Dövlət Statistika Komitəsi Azərbaycanın bölgələrində əhalinin istehlak xərclərinin strukturunu araşdırıb. 2020-ci ili əhatə edən araşdırmaya görə, Azərbaycanda iqtisadi rayonlardan asılı olaraq, aylıq adambaşına istehlak xərcləri 279-324 manat arasında dəyişir.
Əhalinin istehlak xərclərinin strukturuna baxanda görünür ki, Azərbaycanda əhali, əsasən, ərzağa pul xərcləyir. İqtisadi rayonlar üzrə göstəricilərdən aydın olur ki, ərzağın ümumi istehlak xərclərində ən az yer tutduğu bölgələrdə də bu göstərici 41 faizdir.
“Cenub.az” Virtualaz.org-a istinadən xəbər evrir ki, dünya təcrübəsində rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə kimi sahələrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru sayılır, çünki hesablamalar göstərir ki, əhalinin rifah səviyyəsi aşağı düşdükcə ərzaq məhsullarının ümumi istehlak xərclərindəki xüsusi çəkisi artır. Məsələn, Avropa Birliyi ölkələri arasında ərzaq xərclərinin toplam xərclərdəki payı 9-26 faiz arasında dəyişir. İnkişaf etmiş ölkələrin çoxunda bu göstərici 10 faiz civarındadır. Azərbaycanda isə istehlak məqsədi ilə xərclənən hər iki manatdan təxminən biri məhz ərzağa sərf edilib.
Ərzaq məhsullarının toplam istehlak xərclərində ən çox yer tutduğu iqtisadi rayon isə Lənkəran iqtisadi rayonudur (buraya Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran inzibati rayonları daxildir). Ötən il bölgədə ev təsərrüfatlarının istehlak məqsədi ilə xərclədiyi hər 100 manatdan 47-si ərzaq məhsullarına sərf olunub. İqtisadi rayonlar arasında ərzağa ən az pul xərclənən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Ağsu, İsmayıllı, Qobustan və Şirvan rayonlarını əhatə edən həmin iqtisadi rayonda ərzaqla bağlı xərclər ümumi istehlak xərclərinin cəmi 41 faizinə bərabər olub.
Ərzaq məhsullarına xərcləmələrə görə lider olan Lənkəran iqtisadi rayonu digər bir xərc istiqaməti - alkoqollu içkilərə xərclənən vəsaitin həcminə görə iqtisadi rayonlar arasında sonuncudur. Burada bütün istehlak xərclərinin cəmi 0.3 faizi alkoqollu içkilərə sərf edilib. Rəsmi rəqəmlərə görə, ölkədə alkoqollu içkilərə ən çox pul sərf edilən region Gəncə-Qazax iqtisadi rayonudur. Burada alkoqollu içkilərə sərf edilən vəsaitin toplam istehlak xərclərindəki payı Lənkəran iqtisadi rayonuyla müqayisədə iki dəfədən də çoxdur - 0.7 faizdir.
Tütün məmulatlarına gəlincə, iqtisadi rayonlar arasında "lider" Dağlıq Şirvan iqtisadi rayonudur. Burada ev təsərrüfatlarının istehlak xərclərinin 2.3 faizi məhz tütün məmulatlarına sərf olunur. Maraqlıdır ki, digər xərc istiqamətləri üzrə iqtisadi rayonlar arasında bir o qədər fərq olmasa da, Dağlıq Şirvan iqtisadi rayonunda tütün məmulatlarına sərf edilən vəsaitin miqdarı digər iqtisadi rayonların ortalamasından təxminən iki dəfə çoxdur. Tütün istehlakı baxımından ən sağlam həyat tərzi Naxçıvan Muxtar Respublikasındadır. Burada tütün məmulatlarınının istehlakı ev təsərrüfatlarındakı istehlakın cəmi 0.6 faizi qədərdir.
İqtisadi rayonlarda mehmanxana, kafe və restoran xidmətlərinə sərf edilən vəsait arasında da fərqlər gözə çarpır. Bu tip xidmətlərə ən çox vəsait sərf edilən region Quba-Xaçmaz iqtisadi rayonudur. Burada ev təsərrüfatlarının hər 100 manatlıq istehlak xərclərinin təxminən 12 manatı bu istiqamətə xərclənir. Amma, məsələn, Lənkəran iqtisadi rayonunda bu göstərici cəmi 5.4 manatdır.
Su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsaitin ümumi istehlak xərclərindəki payına görə lider bölgə Şəki-Zaqatala iqtisadi rayonudur. Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarını əhatə edən iqtisadi rayonda əhalinin istehlak xərclərinin 11 faizini kommunal xidmətlər tutur. Su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsaitin ümumi istehlak xərclərindəki payının ən aşağı olduğu bölgə isə Naxçıvan Muxtar Respublikasıdır. Bu tip xərclər muxtar respublikada ev təsərrüfatı xərclərinin cəmi 5.4 faizidir.