, həm də İranın mahnılarına qulaq asırlar. Burda necə bəzi adamlar uşaqlarına rus dili öyrədir, İranda da farsca öyrədirlər. Halbuki, türk dili dünyanın ən gözəl dilidir. Naqis dil olsa, o qədər səy etmərəm. Axı gözəldir! Bəzi dillər var ki, onlar dil yox, ləhcədir. Məsələn, İranda lori, gilani ləhcələri var. Ləhcə dilin kölgəsində qalmış bir şeydir. Türk dili isə ləhcə deyil, müstəqil və zəngin dildir. Dünyada beş hegemon dil varsa, onun biri türk dilidir. Fars dilinin əlli dörd faizi ərəbdir, qalanı ingilis, türk və farsdır. Amma o da gözəl dildir. Fars dilində feil az olduğu üçün istiarə çoxdur. Tarix boyu bu dilin üzərində çox işlənib. Hətta Azərbaycan padşahları bu dil üçün pul buraxıblar. Nizami farsca yazırdı. Çünki o dövrdə şairlərin kitabları ya padşahın kitabxanasına gedib məşhurlaşmalı, ya da çürüyüb yox olmalı idi. Şair də tarixdə qalmaq üçün məcbur idi padşaha yaxınlaşsın. Padşah də deyirdi, əsərini farsca yaz.
- Amma Füzuli “Leyli və Məcnun”u türk dilində yazmışdı.
- Onun farsca da divanı var. Füzuli istisna idi. Hamısı elə olmayıb. Məhsəti Gəncəvi də farsca yazıb. O, dəhşətli bir şairədir.
- Əliağa Vahidin qəzəlinə musiqi bəstələyib oxumusunuz. Ümumiyyətlə, şərq ədəbiyyatından nə qədər yararlana bilirik, klassik şeirlər üzərində işləmək asandır, ya çətin?
- Mən Əlağa Vahidin yaradıcılığının yetmiş-səksən faizini oxuyub, araşdırmışam. O, öz dövründə şeirlərində fars sözü çox işlədib. Bu, mənim şəxsi zövqümə uyğun deyil. Əlbəttə, ustadır, allah ruhunu şad etsin. Mən onun haqqında fikir yürüdəcək qədər usta deyiləm. Şəxsi fikirlərimi deyirəm. Amma bizim indi Təbrizdə gənc şairlərimiz var, elə gözəl qəzəllər yazırlar, siz onları oxusanız, elə bilərsiniz, Nizami dirilib azəri türkcəsində qəzəl yazıb. Misal üçün, həmin qəzəllərdən birini nümunə kimi deyim:
Mələyim bir gecə cənnətdən oğurlan bizə gəl,
Süz qaranlıqlara gizlincə ol insan bizə gəl.
Sən ki, yoxsan, elə bil qibləsi itmiş imamam,
Namazın vaxtıdır, ay gözləri şeytan bizə gəl.
Bundan gözəl qəzəl ola bilməz.
- Və belə nümunələr çoxdur?
- Çox, lap çox. Mən ordakı yaxşı şairlərin, demək olar, hamısı ilə dostam. Zəiflərdən bir az qaçıram, çünki çox gəlib-gedirlər, şeirlərinə mahnı oxumağımı istəyirlər. Amma şairlər var ki, mən özüm onları axtarıram. Onlar İnstagram əhli deyillər. Başqa əsrin adamıdırlar.
- Dünyaya çıxa bilirlər?
