Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Yapon hökumətinin tikdiyi 100 min manatlıq zibil məntəqəsində vəziyyət necədir?


Pis qoxusu uzaqdan adamı vuran zibil məntəqəsi az qala özü zibilə dönüb

Cenub.az bildirir ki, 4 il öncə Yaponiya hökuməti humanitar yardım məqsədi ilə Masallıda təxminən 100 min manat dəyərində Zibil Emalı Məntəqəsi tikmişdi. Məqsəd təkcə rayondakı zibilləri təmizləmək yox, onu emal edib pula çevirmək idi. İlk vaxtlar bu məntəqə aya 2-3 min manat pul da qazanırdı. Belə ki, bura daxil olan zibillər - kağız, butulka, dəmir... ayrı-ayrı çeşidlənir, təkrar emala verilirdi. Təkrar emal nəticəsində tonlarla kardon hazırlanır, müvafiq təşkilatlara satılırdı.

Bəs bu gün vəziyyət necədir?

Masallının Musaküçə kəndindən Seybətin ərazisinə tərəf gələndə, Sənaye Məhəlləsinin 200-300 metrliyində yerləşən bu Zibil Emalı Məntəqəsi bu gün özü bir zibil meydanına dönüb. İşin düzgün qurulmaması nəticəsində şəhərin zibili bu məntəqənin ətrafında hara gəldi tökülür. Zibillər az qala mərkəzi küçənin yaxınlığına qədər tökülüb. Həmin zibillərin pis qoxusu hətta oradan maşınla keçəndə belə adam uzaqdan vurur. 100 minlik əmlak özü zibilə dönmək üzrədir.


Məsələyə aydınlıq gətirmək üçün “kommunxoz”un, Masallı Kommunal Təsərrüfat İstehsalat Birliyinin yeni müdiri Xudayar Həsənova müraciət etdik. O bildirdi ki, məlum olduğu kimi bu işə təzə təyin olunmuşam. Artıq ora ekskavatorlar ayırmışıq. Təxminən qısa müddətə, yəni, 1 aya orada təmizlik işləri başa çatacaq. Qaldı ki, oradan pul qazanmağa, o barədə məlumatım yoxdur.


Onu da xatırladaq ki, Masallı şəhərində zibil qablarının özü elə bərbad gündədir ki, zibillər o qutulardan yaraşıqlı görünür. Hansı ki, bu zibil qabılarınının birini uzağı 10 manata rəngləyib abıra salmaq mümkündür.

(Bu yazını da Masallının balaca nöqsanları siyahısına əlavə edə bilərsiniz)

Cenub.az. Zahir Əmənov 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10