Azərbaycanda havanın hərarəti kəskin şəkildə yüksəlir. Hidrometeoroloqların proqnozuna görə, sabah (17 may) Bakıda və Abşeron yarımadasında gündüz 27-29 dərəcə isti olacaq, ölkənin bəzi yerlərində hətta temperatur 35 dərəcəyə çatacaq. Qarşıdan isə qızmar yay fəsli gəlir…
Kəskin istilər Abşeron yarımadasında daim spesifik problemlər yaradır. Təbii səbəblərdən əlavə, Bakıda kifayət qədər yaşıllığın olmaması, avtomobillərin hədsiz çoxluğu və tıxaclar şəhər əhalisinin cansıxıcı həyatının bir hissəsinə çevrilib.
Koronavirus pandemiyasından irəli gələn qadağalar isti havalarda insanlar üçün əlavə çətinliklər deməkdir. Açıq havada maska taxmaq məcburiyyəti hələ qalır, metronun nə zaman açılacağı məlum deyil, ictimai nəqliyyatda sərnişin sıxlığı davam edir. Toplaşmaq azadlığı, toy, yas mərasimlərinin keçirilməsi də yasaqlar sırasındadır. Bu da əhali arasında və sosial şəbəkələrdə etirazlara səbəb olur. İnsanlar heç olmasa, açıq havada maska taxmağın məcburi olmamasını istəyirlər.
Mayın 12-də Şuşada keçirilən “Xarı bülbül” musiqi festivalı zamanı prezident İlham Əliyevin tədbir iştirakçılarından maskalarını çıxarmasını istəməsi dövlət rəhbərliyinin də vəziyyəti anladığını göstərir.
Telereportajlardan görünür ki, hökumət üzvlərinin əksəriyyəti artıq açıq məkanlarda maskadan istifadə etmir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 4-də keçirdiyi brifinqdə qadağaları dəyişmədi. Baxmayaraq ki, yoluxma sayında pik hədd (2700) geridə qalmışdı, sağalma sayı xəstə sayını üstələmişdi, üstəlik, peyvənd olunan vətəndaşların sayı 1.778 min nəfəri keçib.
Bu gün (16 may) açıqlanan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1122 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 10 164 nəfər olub.
Bakı sakini Eldar Səfərov “Press Klub”un əməkdaşı ilə söhbətində bildirdi ki, açıq havada maska taxmaq onun səhhətinə mənfi təsir edir. Onun sözlərinə görə, maskada uzun müddət qalarkən nəfəsi təngişir, gözləri qaralır, tərləyir:
“Açıq havada maska taxmaq insana heç bir xeyir gətirmir. Zorla maska taxdırmaq olmaz axı. Bütün “ASAN Xidmət” mərkəzləri, avtobuslar, marketlər ağzına qədər adamla doludur. Heç kim də maska, sosial məsafə, qoruyucu vasitələrdən istifadə kimi qaydalara əməl etmir. Bu məcburiyyəti ona görə saxlayıblar ki, polis istədiyi vaxt adamları cərimələyə bilsin. Hər gün saytlarda yüzlərlə obyektin cərimələnməsi barədə məlumat çıxır. Guya cərimə kəsəndə camaat maska taxır, ya koronavirus azalır? Yaxşı olar ki, Operativ Qərəgahın camaata yazığı gəlib, bu maska məcburiyyətindən insanları xilas eləsin…”
Gözləntilər var ki, mayın sonunda Operativ Qərargah pandemiya rejimi ilə bağlı yeni qaydalar açıqlayacaq. Bundan sonra nə olacaq, hansı qərarlar verilə bilər, bizi yayda və payızda nə gözləyir?
Həkim-farmakoloq Müşfiq Hüseynov “Press Klub”a bildirdi ki, hazırda pandemiyanın 3-cü dalğasının sonuna gəlmişik. Onun sözlərinə görə, epidemioloji qanunlara görə bu, sonuncudur:
“Yəqin ki, yaxın həftələrdə Operativ Qərargah müəyyən qərarlar verəcək. Nə qərar veriləcəyini gözləyib, görəcəyik. Amma bəlli olan bir şey var. Qərargah keçən il yayı insanları havasız, günəşsiz, dənizsiz, istirahətsiz və hətta ucuz meyvəsiz qoymaqla, əhalinin sağlamlığını ciddi zədələdi. İmmunitet ilk növbədə bu beş fakforla bağlıdır”.
Həkim deyir ki, Operativ Qərargah ilk növbədə peyvəndləmə işini sürətləndirməlidir:
“Bu günə 1 milyon 800 nəfərə yaxın vətəndaşımız peyvənd olub. Kifayət qədər yüksək rəqəmdir. Bu iş sürətlə davam etməli, sentyabra qədər heç olmasa, 3,5-4 milyona çatmalıdır. O zaman pandemiyanın ola biləcək qış sərtləşməsinə rahat gedilə bilər”.
pressklub.az

- Hüseynovun sözlərinə görə, Operativ Qərargah sərt karantin rejimini 1 iyunda bitirməlidir:
pressklub.az