- Dünyaya çıxmaq üçün gərək yaxşı ingilis dili bilgilərin olsun. Ümumiyyətlə, Şərq həmişə əzilib, geri qalıb. Mən ilk albomumu çıxarmaq istəyəndə, azəri tükcəsində oxuduğum üçün köməklik edən musiqi şirkəti tapmadım. Axırda məcbur qalıb köhnə maşınımı satdım, hamısına disk çıxardım. Mənə dedilər, dəli olmusan, bu disklərə qoyduğun pul qayıtmayacaq. Dedim, mənim bir ömrüm var, onu da musiqi yolunda xərcləyəcəm. Qayıdacaq. Bir həftədən sonra bir “Kamaz”ın yarısı qədər disk götürdüm. Onlardan hər gecə bir neçə qutu aparıb Təbrizə gedən avtobus sürücülərinə verirdim, qutuların da üstünə nömrəmi yazırdım. Satışdan gələn pulu qaytarmaq onların öz insafına qalırdı. O pulun mənə on faizi qayıtdı, amma məşhurlaşdım. Çünki özümə, içimə və səsimə inamım, güvənim vardı. Bilirdim ki, qoyduğum əmanət kimidir, geri qayıdacaq. Gözlədiyim kimi də oldu. “Salam yetir” mahnısı ilə məşhurlaşdım, Bakıya gəldim. İranda da məşhurlaşdım. Mənim İranda iyirmi rəsmi konsertim oldu. Sonuncu konsertimdə min dörd yüz yetmiş bilet satıldı.
- Müstəqillik dövründən sonra bizə konsert verməyə gələn türk müğənnilərini asanlıqla qəbul etdik. İranlı müğənni təcrübəsi az idi. Amma sizi də rahat qəbul etdilər, sevdilər...
- Demək bir az yaxşı çıxmaz, amma başlanğıc mənimlə oldu və alındı. Məndən əvvəl orijinal söz danışan yox idi. Təkrarçılıq edirdilər. Mən təkrarı sevmirəm, xoşlayıram ki, təzə söz danışam.
- Cənubda qadın müğənnilərə münasibət necədir?
- Qadın müğənnilər qadın konsertlərinə, qadın məclislərinə çıxırlar. Kişi olan məclislərə qadınların getməsi yasaqdır. Amma sizə bir söz deyim ki, İrandakı konsertlər Azərbaycanda yoxdur. Əgər İranda toya gedən müğənnilərə burdakı kimi pul versəydilər, ən varlı adamlar onlar olardı. İranda toya gedənə yaxşı baxmırlar.
- Necə baxırlar?
- Ara müğənnisi kimi. Üzr istəyirəm, səviyyəsiz hesab edirlər.
- İran deyəndə bizim ağlımıza muğam gəlir. İranda muğam məktəbləri varmı?
- Yoxdur. Ustadlar fərdi şəkildə dərs verirlər. Muğam oxuyan qəşəng səslərimiz var. Bilirsiniz, hər şeyin bir dövrü olur. Mən demirəm, nəyinsə dövrü bitib. Biz muğam deyirik, İranda məğam deyirlər. “Çahargah”, “Humayın”, “Mahur” orda da eynidir. Amma təzə nəsil təzə söz istəyir. Muğam oxuyanlar estrada oxuyanlarla rəqabət aparıb salon, zal doldura bilmirlər. Zövqlər fərqlidir. Beş yüz bilet alıb muğam dinləməyə getmirlər. Çünki fars musiqisi çox-çox inkişaf edib. Mən özüm də mahnılarımın bir qismini arvad-uşağımın çörəyinə görə, bir-qismini isə ürəyimə görə oxuyuram. Ortamı tutmuşam.
- Şəcəryanla tanışlığınız vardı?
- Mən ustadın ən böyük şagirdi Həmid Rza Nurbəxşin şagirdi idim. Bir neçə dəfə onu görmək mənə nəsib olub. Simadan biz bir az bir-birimizə oxşayırıq. Mən musiqiçi olduğum üçün onun kim olduğunu bilirəm. O, təkrarsız və asiman qədər geniş səsi olan sənətkardır. Onun bir “Rəbbanə duası” var, necə gözəl ifadır, ilahi! Mən muğamı gözəl bilirəm, ifaçılarını da tanıyıram. Habil Əliyevin ifalarına, Alim Qasımova qulaq asıram. Alim çox əla oxuyur, bizim bir neçə müğənni ilə də duetlər ifa edib.
