Gəncəli Kamran Qasımov, şəmkirli Səməd Abbasov və masallılı Rahid Ağayev.
Təkcə Bakıdakı Caspian Sport Plaz-nın 3-cü binasında, onların qərarlaşdığı ofisə daxil olmağınız kifayətdir. Buradakı avadanlıqlar adi olsa, onların gördükləri işlər olduqca qeyri-adidir. Bu gəncləri ancaq və ancaq ixtiralar və kəşflər düşündürür. Ən əsası isə düşündüklərini, ideyalarını qısa zaman kəsiyində reallaşdırırlar.
Yuxarıda qeyd etdiyim kimi öncülləri Kamran Qasimov və Rahid Ağayevdir. Qısa müddətdə gözəl bir komanda yaradıblar - ən “qocası” isə 20 yaşındadır.
Zaman az olsa da, uğurları da az olmayıb-
1. Medin Azərbaycan adı altında oyunlar yaradıb dünyanın 10-da artıq ölkəsinə “ayaq açıblar”.
2. Onların əməyi ilə dünyanın 2 ən son model proqram təminatı yaradılıb.
Bu gənclərin yaratdığı Ağıllı texnologiya istehsalı üzrə işlər fiziki gücə yox, beyin gücünə əsaslanır
3. Yaratdıqlarının sorağı ABŞ-dan, Ukraynadan, Hindistandan, Pakistandan, Rusiyadan, Türkiyədən, Çindən, İsraildən və digər ölkələrdən gəlir.
Bu komandanı Rəhman və Rahid idarə edir. Bir tamaşada deyildiyi kimi, gül kimi uşaqlardır – olduqca səmimi, coşqun, yenilikçi, alternativ fikirli, yeri gələndə xeyriyyəçi. Bu gənclər elə kök üstdə boy atırlar ki, yəqin ki, onlardan heç vaxt pis adam düzəltmək mümkün olmayacaq.
Bizə bu gənclərlə Masallının Mahmudavar kəndindən olan İsmayıl Hüseynzadə tanış etdi. Biz də elə onun özünü “cəzalandıraraq” qəhrəmanlarımızı təqdim etməyi İsmayıl bəyə həvalə etdik.
Buyurun, verilişi bu linkdə izləyin: