Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Bu yarış paytaxtımızda artıq 5-ci dəfədir keçirilir. Lakin əhalinin yarışı sevinclə qarşıladığını söyləmək mümkün deyil. Çünki “Formula-1” hələ başlamamış şəhərin mərkəzi hissəsi qadağan olunmuş zonaya çevrilir, yollar və küçələr bağlanır, nəticədə Bakının digər yerlərində tıxaclar yaranır, insanlar əziyyət çəkir. Xüsusən Bayıl istiqamətində yaşayan əhalinin iş və digər məqsədlər üçün mərkəzə gəlib-getməsində böyük çətinliklər yaranır. Sosial mediadakı reaksiyalardan da aydın görmək olur ki, insanlar “Formula-1”i ciddi problem sayır, onun tez yekunlaşması və bir daha Bakıda keçirilməməsi üçün az qala dua edirlər.
Bəs, bu yarışın keçirilməsi ölkəyə nə verir? Bəlkə ölkənin reklamına və turist axınına ciddi töhfəsi var, əhali bunu bilmir? Əhalinin əksəriyyəti bu yarışın keçirilməsini arzu etmədiyi halda, hökumət niyə ictimai rəyi nəzərə alıb, “Formula-1” sevdasından vaz keçmir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında “Formula 1” və onun kimi
idman yarışlarının faydasından söhbət açdı:
İqtisadçı Nazim Bəydəmirli “Press Klub”a şərhində beynəlxalq tədbirlərin ölkənin tanıdılmasında rolu olduğunu söylədi:
Ekspertin fikrincə, yarışın keçirilməsi üçün Azərbaycanda kifayət qədər yer tapıla bilərdi:
“Yarışın şəhərdə keçirilməsi ilə bağlı qərarın verilməsi ölkə ictimaiyyətinə qaranlıq qalıb. Bildiyimiz kimi, Azərbaycan hökuməti ictimai fikri heçə sayır. Bu isə çox mənfi haldır. Bildiyim qədərilə reklam şirkətləri “Formula 1” yarışları ilə əlaqədar Azərbaycana az reklam verirlər”.
N. Bəydəmirli bu cür yarışlar keçirilərkən gəlir və xərclərin araşdırılmasını təlkif edir:
“Niyə müqavilə məcburən 5 il bağlanmışdı və 5 il uzadılmaq şərtilə hər il keçirilir? Onsuz da dövlət büdcəsinin vəsaitləri səmərəsiz xərclənir. Vəsaitlər ora-bura xərcləndiyindən, Azərbaycan vətəndaşı da bu cür yarışlara yaxşı baxmır. Hökumət isə düşünür ki, nə olacaq, 8 milyard dollarlıq Avropa Oyunları keçirmişik, “Formula 1” nədir ki?..”
N.Bəydəmirli “Formula 1” üçün hazırlıq başlayarkən və küçələr daraldılarkən şəhərdən çıxdığını deyir:
“Saatlarla tıxaclarda qalmaq insanlara əziyyət verməkdən başqa bir şey deyil. Azərbaycan əhalisinin təqribən altmış faizindən çoxu şəhərdə yaşayır. Bütün bunları nəzərə almamaq, ictimai fikrə hörmət etməmək ondan xəbər verir ki, Azərbaycan hökuməti nə vətəndaşın vergisindən, nə də səsindən asılıdır. Hökumət o zaman insanları dinləyir və ictimai fikrə önəm verir ki, sadaladığım bu iki amil ortada olsun. Bunlar olmadıqda ictimai fikrə önəm verilmir. Bir məmur vəzifədən gedərkən, dünyasını dəyişərkən insanların onların arxasından yazdıqları və danışdıqlarını hamımız görürük. Məmurlar həmin sözlərdən nəticə çıxarmalıdır. Sosial şəbəkələrdə onlar barədə gedən müzakirələrə göz gəzdirsinlər. Başa düşməlidirlər ki, istənilən vəzifə müvəqqətidir. Bürokratlar, bizim xidmətimizdə duran insanlar vətəndaşları qul gözündə görməməlidirlər. Bu, çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, bu cür siyasətdən imtina edilməlidir”.