- Bizim musiqi sənəti barədə xeyli bilgilisiniz. Amma sizə sual veriləndə, Şəbnəm Tovuzlunun adını çəkirsiniz. Onu biz bayağı mahnıların ifaçısı kimi tanıyırıq.
- Məndən İranda tanınan Azərbaycan müğənnilərini soruşublar, mən də o xanımın adını çəkmişəm.
- Başqa kimləri dinləyirsiniz?
- Brilliant Dadaşova əla oxuyur. Şövkət ƏLəkbərovanı dinləyirəm. Onun “Gedək üzü küləyə” mahnısına qulaq asmamaq olar? Könül Xasıyevaya, Nəzakət Məmmədovaya... Rübabə! Allah rəhmət eləsin. O da bizim yerlimizdir (gülür). Bilirsiniz, biz Azərbaycanı çox sevirik. Mən indi turizm işləri ilə məşğulam. O qədər yazırlar ki, biz necə edək ora gələk, turlar nə zaman başlayır?
- Ailə quran gənclərimiz də var.
- Bəli. Hərdən mənə kasıb, imkanı az olanlar da yazırlar ki, biz necə edək gəlib azəri qızla evlənək? Deyirəm, buranın qızları elə-belə deyil. Pulsuz buralara gəlməyin. Buranın qızları pullu adamlara gedir. Əslində, dünyanın hər yerində elədir (gülür).
- Ümumiyyətlə, güneyli-quzeyli qadınlar arasında nə kimi fərqlər var?
- Hər ikisi eynidir. Mən fərq görmürəm.
- Ordakı qadınları sanki idarəçiliyi daha çox sevirlər.
- İranda qadınlara çox üstünlük verirlər. Mən özüm də şəxsən o cür bəyənirəm. Azərbaycan bu baxımdan bir az qədimyanadır. Kişinin sözü keçir. Bizdə də o cür deyil ki, qadın nə deyirsə, o olmalıdır, amma məsələ sizdəki qədər qəliz deyil. Bizdə sözü iki dəfə kişi deyəndə, bir dəfə də qadın deyir. Məncə, sizdə qadınlara zülm edirlər.
- Ququşa münasibətiniz necədir?
- Onu çox bəyənirəm. Onun kimi müğənni yoxdur.
- Amma Azərbaycana gəlmədi...
- Gəlmədi. Ququş azərbaycanlıdır, di gəl, fars meyllidir. Hərdən Azərbaycan dilində nələrsə oxuyur, yaxşı da oxuyur. Sənət baxımından onun tayı-bərabəri yoxdur. Onun bəstəkarı Həsən Şəmaizadədən icazə almışam, mahnılarını azəri türkcəsində oxuyacam.
- Ququş etiraz etməz?
- O kimdir ki, etiraz edə? Əsər bəstəkarındır. Mən bilirəm, əsər Şəmaizadənindir. Bəlkə, mən Ququşdan yaxşı oxudum.
- Konsertlərində can Azərbaycan deyir.
- Yalan deyir. Bunu dəqiq yazın. O, Azərbaycanı sevsəydi, Qarabağ müharibəsi zamanı öz səhifələrində bir paylaşım edərdi. O, pul qazanır. Ququş bilir ki, İranın yarısı azərbaycanlıdır. Ona görə də bir-iki azəri mahnısı oxuyub, onların könlünü alır. Dərinə gedəndə, görürsən, o qədər də sevmir. Onun mahnılarının bir neçəsini oxuyacam. Siz görəcəksiniz, necə oxumaq olur. Ququşu Ququş edən Həsən Şəmaizadədir. İranda Ququşdan gözəl o qədər səslər var, amma avara qalıblar, pərdə arxasındadırlar. Ququşun səsindən o sözləri, o mahnıları, o aranjmanı sil, heç nə qalmaz.
