Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir kəndli illərdir hökmdar məzarını qoruyur, AMEA-dan isə səs yoxdur – FOTOLAR



Ev tikmək üçün torpaq sahəsi alıb və tikintiyə başlayan zaman ərazidə qəbir daşları və insan qalıqları aşkarlayıb
 
Məlumdur ki, tarixi abidələrə hörmət bir millətin mənəviyyatının göstəricisidir. Qədim abidələr sayəsində keçmişimizin mənəvi və maddi yaddaşını qoruyuruq. Başqa sözlə, abidələr xalqın tarixi şüurunun, keçmişinə hörmətinin lal şahididir.
 
1983-cü ildə Azərbaycanın Şamaxı rayonunun Cabanı kənd sakini Alxan Ömərov, 1465-1500-cü illərdə Şirvanşahlar dövlətinə hökmranlıq etmiş, Dərbəndilər sülaləsindən olan Birinci Fərrux Yasarın qəbrini aşkarlayıb. Kənd sakini AYNA-ya açıqlamasında deyib ki, ev tikmək üçün kənddə torpaq sahəsi alıb və tikintiyə başlayan zaman ərazidə qəbir daşları və insan qalıqları tapıb.
 
“Kəndin ağsaqalları əsrlərdir Şirvanşahın məzarının onların kəndində yerləşməsi barədə məlumatları nəsildən-nəslə ötürürdülər. Bununla əlaqədar mən o zamankı Şamaxı İcraiyyə Komitəsinin birinci katibi Feyruz Mustafayevə də müraciət etdim. O, mənə buranın qorunması lazım olan tarixi bir abidə olduğunu söylədi. O vaxtdan bəri bu sahədə heç bir iş görmürəm”, - Ömərov bildirib.
 
Azərbaycan tarixində Cabanı kəndi 1500-cü ildə Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətai ilə Şirvanşah Birinci Fərrux Yasarın qoşunları arasında bir döyüş yeri kimi tanınır. Bu döyüşdən 12 il əvvəl, Birinci  Fərrux Yasarın və Ağqoyunlu dövlətinin hakimi Sultan Yaqubun birləşmiş qoşunları, İsmayılın atası Şeyx Heydərin ordusunu məğlub etmiş, həmin döyüş zamanı Şeyx Heydər həlak olmuşudu.
 
12 ildən sonra onun oğlu İsmayılın rəhbərliyindəki ordu, Gülüstan qalasının ətəyindəki Cabana düzündə Birinci Fərrux Yaşarın qoşunları ilə döyüşə girdi. Say üstünlüyünə  baxmayaraq, Şirvanşahın ordusu məğlub oldu və Fərrux Yaşar özü də döyüşdə öldürüldü. Onun başı İsmayılın ayaqları altına atıldı. O vaxtdan bəri Cabanı kəndi ərazisində ölən əsgərlər qəbiristanlığı yerləşir.
 
İllər keçməsinə baxmayaraq, tarixçilər Ömərovun tapıntılarına maraq göstərməyiblər və bu səbəbdən onun qoruduğu qalıqların ölü Şirvanşaha və ya əsgərlərinə məxsus olduğunu qətiliklə iddia etmək mümkün deyil. Ümid edək ki, bu məqalədən sonra Azərbaycan Milli Elmlər Akademiyası bu yerə maraq göstərəcək. Xoşbəxtlikdən Alxan Ömərov uzun illərdir bu qəbiristanlığı diqqətlə qoruyur və hətta hasarlayıb və qoruduğu tarix parçasının bir gün elm üçün faydalı olacağını ümid edir...
 Fotoları təqdim edirik










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10