İqtisad Universitetinin professoru Elşad Məmmədov hesab edir ki, “Formula 1” kimi beynəlxalq, mötəbər idman yarışının Azərbaycanda keçirilməsi sözsüz ki, ölkəmizə müəyyən dividentlər gətirir:
“Amma eyni zamanda, bu tip yarışların təşkili prosesində mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyəti, ictimai münasibətləri nəzərə almalıyıq. İctimaiyyətin bu tədbirlərə reaksiyasını öyrənməliyik. Çünki son nəticədə ölkədə keçirilən tədbirlər əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməlidir”.
Ekspertin qənaətinə görə, iqtisadi nöqteyi-nəzərdən prioritetlər düzgün qurulmalıdır:
“Aydındır ki, bu tip yarışların keçirilməsinin müsbət nəticələri var. Amma ölkədə həllini gözləyən bir çox sosial-iqtisadi məsələlər var ki, onlara lazımı səviyyədə diqqət verilməsinə ehtiyac duyulur. Hesab edirəm ki, Azərbaycanda bundan sonra keçirilən tədbirlərin planlaşdırılmasında mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyət nəzərə alınmalı, bu tədbirlərin müsbət və mənfi nəticələri barədə gözləntilər planlaşdırma ilə bağlı olan tədqiqatlarda öz əksini tapmalıdır”.
E.Məmmədovun fikrincə, əgər prioritet hesab olunan sosial-iqtisadi layihələr öz həllini tapıbsa, bu tip yarışların keçirilməsi ölkənin beynəlxalq arenada tanınmasında müsbət təsir göstərə bilər:
“Amma sosial yönümlü, iqtisadi inkişafla bağlı layihələrin icrasına bu gün ehtiyac var ki, mütləq şəkildə onlar qəbul olunan qərarlarda öz əksini tapmalıdır”.

“Bu cür yarışların keçirilməsi Azərbaycan üçün bir imic məsələsidir. Biz dünyada tanınmış bir ölkəyik. Dünya bizimlə hesablaşır. Bu, cənab Prezidentin praqmatik, strateji siyasətidir. Uğurlu müharibədən yeddi-səkkiz ay keçib, biz artıq “Formula 1” kimi dünya miqyaslı yarışlara ev sahibliyi edirik. Cənab Prezident deyir ki, mən istəyirəm, Azərbaycanı bütün dünyada bir daha tanıdaq. Qoy, hamı bizi tanısın və bilsin ki, Azərbaycan budur. Müharibədən, pandemiyadan, dünya iqtisadi böhranından uğurla çıxdıq. Biz bir daha təsdiq edirik ki, çox güclü, dayanıqlı, inkişaf etmiş bir ölkəyik. Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik”.
İqtisadçı Nazim Bəydəmirli “Press Klub”a şərhində beynəlxalq tədbirlərin ölkənin tanıdılmasında rolu olduğunu söylədi:
“Ancaq təəssüf ki, “Formula 1” kimi layihələr onsuz da sıxlıq yaranmış şəhərin vəziyyətini daha da çətinləşdirir. Paytaxtın mərkəzi küçələrini bağlayıb, yarış dövründə əhaliyə əziyyət verməyə və kütləvi narazılıq yaratmağa adətkardırlar. Başqa ölkələrin təcrübəsində şəhərdən kənar yerlər hazırlanır və “Formula 1” yarışları orada keçirilir. Yalnız Monako burada istisnalıq (Monako Qran Prisi) təşkil edir. Orada yarış şəhərin daxilində keçirilir, həmin yerə də şəhərdaxili demək olmaz. Monako balaca bir yerdir“.