Qısa tanıtım: Əliyev Samir Əliheydər oğlu 9 avqust 1999-cu ildə Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olmuşdur. Atası Masallının Qızılağac kəndindəndır.
S.Əliyev 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq Mingəçevir şəhərində "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn olunub.
Düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Samirin “Xatirə dəftəri”
Samir Əliyev orta məktəbin 4-cü sinifindən başlayaraq ömrünün ən yadda qalan anlarını “Xatirə dəftəri”nə köçürürdü. Diqqət çəkən xatirələri çoxdur. 2016-cı ilin avqustunda qəbul olunduğu Ali Hərbi Məktəbə gedəcəyi ilk günün həyacanı ilə yanaşı, hərbi qiyafəni geyinməyi necə səbirsizliklə gözlədiyi barədə qeydləri onun vətənpərvər obrazını göz önündə canlandırır: “...Mən artıq ən böyük arzuma çatmışam. “Uniyə” (yəni universitetə -müəl.) qəbul olmuşam. Şükürlər olsun Allahıma. Artıq gələcək həyatımın ilk addımlarını atıram. Sabahdan AAHM-in qapıları üzümə açılır... Gözümə yuxu getmir. Çox həyəcanlıyam. Hərbi formanı geyinməyi çox səbirsizliklə gözləmişəm... Bu yolu sırf gələcək həyatımın xoş olmağı üçün deyil, Vətənə layiq olmaq üçün seçmişəm. Allah mənə kömək olsun.”
Samirin qısa ömür yolu ilə tanışlıq mənə rəhmətlik Nüsrət Kəsəmənlinin “Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox” misralarını xatırlatdı. Anasının tək övladı olduğu üçün nənəsi-babası, xalası onu çox əzizləyirdi. Anası Sevda xanım oğlunun boy-buxununa baxıb fəxr edirdi, Cəmilə nənəsi hər kəlməsinin başında "Boyuna qurban olum, ay Samir", - deyirdi. Samir böyüdükcə qəlbində iftixar hissi keçirən ana babası Aydın Əlizadənin arzuları da böyüyüb boy atırdı. Hərbçı xalası, Aysel Rəcəbova isə Samiri lap erkən yaşlarından Silahlı Qüvvələr Günü munasibəti ilə keçirilən bayram tədbirlərinə aparardı. Bəlkə hərbiçi olmaq arzusuna da elə o vaxtlar düşmüşdü. Qızılağac kəndində yaşayan atası Əlheydərin dediyinə görə, Samirə hərbi məktəbə daxil olmağı o, tövsiyə etmişdi. Lakin Samir haqqında ən dolğun təəssüratı elə onun öz “Xatirə dəftəri”ndə yazdığı fikirlər yaradır.
“Vətən sənə canım fəda”
Bu sözləri Samir “ Xatirə dəftəri”nə 5 fevral 2018-ci ildə yazmışdı:
“...Çox sevinirəm. Ürəyim qisas hissi ilə alışıb yanır. Allahın köməkliyi ilə məktəbi bitirən kimi xüsusi təyinatlılara yazılacağam. Ürəyimin rahat olması üçün ən azı 1 erməni dığasının başını üzəcəyəm. Allah özü mənə kömək olsun! Amin. Vətən sənə canım fəda.”
Xatirə dəftərində qeydləri Ali Hərbi Məktəbin son kursunu baş vuran günə kimi davam edir. Ali Hərbi Məktəbi bitirən ərəfədə babası Samirin ailə vəziyyəti barədə aldığı arayışı ona verir: “Dedim, anası təkdir, kirayədə yaşayır, Samir Bakıda qalsın. Tez-tez gəlib həm bizə, həm anasına baş çəksin...”
Samir babasının ona verdiyi arayışı Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə təqdim etməkdən vaz keçir: “Dədə, mən Bakıda qalmaq istəmirəm, Qarabağa gedəcəyəm...” deyir.
İndi şəhid leytenantın babası göz yaşlarını saxlaya bilmir. Deyir: “Allah onu elə bil şəhid olmaq üçün yaratmışdı..”
Şəhidlikdən söz salanda Cəmilə xanım kövrələrək həmişə nəvəsinə etiraz edərək belə deyirdi:
“Samir, sən general olacaqsan!”
Hələ orta məktəbdə oxuyanda nənəsi Samiri iqtisadiyyat universitetinə qəbul olmaq üçün ödənişli hazırlıq kursuna göndərdiyini bildirir: “...Deyirdim Samir, mən istiyirəm sən bank işçisi olasan.” Orta məktəbi qırmızı attestatla bidirən Samir isə nənəsindən sənədlərini hərbi məktəbə verməyi israrla xahiş edir. Cəmilə xanım kövrələrək: “Samir, nənə qurban, axı sən ananın tək övladısan!” desə də nəvəsinin xahişinə etiraz edə bilmir.
