Mövsüm açıldı: ölkədə il ərzində 120-130 ilan sancması qeydə alınır
İsti günlərin başlaması ilə yanaşı, ölkədə ilan sancması halları da qeydə alınmağa başladı. Azərbaycanda, əsasən Kiçik və Böyük Qafqaz ərazisində tapılan bir neçə növü olan gürzə təhlükə yaradır. Gürzə səhra, yarımsəhra və dağ-çöl zonalarının müxtəlif biotoplarında yaşayır. Gürzələrə şəhərlərin kənarında da rast gəlmək olar. Gəmiricilərin bol olduğu bu cür yerlərdə gürzələr də nadir qonaqlar olmur.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov AYNA-ya müsahibəsində mövcud vəziyyətdən danışıb.
- Doktor, ilan sancmaları ən çox harada olur?
- Abşeronun kəndlərində və bölgələrdə. Kənd təsərrüfatı işçiləri və həyətyanı sahələrində çalışan xüsusi ev sahibləri arasında ilanla qarşılaşma halları daha çox baş verir. Diqqətli olmalı, əlcək, rezin çəkmələr geyinməlidirlər. Sıx otluqda, daşlıqda ilanla rastlaşmaq ehtimalı daha çoxdur, buna görə də sayıqlığınızı itirməməlisiniz.
- Ötən ilə nisbətən ilan sancmaları ilə müraciət edənlərin sayında azalma var, yoxsa çoxalma?
- İlanların aktiv olduğu mövsüm yeni başlayıb. Ancaq keçən il may ayında 20-22 hadisə var idi, indi cəmi 10 hadisə var və qurbanların arasında üç azyaşlı uşaq da var. Nəzərə almaq lazımdır ki, bu il havalar indi-indi istilənir, buna görə gələcəkdə ilan sancmalarının sayında artım gözləmək olar. Pik iyulun sonları-avqustun əvvəllərində baş verir və orta hesabla oktyabr ayına qədər davam edir. Hər il ilan sancması ilə 120-130 nəfər qəbul edirik, bunlardan təxminən 30 nəfərinin vəziyyəti ağır olur. Bu il başından ilan sancan bir xəstəni qəbul etdik və indi vəziyyətini sabitləşdirməyə çalışırıq. Xoşbəxtlikdən, ölümlər nadir hallarda olur, əsas odur ki, qurban vaxtında həkimə müraciət etsin.
- İnsanların tibbi yardıma gecikməsi halları tez-tez olur?
- Belə hallar var. Gürzə zəhərinin beyin mərkəzlərini iflic edən və neyrotoksik təsir göstərdiyi və güclü qan laxtalanmasına səbəb olduğu nəzərə alınmalıdır. Dişləmədən bir gündən çox vaxt keçibsə, peyvənd artıq kifayət qədər təsirli olmayacaq. Çağrı mərkəzində və ya məsləhət mərkəzində vaxtında məlumat alsaq, təcili sanaviasiya yardım xidməti əməkdaşlarımızı hadisə yerinə çatdırır və orada necə davam edəcəyimizə qərar verilir. Yardım yerində göstərilə bilər və zəruri hallarda zərərçəkən mərkəzimizə çatdırılır. Dişləmə qurbanın yumşaq toxumalarına təsadüf edibsə, onun vaxtı daha çox olur, amma ilan boynundan, başından sanıbsa, mümkün qədər tez kömək edilməlidir. Keçən il 18 yaşlı bir oğlan gürzənin başından sancması səbəbindən, yarım saat içində dünyasını dəyişdi. Onu xəstəxanaya çatdıra bilmədilər.
- Bəs ilan dişləməsinə qarşı peyvəndlə bağlı vəziyyət necədir?
- Kifayət qədər miqdarda paytaxtda və bölgələrdə peyvənd mövcuddur. Yalnız bəzən kiçik yaşayış məntəqələrində olmaması ilə bağlı şikayətlər olur. Ancaq peyvənd tükəndikdə dərhal xəstəxanaya xəbər verilməlidir ki, onlar dərhal həmin dərmanı versinlər. Bu, həmin peyvəndə ehtiyacı olan xəstənin peyda olmasını gözləməkdən daha yaxşı yoldur. Peyvənd pulsuz hazırlanır və biz buna ciddi nəzarət edirik. Əsasən Orta Asiyadan bizə gəlir, fransız zərdabı da var, lakin daha az miqdarda.
- İlan sancmasına qarşı ilk yardım nə olmalıdır?
- Bədənin dişlənmiş hissəsini, əsasən də əl-ayağı hərəkətsizləşdirmək lazımdır. Dişləmənin yerini çox sıxmaq tövsiyə edilmir, xəstəni tibbi yardım nöqtəsinə aparana qədər boş bir rezinlə sıxa bilərsiniz. Yaraya infeksiya keçməməsi üçün sancma yerini az miqdarda yodla yağlaya bilərsiniz. Buz varsa, yaraya buz qoyun. Özfəaliyyətlə məşğul olmağa ehtiyac yoxdur və dişlənən yeri kəsməyə, zəhəri sormağa, qatıq-sarımsaqla sürtməyə çalışmayın. Bu cür manipulyasiyalar çox uzun müddət sağalmayan trofik xoranın əmələ gəlməsinə səbəb olur.
- Bu il əqrəb və qaraqurd dişləmələri ilə bağlı hər hansı bir müraciət varmı?
- Sarı əqrəb dişləməsi ilə əlaqədar iki müraciət olub. Onlar qara əqrəblərdən daha az zəhərlidir. Qaraqurd dişləməsi ilə əlaqədar olaraq, bu günə qədər heç bir şikayət olmayıb.
Müəllif: Elya Belskaya