Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Keçici enerji, qalıcı fəsad – Nə içdiyinizə diqqət edin




Keçici enerji, qalıcı fəsad – Nə içdiyinizə diqqət edin

Ekspert: “Bəzi məhsulları açıq şəkildə boykot etmək lazımdır”
 
İsti günlərin başlaması ilə soyuq alkoqolsuz içkilər, qışda isti qoğallarla eyni sürətlə satılır. Ancaq qızmar yay və buna görə satışlarında əhəmiyyətli bir artım hələ qabaqdadır.
 
Ancaq Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında deyib ki, satışda olan bütün belə içkiləri almağa dəyməz: “Təəssüf ki, yerli istehlakçı bu sahədə az məlumat alır, bəzən isə heç nə bilmir. Televizorda, internetdə, şəhərdəki afişalarda cəlbedici reklamları, parlaq yazıları görür və əli almaq üçün uzanır. Dünyadakı istehlakçı hüququları ilə məşğul olan təşkilatlar, Azərbaycanda isə AİB istehlakçılara məhsul haqqında bütün məlumatlarla malik olaraq, şüurlu bir seçim etmələri üçün maarifləndirmə işləri aparır”.                         
Hüseynovun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son vaxtlar keyfiyyətsiz malların, xüsusən içkilərin bazarımıza daxil olmasının qarşısını almaq üçün bir çox işlər görüb. Zərərli enerji içkilərinin azalması sevindiricidir, lakin bu sahədəki problemlər hələ də tam həll olunmayıb.
 
Qeyd edək ki, enerji içkilərini ən çox gənclər, xüsusən də imtahanlara hazırlaşarkən “beyinləri ayıq olmalı” olan abituriyentlər və tələbələr alırlar. Eyni zamanda, bir çoxları əndazəni aşır və gündəlik 4-5 ədəd belə içki içirlər, sonra ürək döyüntüsü və yuxusuzluqdan şikayət edirlər.
 
Tələbə Məmməd İmranov əməkdaşımızla söhbətində, sözün əsl mənasında, enerji içkilərinə “bağlandığı” vaxtlarının olduğunu və bunlar olmadan dərhal gücünü itirdiyini hiss etdiyini söyləyib: “Bir neçə dəfə dostlarımla gün ərzində kimin daha çox enerji içəcəyi üzrə yarışmışıq. Tez-tez artan təzyiqə görə, bu adətindən imtina etmək məcburiyyətində qaldım - baxmayaraq ki, bu cür içki ehtirasından əvvəl təzyiqi həmişə normal həddə idi. İmtinaya daha bir səbəb isə enerji içkilərinin onsuz da zəif olan tələbə büdcəmə ciddi vurması oldu”.
 
Enerji içkiləri sinir sistemini stimullaşdıran və sedativ bir təsir göstərən maddələr ehtiva edir, ancaq buna bədənin ehtiyatları hesabına nail olunur. Enerji içkiləri etiketində bunları içməyin kimə qadağan edilməsi barədə məlumatlar var - hamilə qadınlar, yetkinlik yaşına çatmayanlar, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir həyəcanı, yuxusuzluq, metabolik problemi olan insanlar. Qalanlarına gündə 500 mq-dan çox içki qəbul etmək tövsiyə edilmir.
 
AİB sədrinin dediyi kimi, bir çoxları qablaşdırmada yazılanları oxumur və ya əhəmiyyət vermirlər: “Bu cür içkilər bəzilərinə çox mənfi təsir edirsə, digərlərinə az da olsa, mənfi təsir göstərəcək. Enerji içkilərinin məktəblərin yaxınlığında satılmaması xüsusilə vacibdir və düşünürəm ki, Valideynlər Komitəsinin üzvləri də bu kimi faktlarla mübarizəyə qoşulmalıdır”.
 
Bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında istehlakçıları aldadaraq yaradılan haqsız rəqabətin qarşısını almaq üçün araşdırmalara başladı. Hüseynovun dediyinə görə, AİB də öz növbəsində enerji içkiləri istehsalçıları üçün vergi rüsumlarının qaldırılmasına nail olub: “2020-ci ilin mart ayında Azərbaycan Nazirlər Kabinetinin verdiyi qərara əsasən, enerji içkisi idxalına görə aksiz vergisi litrə görə 3 manatdan 3,1 manata qaldırıldı”.
 
“Ancaq yalnız enerji içkilərinin təhlükəli olduğunu düşünmək səhv bir fikir olardı. Şəkərli qazlı sular da çox təhlükəlidir, çünki tərkibində çoxlu şəkər, süni aromatizatorlar və rəng var. Həkimlər bunun tez-tez istifadəsinin sağlamlığa mənfi təsirlərə, xüsusən də kilo almağa səbəb ola biləcəyi barədə daim xəbərdarlıq edirlər. Bundan əlavə, bu cür içkilər bədənin soyuması hissi yaradır, lakin bu, belə deyil”, - deyə ekspert vurğulayıb.
 
İki uşaq anası Səbinə Kərimova uşaqları üçün şirin qazlı su almamağa çalışır, lakin bəzən sadəcə onlara “yox” deyə bilmir. Bununla birlikdə, yaşadığı sonuncu hal onu daha sərt olmağa məcbur edib. Aldığı şəkərli suyun rəngi onun xoşuna gəlməyib və bundan əlavə, dadı çox qorxuducu sintetik olub. Sonunda içkinin kanalizasiyaya tökülməsinə qərar verilib.
 
“Bizim liberal bir bazarımız var və biznes mexanizmi elədir ki, insanlar istehsal olunanları almaq üçün səy göstərsinlər. Buna milyonlar xərclənir, amma daha böyük məbləğlər qazanılır. Odur ki, yuxarıda dediyim kimi, maarifləndirmə vacibdir və lazım olsa, bəzi malları açıq şəkildə boykot etmək lazımdır”, - deyə AİB rəhbəri qeyd edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10