Mayın 12-də Azərbaycan-Ermənistan sərhədində başlayan gərginlik getdikcə artır. Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat yayaraq iddia edib ki, Azərbaycan ordusu dövlət sərhədlərini pozaraq Ermənistan ərazisində postlar qurur. Söhbət əsasən Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəd zolağından, daha dəqiqi, bu ərazidəki Qaragöl və ətrafdakı yüksəkliklərdən gedir. Paşinyanın bu bəyanatına Fransa ən yüksək səviyyədə reaksiya verərək Azərbaycanı işğalçılıqda ittiham edib. Prezident Makron Paşinyana telefon açaraq dəstəyini bildirsə də, Fransa rəhbərliyindən Bakı ilə əlaqə saxlayan olmayıb. Bundan başqa, Paşinyan Putinə məktub yazaraq hərbi yardım istəyib, habelə güc strukturlarına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək üçün təlimat verib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı bəyanatda isə bildirilir ki, ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir. “Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır“, – deyə bəyanatda qeyd olunub.
Azərbaycan Silahlı Qüvvələri sabah 5000 canlı qüvvə və 1000-ə qədər hərbi texnika, o cümlədən pilotsuz uçuş vasitələrinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayır. Mövzu da gündəmə uyğundur: antiterror, sərhədlərin bərpası və silahlıların ram edilməsi.
Bu arada Rusiya Müdafiə Nazirliyi də bəyanatla çıxış edib. Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir: “Ötən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlərə yol verilməyib”.
Bu gün yayılan məlumata görə, sərhəddəki mübahisəli vəziyyətin həllinə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov da cəlb olunub. O, hazırda iki tərəf arasındakı danışıqlarda iştirak edir. “Sputnik-Armeniya” agentliyi R.Muradovun daha yarım il vəzifəsinə davam edəcəyini xəbər verib. Xatırladaq ki, ötən günlərdə onu başqa bir generalın – Aleksey Avdeyevin əvəzləyəcəyi bildirilmişdi. Görünür, Rusiya mövcud gərgin vəziyyətdə Muradovun təcrübəsinə ehtiyac duyur.
Hadisələri “Press Klub”a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin demarkasiya və delimitasiya prosesləri davam edir. Onun sözlərinə görə, sərhədin yüksək dağlıq hissəsində – Laçın və Kəlbəcər istiqamətində qış aylarında işlərin çətinliyi nəzərə alınaraq prosesə fasilə verilmişdi:
“Laçının “İşıqlı dağ” adlanan yerində, Qaragöl ətrafında Müdafiə Nazirliyinin qüvvələri mövqe tutub, sərhəd xəttini müəyyənləşdirərkən, Ermənistan rəhbərliyi bunu ölkə ərazisinə müdaxilə kimi dəyərləndirərək qısa müddətdə informasiya təxribatı törətməyə nail oldu. Rusiya rəhbərliyi ilə danışıqların ardınca Fransa, ABŞ, Kanada kimi ölkələrin rəhbərliklərinə bu hadisəni işğal faktı kimi çatdıra biliblər və Fransa prezidenti, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana təcili həmin torpaqlardan geri çəkilmək xəbərdarlığı gəlib”.
İ.İsmayılın sözlərinə görə, mayın 13-də Rusiya hərbçilərinin iştirakı ilə aparılan 6 saatlıq müzakirə bu gün (mayın 15-də) davam edəcək:
“Qaragöl hələ SSRİ dönəmində, 1987-ci ilin noyabrında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə dövlət qoruğu elan edilib. Buna səbəb 1984-cü ilin oktyabrında Qazax rayonunun Kəmərli kəndində 10 min hektar torpaq sahəsinin Ermənistana verilməsi zamanı yaşanan gərginlik və əhalinin etirazından sonra ermənilərin iddia etdikləri bəzi ərazilərin möhkəmləndirilməsi olub. Hazırda Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafında dayanıb və dayandıqları yerin SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritəsinə əsasən Azərbaycana aid olduğu təsdiqlənib. Rusiya MN də məlumat yayıb ki, burada heç bir təxribat yoxdur. Sadəcə olaraq, 20 iyun seçkiləri ərəfəsində Ermənistanın indiki rəhbərliyi ilə müxalifət arasında yaşanan gərginlikdən hər iki tərəf öz mənafeyi naminə yararlanmaq istəyir və qəsdən informasiya təxribatı yaradırlar. Azərbaycan gərək, qarşı tərəfin təxribatçı xarakterini nəzərə alıb, əvvəlcədən Rusiya sülhməramlılarını xəbərdar edərdi və onların nümayəndələrinə məlumat verərdilər ki, düşmən hay-küy sala bilməsin”.
Ekspert vurğuladı ki, Fransa prezidenti nəinki tərəf tutdu, həmçinin, dövlət başçısına uyğun olmayan qeyri-peşəkarlıq nümayiş etdirdi:
“Həmsədr ölkə başçısının məsələnin mahiyyətini bilmədən, öz Xarici İşlər Nazirliyindən tam məlumat almadan təhdidedici bəyanatlar verməsinə bizim XİN sərt münasibət bildirməlidir”.
Politoloq, deputat Rasim Musabəyov isə “Turan”a deyib ki, sərhəddə baş verənlər yeni müharibəyə səbəb olmayacaq: “Ona görə ki, Ermənistan Azərbaycanla müharibə etmək imkanında deyil. Amma xırda toqquşmalar ola bilər”.
Deputat xatırladıb ki, Ermənistan Azərbaycanın Qazax rayonunda 7 kəndi və Dağlıq Qarabağda xeyli ərazini zəbt edib: “Qoy, Yerevan və havadarları buna cavab versinlər. Ermənistan qoşunlarını bizim ərazimizdən çıxarmalıdır”.
R.Musabəyovun fikrincə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan onu işğalda günahlandıra bilməz.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, Azərbaycan Ermənistanın ərazisini işğal etməyib: “Bizdən narazı olanlar SSRİ zamanında olan Kartoqrafiya və Geodeziya Komitəsinin sənədlərini, peyklə əlaqəli texniki vasitələri rəhbər tutaraq ərazidə ölçülər etdikdən sonra danışsınlar”.
O əlavə edib ki, SSRİ xəritələri tərəflərin ikisində də var, məsələyə aydınlıq gətirməkdə problem olmamalıdır. Baş nazir Nikol Paşınyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsinə gəlincə, T.Zülfüqarov hesab edir ki, Ermənistanın dünyada harayına heç kim fikir verməyəcək, onları müdafiə edən tapılmayacaq: “Azərbaycan ərazisində qoşun saxlayan Ermənistan bizdən əsgərlərimizin çıxarılmasını tələb edə bilməz”.
P.S. Yazı hazırlanarkən bu gün tərəflər arasında aparılan danışıqların nəticələri məlum deyildi.
Turqut