Almaniyanın “ EKM Global Consulting GmbH” şirkəti Azərbaycanda bu yaxınlarda ilk dəfə 3D mobil mapping texnologiyasının tətbiqini həyata keçirib. Şirkət “Azərişıq” ASC-nin sifarişi ilə elektrik şəbəkəsinin 3D mobil xəritəsini işləyib hazırlayıb. Yeni texnologiyanın tətbiqi ilə şəbəkədə mövcud olan cihaz və qurğuların, o cümlədən tikili və avadanlıqların yerləşdiyi ərazinin 3D – multi-direktoriya formatında skan olunması həyata keçirilir, müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin, transfarmatorların, dayaqların, sayğaclar və onlara qədər olan ötürücü naqillərin coğrafi mövqeləri relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir. Bu texnologiyanın tətbiqi sahibkarların elektrik şəbəkəsinə qoşulmasını xeyli asanlaşdırır və sahibkar evdən çıxmadan bütün prosedurları online həyata keçirməklə öz obyektinin elektrik şəbəkəsinə qoşulmasını təmin edə bilir.
Virtualaz.org ötən buraxılışlarında “ EKM Global Consulting GmbH” şirkətinin direktoru Elşən Musayevlə həmin layihə və ümumən 3D mobil mapping texnologiyasının əhəmiyyəti, şəhərsalmada və infrastruktur layihələrinin həyata keçirilməsindəki faydaları, Prezident İlham Əliyevin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının reallaşmasındakı rolu barədə söhbətləşib.
İndi isə mövzumuz yeraltı infrastruktur, kommunikasiya xətləri ilə bağlı şirkətin təklif etdiyi yeni texnologiyadır. Məsələ bundadır ki, müxtəlif tikinti layihələrinin həyata keçirilməsi, təmir və bərpa işləri zamanı yeraltı kommunikasiya xətlərinin zədələnməsi, sıradan çıxması halları tez-tez baş verir. Çünki tikinti, qazıntı aparan strukturlar heç də həmişə yeraltı kommunikasiyaların yerini düzgün təsbit edə bilmirlər. E.Musayev isə deyir ki, onların təklif etdiyi texnologiya yeraltı kommunikasiya xətlərinin tam dəqiq mənzərəsini görməyə imkan verir:
Elşən Musayev
-Siz ötən müsahibələrinizdə 3D mobil mapping texonologiyasının şəhərsalma və infrastruktur işlərində tətbiqi imkanları barədə danışmısınız. Bəlli olduğu kimi, Bakıda da infrastruktur vaxtaşırı yenilənir, müxtəlif strukturlar təmir işləri, kommunikasiyaların yerdəyişməsini və s. həyata keçirirlər. Bu zaman digər kommunikasiya xətlərinə ziyan dəyir. Bəs yeraltı kommunikasiyaların tam və dəqiq mənzərəsini əldə etmək üçün hansı texnologiya tətbiq edilir, bunun hansı faydaları var?
-Sualınıza görə təşəkkür edirəm. Həqiqətən 3D mobil texnologiyalar şəhərsalma, infrastruktur işlərində çox mühüm, hətta deyərdim ki, baza elementlərindən biridir. O cümlədən “ağıllı şəhər”, “ağıllı şəhər” konsepsiyalarının həyata keçirilməsində də hesab edirəm ki, baza elementi kimi 3D mobil xəritə texnologiyalarının çox mühüm rolu var.
Bu məsələni çox dəqiq qeyd etdiniz ki, şəhər infrastrukturu canlı orqanizmdir. Həyat davam edir, müəyyən hallarda borular köhnəlir, rabitə kabelləri sıradan çıxır, təmir işlərinə, yeraltı kommunikasiyaların yenilənməsi və ya onların yerinin dəyişdirilməsi zərurəti yaranır. Bəzi hallarda biz bunun şahidi oluruq ki, yeni salınmış asfaltı qazıb hansısa yeraltı kommunikasiyaların yerini dəyişdirirlər, nəticədə şəhər təsərrüfatına, yollara ziyan dəyir.