Hərbi Akademiya tipli ali məktəbdə təhsil aldığı müddətdə Samir Əliyev kursant yoldaşlarından çox fərqlənirdi. Ali təhsilini əla qiymətlərlə başa vurub leytenant rütbəsi alanda o, pandemiya ilə əlaqədər 3 ay ailə üzvləri ilə görüşə bilmədi. “N” sayılı hərbi hissəyə yola düşməzdən əvvəl 3-4 günlük evə gələn gənc zabitin boy-buxununa yaraşan hərbi mundirdə görən nənəsi sevinərək ona: “ Samir, sən general olacaqsan!” deyir. Həmişə qəlbi Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək arzusu ilə döyünən Samirsə: “Nənə, general şəhidin yanında ən aşağı rütbədir... “ - deyə cavab verir. Hərbi hissəyə yola düşən gün nənəsi ilə vidalaşanda isə: “Anam sənə əmanət”- deyib.
...27 sentyabrda Vətən müharibəsinin başlamasını “Tanrının düşməndən qisas almağımız üçün verdiyi böyük fürsət" adlandıran Samir həmişə irəlidə gedərək ermənilərə qan udururdu. O, Talış kəndi uğrunda gedən döyüşlərdə ayağından ağır yaralanır. Amma özü yaralı olsa da, yaralı əsgərlərini döyüş meydanından çıxarır. Yarasını sarıtdırıb yenidən döyüşə qayıdır. Əsir götürən əgərlərinə ”Əsirlərə vaxtınız çox gedir, döyüşmək lazımdır” əmr edən Samir Suqovuşan uğrunda döyüşlərdə 30-dan çox erməni faşistini məhv edir. Son gülləsinə qədər döyüşüb, gülləsi bitəndən sonra qumbara ilə döyüşə davam edib. Öz komandirlərinin qəhrəmanlığından danışan əsgərləri bildirirlər ki, biz də döyüşürdük, amma Samirin etdiklərini filmlərdə görmüşdük...
“Oğlum mənim padşahım idi...”
Müharibə başlayan gün Samir anasına zəng edib:“Ana, zəhmətini mənə halal elə”- deyib. Sevda xanım hüzünlü səslə oğlunun mələk xislətindən söz açır: “Məktəbli ol anda ona bir dəfə də demədim ki, Samir, get dərsini öyrən. Vətənə, Allaha çox bağlı idi. Namazını vaxtında qılardı. O, mənim padşahım idi. Arzusu ipateka yolu ilə mənzil almaq idi. Gözləyirdim ki, toyu olsun, nənə olum, amma nənə olmaq mənə qismət olmadı. Samirsiz həyatımı təsəvvür edə bilmirəm. Elə bil ürəyimdə ağır daş daşıyıram. O daş da günü -gündən böyüyür...”
Müharibə təkcə anaları övladsız qoymur, həm də taleyinə ağır zərbələr vurulan ailələr davanın vurduğu yara və faciəni yaşamaqda davam edirlər. Ən böyük qələbələrlə başa çatan müharibələrin belə, nəticələri çox acı olur.
Xətai rayonunda 55 saylı tam orta məktəbin müəllimi Aida İsmayılova Samirin uşaq çağlarından qoçaq, mərd, çalışqan şagird olduğunu bildirir. “Məktəbə Hövsandan gəlirdi, amma bir dəfə də olsun dərsə geçikməzdi...”
Həmin məktəbin müəllimi Afət Əkbərova deyir: “Samir sanki öz yaşından 10 yaş böyüyüb sonra balacalaşmışdı. Çətinliyini heç kimlə bölüşmək istəmirdi. Özü özünə dayaq olmağı bacarırdı. Samir elə bir iz qoydu ki, o iz heç vaxtı yadaşlardam silinməyəcək. Samir, sən sorğu-sualsız cənnətdəsən!”
Samirin nişanlısı isə onunla fəxr etdiyini bildirir: “Qələbə günü getdim məzarını ziyarət etdim. Dedim ki, Samir, həmişə sənin yanına boynubükük gəlirdim, amma bu dəfə gəldim ki, deyəm silah qardaşların qisasını aldı.”
Samirin şəxsində ən yaxın sirdaşını itirdiyini söyləyən zabit dostu Əhməd Nəsibov deyir ki, Samirin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmək idi: “Arzusuna çatdı. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid oldu. O buna hər zaman hazır idi...”
...Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunan leytenant Samir Əliyevin məzarı İkinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun dəfn olunduğu sıradadır. Suraxanıda Samir Əliyev parkı və yaşadığı küçədə xatirə bulağı var.
...Samir haqqında çəkilmiş süyetin son kadrlarında hərbi məktəbin kursantları meydanda hərbi qaydada addımlarlayaraq ucadan xorla oxuyurlar:
“Şəhid leytenant Əliyev Samir,
Qəlbimizdə var, hər zaman yerin...”
Nuəddin ƏDİLOĞLU. Cenub.az