Amerika Birləşmiş Ştatlarında 1947-ci ildə yaradılan Mərkəzi Kəşfiyyat İdarəsi qısa müddətdə dünyanın ən tanınmış kəşfiyyat qurumlarından birinə çevrilib. Birbaşa ABŞ prezidentinin tabeliyində fəaliyyət göstərən bu qurum məxfi və açıq əməliyyatları ilə tarixdə çox izlər qoyub.
Mərkəzi Kəşfiyyat İdarəsinin ən vacib nəzarət obyektlərindən biri SSRİ-nin Vaşinqtondakı səfirliyi olub. Sözsüz ki, Amerikada olan sovet diplomatları hansı səviyyədə nəzarətdə saxlanıqlarını yaxşı biliblər.
Məhz elə buna görə də məxfi sayıla biləcək danışıqlar heç vaxt səfirlik binasında aparılmayıb. Səfirlik əməkdaşları, agentura şəbəkəsinin üzvləri danışıqlar üçün fərqli məkanlar seçiblər, parklar, xiyabanlar, açıq havada olan ictimai iaşə obyektləri və s.
Bunu nəzərə alan ABŞ kəşfiyyatçıları sovet diplomatlarınının planlarını bilmək, danışıqlarını yazmaq üçün bütün vasitələrə əl atıblar. 1960-cı illərin əvvələrində isə Mərkəzi Kəşfiyyat İdarəsi analoqu olmayan və ağılasığmaz bir layihəyə imza atıb.
Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin elmi-texniki direktorluğunun əməkdaşları rəhbərlik qarşısında maraqlı təklif irəli sürüblər. Onlar pişiklər vasitəsilə ilə sovet diplomatlarının harada olmalarından asılı olmayaraq danışıqlarının dinlənilməsinin mümkün olduğunu bildiriblər. Layihədə pişiklərin qulaq borulurana mikrofon, alın hissələrinə xəzlərinin altında ötürücü, quyruq hissəsinə isə anten yerləşdirilməsi göstərilib. Qeyd olunub ki, həmin pişiklər parklardakı skamyalarda əyləşib söhbət edənlərin danışıqlarını asanlıqla lazımi mənbəyə ötürə bilərlər.
Layihə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbirliyi tərəfindən bəyənilib və qəbul olunub. Beləliklə, elmi-texniki direktorluğun laboratoriyalarında “akustik pişik” adı alan layihənin icrasına başlanıb.
Layihəyə zootexniklər, zoopsixoloqlar, baytar həkimlər cəlb edilib. Həmçinin sirk ustaları da bir müddət məxfi şəkildə öz bacarıqlarını MKİ-də “nümayiş” etdiriblər.
MKİ layihənin həyata keçirilməsi üçün səxavətini əsirgəməyib. İdarədə “akustik pişik”lərə 25 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
İlkin sınaqlar uğurli alınıb. Pişiklərin qulaq borularına mikrofon yerləşdirilib. Alın hissəsinə qoyulan ötürücülər xəzin altında görünməz olub. Antenlərin quyruq hissəsinə yerləşdirilməsi isə daha uğurlu alınıb. Belə ki, pişiklər quyruqlarını həmişə dik saxladıqlarından antenlər daha yaxşı işləyib.
İlk sınaqlarda “kəşfiyyatçı” pişiklər bütün gözləntiləri doğrudublar. Qapalı məkanda onlar bir otaqdan o biri otağa keçib danışıqları ötürməyi bacarıblar. Böyük qapalı məkanlarda pişiklər insanlar olan yeri “hədəf” seçiblər, onlara yaxınlaşıblar. Ortaya çıxan yeganə problem o olub ki, pişiklərə qoyulan akkumlyatorlar səs ötürücüsünü cəmisi bir saat işlədə bilib. Böyük akkumlyatorların yerləşdirilməsi isə mümkün olmayıb. Buna baxmayaraq, bir saatlıq dinləmə də amerikalı kəşfiyyatçıları qane edib.
Nəhayət, “akustik pişik”lərin çöl şəraitində sınağı başlanıb. Pişik xüsusi avtomobillə SSRİ səfirliyi yaxınlağındakı parkın ərazisinə gətirilib və çölə buraxılıb. Amma o, “hədəf”ə çata bilməyib, yolu keçəndə taksi onu vurub. Bu “qəza” MKİ əməkdaşlarını ruhdan salmayıb. Parka növbəti pişik buraxılıb. “Kəşfiyyatçı” parkdakı skamyalarda əyləşənlərin heç birinin yanında ayaq saxlamayıb. Ona heç kim yemək təklif etmədiyindən o, öz işini icra edə bilməyib.
Bütün cəhdlərə baxmayaraq, “akustik pişik”lər ABŞ xüsusi xidmət orqqanları ilə “əməkdaşlığa” getməyiblər. Mütəxəssilər məsələyə aydınlıq gətirərək bildiriblər ki, pişiklər itlərdən fərqli olaraq kənar tapşırıqları icra etmirlər.
“Akustik pişik” layihəsinə 5 il vaxt sərf olunub. 1967-ci ildə bu layihə Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğursuz layihəsi kimi iflasa uğrayıb və məxfi arxivə göndərilib.
Amerikalılar MKİ-nin “akustik pişik” layihəsi haqqında yalnız 2001-ci ildə, layihənin arxivdə yerləşən sənədlərinin üstündən məxfilik qrifi götürüldükdən sonra məlumat alıblar. Pişiklərə işgəncə verilməsinə görə layihə ictimai qınağa səbəb olub.
2003-cü ildə uzun illər MKİ-nin texniki xidmətinin rəhbəri olan Robert Uolles layihə haqqında açıqlama verərək bildirib ki, “akustik pişik” texniki baxımdan uğurlu bir layihə olub, amma pişiklərlə işləmək rahat və məqəsəduyğyn olmayıb. O, həmçinin taksinin altında qalan pişiyin aqibəti haqqında da danışıb, qeyd edib ki, həmin pişik baytarlar tərəfindən müalicə olunaraq əvvəlki həyatına qayıdıb.
Beləliklə, 5-10 sovet diplomatının danışıqlarını dinləmək üçün Amerika kəşfiyyatı 5 il vaxtlarını və 25 milyon dolları havaya sovurublar.
Qeyd edək ki, 2014-cü ildə “akustik pişik” layihəsi haqqında Amerika rejissorları qısametrajlı film də çəkiblər.
İlham Cəmiloğlu, Musavat.com