Göyçayda fermerlər məhsullarını satışa çıxarda bilmədikləri üçün çətinliklə üzləşiblər. Onlar buna etiraz əlaməti olaraq Göyçayın Ləkciplaq kənd inzibati ərazisində toplaşıblar.
Rayonun ən böyük kəndlərindən olan Ləkciplaq kəndində tonlarla pomidor məhsulları alıcısız qalıb. Kəndlilər bunun səbəbini məhsullarını Rusiya bazarına cıxara bilməmələri ilə izah ediblər.
Fermer Elman Mirzəliyev Sputnik.az-a açıqlamasında deyib ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə, şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib.
Alıcı Əflatun Abdurrahmanov isə deyib ki, əslində Rusiya tərəfi məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. "Əgər ötən illərdə məhsullar Rusiya tərəfə vaqonlarda daşınırdısa, bu ildən yük avtomobilləri ilə daşınır. Avtomobillərlə sərhədi keçmək isə 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür. Bu səbəbdən də alıcılar təkrar məhsul alışı üçün geri qayıtmırlar", - Abdurrahmanov deyib.
O əlavə edib ki, digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır: "Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir".
Etirazçılar onu da qeyd ediblər ki, ölkədəki məmur-oliqarxların nəzarətində olan iri aqroklasterlər artıq inhisarçı kimi çıxış edirlər. Onlar özləri yüz hektarlarla sahələrdə istixanalar yaradaraq özləri kənd təsərrüfatı məhsulları istehsal edir və bazara nəzarəti əllərində saxlayırlar. Belə olan təqdirdə isə kiçik təsərrüfatları olan fermerlər heç bir gəlir əldə edə bilmirlər və müflisləşirlər.
Xatırladaq ki, hər Göyçaydan tonlarla pomidor Rusiya bazarlarına satış üçün daşınır.
2020-ci il dekabr ayının 10-dan etibarən Rosselxoznadzor Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub.
Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının Rosselxoznadzor-la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər. Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb.
Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.