- Sizin də ən oynaq mahnılarınızda belə qəribə bir yanğı, həsrət var.
- Yəqin, canımda, ruhumda var o yanğı. Mənim də bir insan kimi qəmim, sevincim olub. Amma qəmim daha çoxdur. Sizə deyim, mən öz qəmimi sevirəm.
- Şərq niyə həmişə qəmi tərənnüm edir?
- Adi insan gün ərzində bir saat şux ola bilər. Amma səkkiz, on saat qəmli ola bilərsən. Qəm qalıcıdır, sevinc gedəri. Sevinc səthi olur, ona görə də yaradıcı adam üçün qəmin əhəmiyyəti daha böyükdür. İnsan yaşamadan necə ayrılıqdan, insanı itirməkdən, zülmdən danışa bilər? Bunları yaşamalı, hiss etməlisən.
- Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?
- Nüsrət Kəsəmənlinin vurğunuyam. Çox sevirəm. Bir neçə şeirinə musiqi bəstələmişəm. Oğlu ilə əlaqə saxlayıb, razılığını alandan sonra müəyyən işlər görəcəm. Ramiz Rövşəni çox bəyənirəm. Gözəl şeirləri var. Klassiklərdən Səməd Vurğunu, Məmməd Arazı oxuyuram. Orta nəsildən Sücaəti çox sevirəm. O, çox qəribə istedada malikdir. Onun həyatlı da ağır olub. Qarabağlıdır səhv etmirəmsə...
- Yaqub Zurufçu ilə əlaqəniz var?
- Onunla bir dəfə danışmışıq. Amma hələ üzbəüz görüşməmişik. Çox gözəl insan və sənətkardır. “Ayrılıq” mahnısını da çox gözəl ifa edib.
- “Ayrılıq” mahnısını oxumaq istəyərsiniz?
- Çox təklif ediblər. Bəlkə, oxudum. Yaraşır, səsimə də oturur. Mən əgər o mahnını oxusam, möhtəşəm bir orkestrlə oxuyacam.
- Güneydə Şbnəm tovuzludan başqa kimi bəyənirlər?
- Xumarı çox bəyənirlər. Namiq Qaraçuxurlu, Damla çox dinlənilir. Köhnə adamlar Şövkəti, Rübabəni dinləyirlər. Zülfiyyəni, Sevda Ələkbərzadəni tanıyırlar, amma çox dinləmirlər. Bilirsiniz, bəzən, bir müğənninin adı bir səbəbə görə İranda çox yayılır. Bəzən isə bunun əksi olur. Misal üçün, burda Röya xanımı çox tanıyırlar. İranda isə on beş, iyirmi faiz tanıyır. Amma Xumarı dinləyirlər. Bütün hallarda müğənnilik qışqırmaq deyil. Milləti aldatmaq olmaz.
- Qarabağ müharibəsi zamanı o taylı soydaşlarımız bizimlə birgə Araz çayının kənarına yığışıb dəstək olurdular...
- Bəli. Elə mən özüm də efirə baxanda ağlayırdım. Arazın sahilində bir yaralı səsini qaldırıb muğam oxuyanda özümü saxlaya bilmədim. Müharibə vaxtı bir dəfə icazə alıb Zəngilana getdim. əlimdən gələn qədər dəstək olmağa çalışdım.
- Yəni narahat idiniz?
Narahat nədir, partlayırdım. Mənim imkanım olsa, hər gün əsgərlərimizin yanına gedərəm. Harda əsgər, qazi, şəhid adı varsa, mən orda təmənnasızam! Bayaq elə bir nəfər zəng vurub toya dəvət etdi. Eşitdim, qazidir, yarı qiymətə razılaşdım. İnsanın bir-birinə məhəbbəti gözəldir.