Dünyanın ən çox öyrənilən 100 şəxsindən biri, nəhəng siyasətçi Uinston Çörçill siyasi fəaliyyətdə olduğu illərdə yaddaşlarda gümrah və nikbin görünən, əl barmaqları ilə qələbə əzmini nümayiş etdirən, hazırcavablığı ilə fərqlənən bir dövlət xadimi kimi qalıb. Əslində isə Çörçill heç də həmişə göründüyü kimi olmayıb. Xüsusilə, İkinci Dünya müharibəsi dövründə güclü siyasətçinin zəif tərəfləri də üzə çıxıb. Baş nazirin həyatındakı belə məqamlar uzun illər gizli saxlanılsa da, sonralar onun şəxsi həkimi Çarlz Uilson bununla bağlı maraqlı açıqlamalar verib.
Çarlz Uilson 1940-cı ildən 1965-ci ilə, Çörçilin vəfat etdiyi günə qədər britaniyalı siyasətçinin şəxsi həkimi işləyib. O, dövrünün ən tanınmış həkimlərindən biri olub, ölkəsinin ən ali mükafatlarına layiq görülüb, Çörçill ailəsinin ən yaxın adamlarından biri sayılıb, baş naziri demək olar ki, bütün səfərlərində müşayiət edib.
Çarlz Uilsonun Britaniyanın milli səhiyyəsində böyük xidmətləri olub, o, ölkə səhiyyəsinin təşkilinə, tibb elminin inkişafına, kadrların hazırlanması işinə böyük töhfələr verib.
Həkimlərin məsləhət və tövsiyələrinə çox da fikir verməyən Çörçillə işləmək Çarlz Uilson üçün heç də asan olmayıb. Həkimin baş nazirin qidalanma və yuxu rejimini tənzimləmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq cəhdləri heç vaxt nəticə verməyib. Carlz Uilson dəfələrlə səhhəti ilə bağlı ona ciddi xəbərdarlıq edib. Çörçill bu xəbərdarlıqlara, şəxsi həkiminin “mühazirə”lərinə diqqətlə və sona qədər qulaq asıb, sonda isə o, həmişə olduğu kimi eyni cavabı verib:
“Bəli, mən dünyanın ən tərbiyəsiz və söz eşitməyən pasientiyəm...”
Uilson Çarlz 25 il ərzində baş nazirlə işlədiyi dövrdə gündəlik yazıb. 1964-cü ildə, Çörçillin vəfatından bir il əvvəl o, gündəlikdəki qeydlərini kitab şəklində çapa hazırlayıb. 1965-ci ilin yanvar ayında Çörçill vəfat etdikdən sonra həkim kitabın çapa hazırlıq işini daha da sürətləndirib.
Kitab məsələsindən xəbər tutan Çörçillin həyat yoldaşı Klementina Çörçill həkimin bu addımını gözlənilməz və yanlış sayıb. O, fikirlərini həkimə açıq bildirməkdən çəkinməyib:
“Həkimlə pasient arasındakı münasibət qarşılıqlı etibar üzərində qurulur. Həkimin öz pasientinin səhhəti ilə bağlı açıqlama verməsi etik normalarına uyğun deyil. Sizin də Çörçill haqqında çap edəcəyiniz kitabın işıq üzü görməsini mən normal qəbul etmirəm. Sizin həkim-pasient münasibətləriniz sirr olaraq öz aranızda qalmalıdır...”
Çarlz Uilson xanım Çörçillin iradlarını qəbul etməyib. Onun Çörçillə həsr etdiyi “Yaşamaq uğrunda mübarizə” kitabı Çörçillin vəfatından 15 ay sonra işıq üzü görüb.
Kitab beynəlxalq ictimaiyyətdə böyük səs-küyə səbəb olub. “Yaşamaq uğrunda mübarizə” iyirmidən artıq ölkədə müxtəlif dillərə tərcümə olunaraq böyük tirajla buraxılıb və çoxsaylı oxucu auditoriyası toplayıb.
Müəllif dünyanın ən nəhəng siyasətçilərindən biri sayılan Çörçillin səhhəti haqqında aşağıdakıları da qeyd edib:
“Uinston Çörçillin böyük siyasətçi olması danılmaz faktdır. Mən ona xidmət etməyi özümə hərbi borc saymışam. Amma belə düşünürəm ki, güclü siyasətçi həm də güclü iradəyə malik olmalıdır. Bu baxımdan Çörçill güclü deyildi. İkinci Dünya müharibəsi ərəfəsində onun psixoloji, mənəvi və fiziki vəziyyəti kəskin pisləşmişdi. 1941-ci və 1943-cü illərdə baş nazirin ürəyində də ciddi problemlər yaranmışdı. Bütün müharibə ərəfəsində mən onda stress müşahidə edirdim, o, kliniki depressiya vəziyyətinə düşmüşdü. Bəzən elə olurdu ki, Çörçill bütün işlərini kənara atırdı, heç kimə qulaq asmaq istəmirdi. Belə vəziyyətlərdə onun rejimi daha da pozulurdu, gecə yarıyadək alkoqollu içkilər qəbul edirdi, siqarların sayı artırdı. Yuxu rejimi isə tamamilə pozulurdu ki, bu da ümumilikdə onun səhhətinə ciddi ziyan vururdu. Çörçill insanlar qarşısına çıxanda özünü çox nikbin göstərsə də, bir çox hallarda belə görüşlərdən sonra o, evdə özünə qapılırdı. Baş nazir xroniki yorğunluqdan da əziyyət çəkirdi. Sözsüz ki, belə vəziyyət onun siyasi fəaliyyətinə də mənfi təsir göstərirdi...”
Kitabın işıq üzü görməsindən sonra tanınmış tarixçilər, siyasətçilər Çörçill haqqında fərqli fikirlər söyləyiblər. Bu fikirlərin arasında diqqət çəkən məqam, britaniyalı baş nazirin İosif Stalin qarşısında “zəif” görünməyi xüsusi yer alıb. Araşdırmaçıların qənaətinə görə bunun səbəbi Çörçillin psixoloji durumundakı problem olub. Düzdür, Çörçill güclü bir siyasətçi kimi Stalinlə danışıqlarda öz mövqeyini ortaya qoya bilib, amma Stalin də öz növbəsində britaniyalı həmkarını ağlasığmaz siyasi gedişlərlə təəccübləndirməyi bacarıb.
1977-ci ildə, 94 yaşında vəfat edən Uilson isə dünyada daha çox həkim kimi deyil, “Yaşamaq uğrunda mübarizə” kitabının müəllifi kimi yadda qalıb, məşhurlaşıb