Mənim müşahidələrim onu göstərir ki, hazırda Azərbaycanda yeraltı kommunikasiyaların xəritəsi yoxdur. Yeraltı kommunikasiyaların xəritəsi 3D mobil xəritələmə texnologiyasının köməyi ilə deyil, digər texnologiya-GPR (ground penetrating radar) texnologiyasının köməyi ilə tərtib edilir. Texnologiya imkan verir ki, heç bir qazıntı işləri aparmadan bütün yeraltı kommunikasiya xətləri dəqiq koordinat sistemi üzərinə oturdulsun və onun 3D formatı yaradılsın, GİS-xəritənin (Geographic Information System Mapping ) üzərinə oturdulsun. Bundan sonra gələcəkdə hansı kommunikasiyanın harada yerləşməsini həmin xəritə ilə tam dəqiq müəyyən etmək mümkün olur. Nəticədə istənilən şəhərsalma işləri, bina tikintisi, yenidənqurma, qazıntı işləri zamanı bu xəritə əsasında iş gedəcək. Və işləri iki dəfə görməyə ehiyac yaranmayacaq, vəsaitə qənaət olunacaq, kommunikasiya xətləri zədələnməyəcək. Ümumən, şəhər infrastrukturunun düzgün işləməsi üçün bu datanın çox mühüm əhəmiyyəti var.
-Yəni bu texnologiya hazırda mövcud olan, yəni uzun illər əvvəl çəkilmiş kommunikasiyaların xəritəsini də tətbiq etməyə imkan verir, elə deyilmi?
-Bəli. Bu texnologiya hal-hazırda mövcud olan bütün yeraltı kommunikasiyaların xəritəsini yaratmağa imkan verir. Yəni Azərbaycanda olan bütün yeraltı kommunikasiyaların dəqiq xəritəsi yaranır, bu, dəqiq koordinatlar əsasında tərtib edilir və faktiki olaraq 3D mobil xəritə, üstəgəl yeraltı kommunikasiyaların xəritəsi infrastrukturun inkişafı, tikinti, planlaşdırma, ümumiyyətlə, bütün şəhərsalma işləri üçün tam dəqiq mənzərəni verir. Yəni sizin əlinizdə bu xəritələr varsa onların əsasında, heç bir səhvə yol vermədən bütün tikinti işlərini planlaşdıra, təmir və ya bərpa işlərini daha tez həyata keçirə bilərsiniz.
Bir məsələni də qeyd edim ki, bu radar sistemi ilə kommunikasiya xətlərini axtarıb taparkən üzərində izolyasiyası olan müəyyən boru xətlərinin də vəziyyəti, onların izolyasiyasının pozulub-pozulmadığı haqda informasiyanı da əldə edə bilərik.
- Şirkətinizin Almaniyada və Azərbaycanda bu kimi xəritələrin tətbiq edilməsi ilə bağlı hansı təcrübəsi var?
-Bəli, belə təcrübə var, həm də Azərbaycanla bağlı təcrübəmiz var. Faktiki olaraq bizim yaratdığımız GİS-xəritələrin üzərinə həm yerüstü, həm yeraltı kommunikasiyalar yerləşdirilə bilər. Ötən il biz Bakıda belə bir pilot layihə həyata keçirmişik və göstərmişik ki, yeraltı kommunikasiyaların xəritəsi necə hazırlana bilər. Bakıdakı pilot layihəni həyata keçirərkən Avstriyadan olan tərəfdaşlarımızın köməyindən və Norveçdən alınan texnologiyalardan istifadə etmişik. Bu, iri və mənim üçün çox vacib layihə idi. Onu ilin sonuna qədər uğurla həyata keçirdik və müştəriyə təqdim etdik.
Ümumiyyətlə, mənim dünyagörüşümdə və həyata, biznesə baxışımda ən mühüm prinsip göstərilən xidmətin və ya satılan malın insanların həyatının yaxşılaşdırılmasında, xərclərin azaldılmasında roluna əmin olmaqdır. Yəni biz təkcə öz mənfəətimizi hesablayıb iş görməyi düzgün saymırıq. Bu baxımdan mən əminəm ki, bu texnologiyalar doğrudan da həyatı asanlaşdırır, xərcləri azaldır və şəffaflığı artırır.
-Maraqlıdır ki, Azərbaycanın yeraltı kommunikasiyalara cavabdeh strukturları bu müasir texonologiyanın tətbiqi nəticəsində həm də tutarlı məbləğlərdə vəsaitlərə qənaət edə bilərlər. Axı onlar təmir və tikinti işləri zamanı xətlərin sıradan çıxmasına görə əlavə xərc çəkirlər. Bu baxımdan, sizcə ilk növbədə hansı kommunikasiya xətlərinin xəritəsinin hazırlanmasına ehtiyac var?
-Tamamilə doğrudur. Bu texnologiyadan istifadə vəsaitlərin israf edilməsinin qarşısını ala bilər. Mən sizə bir epizod danışım-bir dəfə Azərbaycanda dövlət strukturlarından birində işgüzar görüşdə olarkən masanın üzərində başqa strukturdan göndərilmiş telefonoqram gördüm. Orada yeraltı kommunikasiyalara cavabdeh bütün strukturların nümayəndələri konkret tikinti layihəsinin həyata keçiriləcəyi əraziyə dəvət olunurdu ki, xətlərin haradan keçdiyini göstərsinlər. Eşitdiyimə görə, belə telefonoqramlar bəzən həftə ərzində bir neçə dəfə göndərilir. Həmin strukturlar kommunikasiya xətlərinin yerlərini nə dərəcədə düzgün göstərə bilirlər, mən bunu bilmirəm. Amma onu deməliyəm ki, bu gün problemlərin olması göz önündədir.
Bir vacib detalı da qeyd edim ki, GPR texnologiyası ilə araşdırma apararkən radarın üzərində olan dörd başlıq avtomatik olaraq bütün yeraltı xətlərin xəritəsini çıxarmağa imkan verir. Yəni fərqi yoxdur, işıq, su və ya qaz xətləri, kabel xətləri, bütün bunların hamısının xəritəsinin hazırlanmasına zərurət var. Üstəlik bunların hamısının eyni vaxtda hazırlanması daha yaxşıdır, daha sərfəlidir. Bu, xəritənin hazırlanması üçün çəkilən xərci də azaldardı. Biri var bir qurum üçün bunu edəsən, biri də var eyni vaxtda bir neçə qurum üçün. Yeraltı internet xətləri, kanalizasiya xətləri, qrunt suları və s. da həmin xəritədə əks olunur və bundan sonra bütöv şəkildə istifadəyə verilir. Bu xəritəni cəmi bir dəfə yaratmaq kifayət edir, çünki gələcəkdə kommunikasiya xətlərində hansısa dəyişikliklər aparanda cavabdeh strukturlar özləri xəritə üzərində həmin dəyişikliyi edə bilərlər.
-Müvafiq strukturlara bu texnologiyanın tətbiqi barədə öz təkliflərinizi çatdırmısınızmı?
-Bəli, müxtəlif işgüzar görüşlər, müzakirələr, danışıqlar zamanı bu texnologiyalar, onların əhəmiyyəti haqda informasiyaları çatdırmışıq. Müəyyən strukturlar var ki, onlarla fikir mübadiləsi aparılır, yəni maraq var. Amma hələlik bütün bunlar söhbət, müzakirə səviyyəsindədir.
Fürsətdən istifadə edib haqqin.az və virtualaz.org saytlarına da dərin minnətdarlığımı bildirirəm. Çünki hər dəfə siz bu mövzunu gündəmə gətirəndə, informasiyalar, müsahibələr dərc edəndə bu texnologiyalara maraq, diqqət artır. Bunlar yeni, inkişafa aparan texnologiyalardır və Azərbaycana lazımdır. Onların tətbiqi Azərbaycanın inkişafına təkan verəcək. Ona görə də mən bu texnologiyaların ölkəyə gətirilməsində, işlərin görülməsində, ekspertlərin cəlb olunmasında əlimdən gələni etməyə hazıram.
Müsahibəni apardı: F.Məmmədov
virtualaz.org